Ketrin Uqvu: Oyunların açılış mərasimində İslam dünyasının ruhunu əks etdirməyə çalışacağıq
10.05.2017 [09:14]
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının mərasimlər üzrə direktoru Ketrin Uqvu və bədii rəhbər Natan Rayt bu möhtəşəm idman yarışının açılış mərasimi ilə əlaqədar AZƏRTAC-a məxsusi müsahibə veriblər.
“Bakı-2017”nin açılış mərasiminə böyük əzmlə çalışdıqlarını bildirən Ketrin Uqvu artıq rəsmi məşqlərin geridə qaldığını, bu gün axşam tamaşaçılar üçün açıq məşqlərin keçiriləcəyini söyləyib: “Son ayda planlama və hazırlıq işləri yüksək səviyyədə davam edib. Biz mayın 12-nə - açılış mərasiminə tam hazırıq. Açılış mərasimində böyük vizual şou təqdim olunacaq. Ümidvarıq ki, 2200 könüllünün də cəlb olunduğu bu şou tamaşaçıları heyran edəcək. Bunu da xüsusi vurğulamaq istəyirəm ki, Oyunların açılış mərasimi “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimindən tamamilə fərqlənəcək”.
Açılış mərasimində atletlərin paradı zamanı idmançıların stadiona daxil olacağı yolun dəyişdirildiyini vurğulayan K.Uqvu deyib: “Bu mərasimdə İslam dünyasının ruhunu Oyunlarda əks etdirməyə çalışacağıq. Açılış mərasimində Azərbaycan Respublikasının dövlət bayrağı ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarının da bayrağı qaldırılacaq. Azərbaycanın tanınmış idmançıları iştirakları ilə mərasimi daha da rəngarəng edəcəklər. Atletlərin paradına Oyunlarda iştirak edən bütün idmançılar qatılacaqlar. Tamaşaçılar bu mərasim zamanı mükəmməl atletik elementlərin şahidi olacaqlar. Azərbaycanın tanınmış müğənniləri isə öz ifaları ilə açılış mərasiminə xüsusi rəng qatacaqlar”.
Açılış mərasiminə biletlərə marağın yüksək olduğunu vurğulayan Ketrin Uqvu bu əsrarəngiz şounu görmək üçün insanları bilet almağa tələsməyə çağırıb.
Oyunların bədii rəhbəri Natan Rayt IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qədim və zəngin tarixinin, eləcə də İslam mədəniyyətinin özünəməxsus cəhətlərinin dünyaya təqdim ediləcəyini vurğulayaraq bildirib: “Məqsədimiz İslam dünyasının və Azərbaycanın zənginliklərini eyni anda dünyaya nümayiş etdirməkdir. Ötən aylar ərzində biz könüllülərlə birgə xeyli iş görmüşük. Ümidvarıq ki, Azərbaycan xalqı bu Oyunlarla qürur duyacaq. Personajlar baxımından şoumuz zəngindir. Bu, eyni zamanda, Azərbaycanın kəşfi, ölkənizə səyahət, məlumatlandırma, onun zəngin tarixini anlamaq baxımından gözəl imkandır. Açılış mərasimində tamaşaçılar Azərbaycandan başlayaraq, İslam dünyasına “səyahət edəcək” və sonda yenidən Azərbaycana “qayıdacaqlar”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

