“Sabah” ilk dəfə avrokuboklara vəsiqə qazanıb
04.04.2023 [11:03]
Rövşən ƏLİSOY
“Sabah” Futbol Klubu tarixində ilk dəfə avrokuboklara qəsiqə qazanıb. Paytaxt təmsilçisi həm də Azərbaycan çempionatının turnir cədvəlində ilk üçlükdə yerini təmin edib.
Cari mövsüm Azərbaycan Premyer Liqasında inamla çıxış edən kollektiv ölkə çempionatının sona çatmasına 8 tur qalmış bunu rəsmiləşdirib. Murad Musayevin yetirmələri 28-ci tur evdə “Qəbələ”ni məğlub edərək (3:2), bunu bacarıb.
“Sabah” Futbol Klubu 2017-ci il, sentyabrın 8-də fəaliyyətə başlayıb. 2017/18-ci il mövsümündə Azərbaycan Birinci divizionunda çıxış edən “ağ-göylər”, mövsümü 5-ci pillədə bitirib. 2018-ci il mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında “Sabah” Futbol Klubuna Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb.
“Sabah” Futbol Klubu Azərbaycan Premyer Liqasında ilk oyununu 2018-ci il avqustun 12-də “Keşlə”yə (indiki “Şamaxı”) qarşı keçirib. “ASK Arena”da keçirilən debüt matçında 1:0 hesabıyla qalib gələn “Sabah”, həm də, yüksək liqada ilk qələbəsini qazanıb. Qarşılaşmada yeganə qola Marko Deviç imza atıb. Ukrayna millisinin keçmiş üzvü “Sabah” Futbol Klubunun Azərbaycan Premyer Liqasında ilk qolunun müəllifi kimi adını klubun tarixinə yazdırıb.
“Sabah” 2022-ci ilin dekabrında “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edib və Azərbaycan Premyer Liqasında tarixinin ən böyükhesablı qələbəsini qazanıb.
“Sabah” Futbol Klubu ev oyunlarını Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena”da keçirir. Həmin stadion 13000 nəfər azarkeş tutumuna malikdir.
Stadionun oyun meydançası təbii ot örtüyü ilə əhatə olunub. Arenada futbolçuların soyunub geyinmə otaqları, tibb məntəqəsi, mətbuat konfransı üçün nəzərdə tutulmuş zal və dəvətlilərin oyunları izləməsi üçün xüsusi otaqlar mövcuddur.
Sözügedən stadion əvvəllər “Neftçi” və “Qarabağ”ın müvəqqəti olaraq Premyer Liqa oyunlarına ev sahibliyi edib. “Sabah” Futbol Klubu yüksək liqada “Bank Respublika Arena”dan əsas stadion kimi istifadə edən ilk klubdur. Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ən çox azarkeş məhz bu stadionunda keçirilən “Sabah” FK - “Qarabağ” FK oyununda qeydə alınıb - 10000 nəfər.
Klubun “sükanı arxasında” olan Murad Musayev karyerası ərzində Rusiya Premyer Liqasında çıxış edən “Krasnodar”da və Rusiyanın 18 yaşadək futbolçulardan ibarət milli komandasında çalışıb. Musayev 2017/18 mövsümündə Rusiya Gənclər Liqasının ən yaxşı baş məşqçisi seçilib. Eyni zamanda, o, Rusiya U-19 Gənclər Liqasının Çempionu tituluna da yiyələnib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22

