“Fitch Solutions”: Azərbaycanda ÜDM 2027-ci ildə 128 milyard dollara çatacaq
01.06.2024 [10:40]
“Fitch Group”a məxsus “Fitch Solutions” (FS) şirkəti Azərbaycanda 2025-ci il üçün iqtisadi artım proqnozunu 2,8 faiz səviyyəsində müəyyən edib. Beynəlxalq reytinq agentliyinin məlumatına əsasən, nominal ümumi daxili məhsulun (ÜDM) 2024-cü ildə 98,7 milyard dollara, 2025-ci ildə 107,7 milyard dollara, 2026-cı ildə 117,6 milyard dollara və 2027-ci ildə isə 128 milyard dollara çatacaq.
Agentliyin proqnozlarından yaranan qənaət budur ki, Azərbaycan iqtisadiyyatı getdikcə azalmağa doğru istiqamətlənən neft-qaz gəlirlərinin ÜDM-dəki payını qeyri-neft gəlirləri ilə kompensasiya edəcək. Bunun üçün dövlətin qarşısında qeyri-neft sektorundan daxilolmaları artırmaq kimi əsas çağırış durur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan 2030 : sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” və digər konseptual dövlət sənədlərinin hazıralanaraq icra edilməsi məhz neftsiz iqtisadiyyat quruculuğu əsasında milli inkişafın təmin edilməsinə yönəlib.
Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz intervalında olacağı gözlənilir.
Qeyri-neft sektorundakı yığım mənbələrinin daha da genişləndirilməsi, bu sahədən gözlənilən gəlirləri ən azı 4-5 milyard manat artırmaq təmin edilməklə 2027-ci ildə ÜDM-in potensial artımını 128 milyard dollara çatdırmaq olar. Bunun üçün əsas ssenarilərdən biri bölgələrdəki imkanları səfərbər etməkdir. Hazırda regionların ölkə üzrə yaradılan əlavə dəyərdə payı təxminən 30-34 faizdir. 2023-cü ildə regionlar üzrə ümumi məhsul istehsalı 5,6 faiz artaraq 40,2 milyard manat olub. Bu, ÜDM-in 33,2 faizi deməkdir. Həmin dəyərin təxminən yarısı isə Bakı-Abşeron iqtisadi rayonlarının payına düşür. Mövcud resursları nəzərə aldıqda, regionların milli gəlirlərdə payı çox azdır. Ona görə də ölkənin regionları arasında tarazlığın tam bərpa olunması, bölgələrdə iqtisadi artımı sürətləndirə biləcək istehsal və emal, sənaye müəssisələrinin yaradılması, məşğulluğun tam təmin olunması və digər hədəflərin gerçəkləşdirilməsinə ciddi ehtiyac var.
Azərbaycanın cari iqtisadi artım və yaranan əlavə dəyərinin əsas mənbəyi kimi qeyri-neft gəlirlərinin yüksəlməsi “Fitch Solutions”un proqnozlarını tam əsaslandırır. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub ki, onun da təxminən 70 faizi qeyri-neft sahələrinə aiddir. Hazırda iqtisadiyyatın qeyri-neft sektorunda ÜDM-in artım tempi ümumi iqtisadi artım dinamikasını 2 dəfə üstələyir. Bu isə o deməkdir ki, qeyri neft-qaz sektorunda yaranan əlavə dəyər qarşıdakı illərdə daha da böyüyəcək və ÜDM-in təxminən 80 faizinə çatacaq.
Proqnozlara əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz intervalında olacağı gözlənilir. Neft-qaz sektorunun ümumi iqtisadi artımda payı tədricən azalacaq və artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaqdır.
Azərbaycanın qarşısında duran əsas çağırışlardan biri də karbohidrogen ehtiyatlarının ixracından mövcud asılılığı aradan qaldırmaq, orta və uzunmüddətli perspektivdə qeyri-neft sektorunun sürətli inkişafı hesabına qeyri-neft məhsullarının ixracını artırmaqdır. Hazırda Azərbaycanın qeyri-neft ixracının həcmi 3,5 milyard dollardır, bu rəqəmi ən azı 2 dəfə artırmaq hədəf qoyulub.
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyri-neft ixracının, xüsusilə də bu sahədə əsas bölmə kimi yer tutan qeyri-nef tsənayesi məhsullarının ixracının stimullaşdırılması ilə bağlı hədəflərə əsasən, qeyri-neft sənayesi hər il ixracı orta hesabla 8-10 faiz artacaq. Bu isə qeyri-neft sektorunun iqtisadiyyatımızın aparıcı artım mənbəyi kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək.
“Fitch Solutions”ın proqnozlarında Azərbaycanın yaxın dövrdəki inflyasiya gözləntiləri ilə bağlı də qeydlər maraq doğurur. Agentlik qarşıdakı 3 il ərzində ölkəmizdə inflyasiyanın yavaşıyacağını və aşağı faiz dərəcələri də istehlak xərclərini gücləndirəcəyini ehtimal edir. Azərbaycanda hökumətin də hazırda inflyasiya ilə bağlı ciddi narahatlığı yoxdur və qarşıdakı 3 ildə qiymət indeksi qənaətbəxş qiymətləndirilir. Belə ki, 2024-cü ildə inflyasiyanın 4,5 faiz, 2025-cü ildə 3,5 faiz təşkil edəcəyi proqnozlaşdırır ki, bu da əmtəə qiymətlərini bir qədər azaldacaq. Mövcud vəziyyət onu deməyə əsas verir ki, regionda və dünya bazarında inflyasiya səviyyəsinin azalması Azərbaycanda idxal inflyasiyasını zəiflətməklə birrəqəmli qiymət indeksini təmin edə biləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06

