Formula 1 Azərbaycan Qran-Prisində pilotları müşayiət edəcək uşaqlar üçün təlim keçirilib
10.04.2019 [09:19]
Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) builki Azərbaycan Qran-Prisində pilotları müşayiət edəcək uşaqlar - “Gələcəyin ulduzları” layihəsinin iştirakçıları üçün təlim keçirib.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AAF-ın ümumtəhsil məktəblərində mütəmadi olaraq keçirdiyi layihələr barədə, yol təhlükəsizliyi qaydaları haqqında məlumat verilib. Eyni zamanda, Formula 1 dünya çempionatı və bu yarışda mübarizə aparan pilotlardan, ən yüksək sürətli şəhər treki olaraq BŞH-nin digər fərqləndirici xüsusiyyətlərindən də söhbət açılıb.
Daha sonra Azərbaycan Qran-Prisinin açılışı çərçivəsində keçiriləcək yarış kubokunun təqdimatında və himn mərasimində pilotları müşayiət edəcək azyaşlılar bu tədbirlərdəki rolları, həmçinin pilotlar barədə məlumatlandırılıb.
Mərasimdən sonra pilotları müşayiət edən uşaqlar valideynləri ilə birlikdə tribunada yarışı izləməyə dəvət ediləcək və onların bulvar boyunca uzanan əyləncə zonasında əylənmək imkanları olacaq.
Xatırladaq ki, Formula 1 şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində 2018-ci ildən etibarən himn mərasimində pilotları azyaşlılar müşayiət edir. Bu təşəbbüsdə əsas məqsəd yarışdan əvvəl keçirilən açılış mərasimini Formula 1 azarkeşləri, xüsusən də azyaşlılar üçün daha maraqlı etmək və onlar arasında avtomobil idmanına maraq yaratmaqdır. Sözügedən təşəbbüsü ölkəmizdə AAF ilə BŞH birgə həyata keçirir və bu təşəbbüs azyaşlılara yarışın müstəsna və ən həyəcanlı məqamının bir hissəsi olmaq imkanı yaradır.
“Gələcəyin ulduzları” AAF tərəfindən idman yarışlarında və təhsildə fərqlənən, həmçinin xüsusi istedada malik 7-10 yaşlılar arasından seçilir. Builki yarışda 10-u qız və 10-u oğlan olmaqla ümumilikdə 20 azyaşlının iştirakı nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxMEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51

