Orta aylıq əməkhaqqı artımı...
17.08.2024 [10:00]
Pensiya və digər sosial ödənişlərin də artmasına səbəb olacaq
2024-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 1002,8 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Orta aylıq əməkhaqqının artmasına ölkədə birinci yarımillikdə qeydə alınan əlverişli inflyasiya dəhlizi də mühüm təsir göstərib. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında istehlak bazarında qiymətlərin dəyişməsində ciddi artım tendensiyası baş verməyib, inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz səviyyəsində qərarlaşıb. Birinci yarımillikdə orta illik ərzaq qiymətlərində 0,6 faizlik deflyasiya qeydə alınıb, qeyri-ərzaq inflyasiyası isə 1,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə inflyasiya isə 2,4 faiz təşkil edib. İllik inflyasiya isə 1,1 faizə bərabər olub. Nəticədə əhalinin gəlirləri inflyasiya göstəricini 4 dəfə üstələyib. Bu isə müxtəlif sahələr üzrə orta aylıq əməkhaqqının yüksəlməsində əhəmiyyətli rol oynayıb. Hazırda inflyasiyanın artımı üçün ciddi fundamental əsasların olmadığı müşahidə edilir ki, bu amil 2024-cü ilin sonunda əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artımına imkan yaradır.
Orta aylıq əməkhaqqı artımına təsir edən amillərdən biri də minimum əməkhaqqının məbləğinin yüksəlməsidir. Hazırda ölkəmizdə minimum əməkhaqqını artırılması ilə bağlı təkliflər hazırlanır və növbəti ildə Azərbaycanda minimum əməkhaqqının artırılmasının gerçəkləşməsi ölkə üzrə əməkhaqlarının artımına da təsir göstərəcək. Belə ki, minimum əməkhaqqının artırılması ölkə üzrə 700-800 min vətəndaşın əmək haqqının artmasına təsir göstərəcək. Ölkəmizdə dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının misilləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması həmin işçilərin maaşlarına təsir edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri VTC-dən irəli gələn tələblərə uyğunlaşdırılır və minimum əməkhaqının artımı VTC əsasında işləyən 800 min nəfərə şamil olunur. Bu o deməkdir ki, 2025-ci ildə minimium əməkhaqqının artmasından sonra ölkəmizdə 400 min dövlət, 400 min isə qeyri-dövlət sektorunda çalışan insanın da əməkhaqqı artmış olacaq. Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək nazarında mühüm fayda verir, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edir. Bu isə ölkə üzrə əhalinin gəlir əldəetmə imkanlarının yaxşılaşması və orta aylıq əməkhaqqının nisbi artımına da səbəb olacaq.
Orta aylıq əməkhaqqının artımı, eyni zamanda, pensiayaların artmasında da əsaslı rol oynayır və bu baxımdan 2025-ci ildə pensiyalardakı artım məbləği bu göstəriciyə əsasın müəyyənləşəcək. Belə ki, orta aylıq əməkhaqqının 10 faiz artması pensiayaların da eyni rəqəm üzrə artımını təmin edəcək.
Hökumətin ortamüddətli dövr üzrə hədəflərində ölkədə yüksək inkişafın və iqtisadi artımın cəmiyyətin bütün üzvlərinin sosial rifahının yaxşılaşmasına, iqtisadiyyat inkişaf etdikcə vətəndaşların gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməsi, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılması nəzərdə tutulub. Strateji prioritetlər dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə inkişaf çərçivəsinə uyğun olaraq əməkhaqqı artımlarının bütün sektorları əhatə etməsi hədəflənib. Bu siyasət tədbirləri üzrə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunması da əsas sosial çağırış kimi qarşıya qoyulub. Bu istiqamətdə əsas istiqamətlərdən biri kimi əhalinin işlə təminatının yaxşılaşdırılması və gəlirəldə etmə mənbələrinin daha da gücləndirilməsi, özəl sektorda yeni iş yerlərinin yaradılması, məşğulluğu təşviq edən sahibkarlıq fəaliyyətinin stimullaşdırılması da diqqətdə saxlanılacaq. Xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq ki, bu da, ümumilikdə, minimum və orta aylıq əməkhaqqı artımlarını təmin etməklə aradakı nisbəti də azaldacaq.
Hökumətin iqtisadi ssenarilərinə əsasən, orta aylıq əməkhaqqının həcmi 2024-cü ilin sonunda 1020 manat, 2025-ci ildə 1038-1050 manat, 2026-cı ildə 1095-1150 manat, 2027-ci ildə 1153-1200 manata çatacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

