Rəqibi öz evində mat edən “Qarabağ”
11.08.2022 [12:04]
Mütəxəssislərin qapıdan yan keçən “şərh zərbələri”
Günel ABBAS
Səfər oyunlarında şahlanan “Köhlən atlar”
Məğlubiyyətdən uzun müddətdir uzaq olan, bu anlayışı özünə yaxın buraxmayan bir komandadan danışacağam bu gün. “Qarabağ” - Ferençvaroş oyunun nəticələri, “Köhlən atlar”ın səfərdə 3-1 hesabı ilə nəticələnən oyunu bu gün təkcə “Qarabağ” komandasının azarkeşlərinin yox, bütün Azərbaycan xalqının və futbol sevərlərin qüruruna çevrildi. Ağdamın “Qarabağ” komandası səfərdə rəqibi öz meydanında mat etməyi bir növ adət halına çevirib. Tofiq Bəhramov stadionunda gerçəkləşən oyunun ilk mərhələsində hesabı 1-1 ilə bağlasaq da, səfərdə böyük fərqlə qalibiyyət gətirəcəyinə əmin idim və bunu açıq şəkildə bəyan etmişdim. Əslində, təkcə mən yox, bütün “Qarabağ” sevərlər bu qənaətdə idilər. Biz hamımız “Qarabağ”ın azarkeşlərini ard-arda sevindirməsinə alışmışıq. Bilirik ki, ilk oyunda stadionda 30 mindən artıq azarkeşin dəstəyi “Qarabağ”ı səfər oyununda da ayaqda tutacaq. Əslində, bu sevgi komandamızın üzərinə həm də məsuliyyət qoyur. Oyunçular bilir ki, 30 mindən də çox adam səfər oyununda mavi ekranlardan onları izləyir. Hər qol sevincinə bir yox, beş stadion böyüklüyündə reaksiya verirlər. “Qarabağ” azarkeşləri oyunun son dəqiqəsinə qədər izləyir və uzaqdan da olsa, enerjini ötürməyi bacarırlar. “Qarabağ” təkcə Ağdamın, Qarabağın yox, Azərbaycan futbolunun ən böyük uğuru, hədiyyəsidir. “Qarabağ” həm də Allahverdi Bağırovdan Qurban Qurbanova “ötürülən” mirasdır. Bu mirasa layiqincə sahib çıxan Qurban Qurbanovun komandası isə meydanlarda əsl oyun sərgiləyir.
İndi vurulan qolları...
Bizim üçün bu qələbə gözlənilən olsa da, bir sıra mütəxəssislərin fikrincə, Qurban Qurbanovun oyunçuları Çerçesovun komandasına qalib gələ bilməyəcəkdi. Şərh verənlər bir çox məqamları unudur, yan keçirdilər. Əvvəla bizim komandamız matçlarda bütün imkanlarından istifadə edir. Meydanda komandanın hər bir üzvü oyunçudan daha çox, döyüşçüyə çevrilirlər. Şərhçilər özləri də bilmədən unutdular və yanıldılar. Qarabağla bacarmaq üçün yaxşı komanda olmaqdan daha artığını etməlisən, yeri gələndə döyüşçüyə çevrilməyi bacarmalısan. Yeri gələndə ayağında, qolunda yüngül xəsarətlər olsa da, bunu hakimlərin nəzərində böyütmək yerinə, komandanı düşünərək oyuna davam etməlisən. Bu, bizim döyüşçülərin “yaralansaq da, oyuna davam edirdik” şüarıdır. Komandamızın oyunçularının hər biri qapıya gələn zərbənin qarşısını almaq üçün sözün həqiqi mənasında sinəsini sipər edir. Onlar bunun üçün qarşılaşa biləcəkləri heç bir təhlükədən boyun qaçırmırlar.
Elə bu cəsarət və əzmkarlığın nəticəsidir ki, hər iki oyunda rahatlığı hərəkətlərindən bəlli olan rəqib komandanın baş məşqçisi sonda üzündə o qəribə ifadəylə duruxdu. Bu ifadə “Qarabağ” oyunçularının azarkeşlərə bəxş etdiyi daha bir sevinc, daha bir qürurdur. Bəli, “kabab qoxusu gələn meydan”ın sahibi rəqibi elə öz evində məyus etdi. Oyunun şərhçisi Pərviz Musayevin də dediyi kimi, indi rəqib komandaya qapıya vurulan qolları çıxarmaq qalır.
Qapıçıların “Şah”ı
Qarabağın qüruru təkcə müdafiəçilər, hücumçular deyil. Həm də adı və oyunlarda göstərdiyi performansı ilə dillər əzbəri olan qapıçı Şahruddindir. Onu əbəs yerə qapıçıların “Şah”ı adlandırmırlar. Oyunu izləyərkən belə qənaətə gəlirsən ki, bu adam sanki bütün topları maqnit kimi öz üzərinə çəkir. O, hardadırsa, top da o istiqamətə gəlir, ya da əksinə, top gələn istiqamətdən həmin an Şahruddin təhlükənin qarşısını alır. Əliylə zərbənin qarşısını ala bilmədiyi anlarda bütün gücünü sərf edərək ən son məqama kimi savaşır. Onun sayəsində qapımıza vurulmayan hər qol an məsələsidir. Bu mənada Şahruddinin oyunda göstərdiyi performansı xüsusi qeyd etməsək, olmaz.
Azarkeşlər bu gün “Qarabağ”la sözün bütün mənalarında qürur duyur. Bundan sonra da fəxr ediləsi məqamlar çox olacaq. “Qarabağ”ın qol vurub, böyük hesabla rəqibi məğlub edəcəyi oyunların komandanın öz evində, Ağdamda keçiriləcəyi günlər də uzaqda deyil...
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

