İki qardaşın Niyyət Bəyannaməsi...
27.09.2024 [10:14]
Azərbaycan və Türkiyə ekoloji təmiz məhsul istehsalı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığı artıracaq. İki ölkənin Kənd Təsərrüfatı Nazirliyi arasında heyvandarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Bəyannaməsinin imzalanması da bu strateji məqsədə xidmət edir. Sənədə əsasən, tərəflər heyvandarlıq sahəsinə sərmayələrin cəlb olunması, bu sahədə fəaliyyət göstərən iş adamları arasında əlaqələrin gücləndirilməsi və təşviq edilməsi barədə razılıq əldə ediblər.
Türkiyə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşıdır. İki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq uğurla davam edir. İclasda iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensiallar mövcuddur. Eyni zamanda, Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə vasitəsilə Avropa bazarlarına ixracının genişləndirilməsi müasir ixrac-tranzit siyasətində mühüm yer tutur.
“Dost Aqropark” modelinin davamı - azad ərazilərdə “ağıllı kənd təsərrüfatı” quruculuğu
Türkiyə və Azərbaycan aqrar sahədə ənənəvi istehsal və emal üsullarından müasir aqrar-sənaye modelinə keçidi sürətlləndirmək, “ağıllı kənd təsərrüfatı” texnologiyalarının tətbiqini genişləndirmək, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiqini təmin etmək, ekoloji təmiz və halal qida prinsipi ilə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri və aqroparklar yaratmaq üçün birgə təşəbbüsləri dəstəkləyir. Tərəflər bu layihələrin icrasında dövlət şirkətləri ilə yanaşı, özəl biznes icmasınıın fəaliyyətini əlaqələndirməyi vacib hesab edir.
Türkiyə və Azərbaycan azad edilmiş ərazilərdə də aqrar planları gerçəkləşdirmək üçün səyləri artırmaq niyyətindədir. Bu məqsədlə türk iş adamlarının müasir aqroparklara sərmayə yatırması üçün təşviqedici addımlar atılacaq. Bu prosesdə 2 il əvvəl Zəngilan rayonunda təməli qoyulmuş və birinci mərhələsi istifadəyə verilmiş “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi nümunəvi model olacaq. Qeyd edək ki, kənd təsərrüfatı və heyvandarlığın inkişafında müasir aqrar model olan “Dost Aqropark” layihəsinin birinci mərhələsində 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. “Dost Aqropark”ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış heyvanlardan alınan ət məhsulları “Made in Qarabağ” brendi ilə bazarlara çıxarılır. Azad ərazilərdə bu tipli aqrar modellərin sayının artırılması, eləcə də “ağıllı kənd təsərüfatı” layihələrinin tətbiqi məqsədilə müasir, ekoloji təmiz məhsul prinsipi üzrə istehsal və texnika sahələrinin yaradılması nzəərdə tutulur. Bundan başqa, Türkiyə şirkətləri ölkəmizdə yeni cins heyvanların yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınmasında yaxından iştirak etmək, aqrar komplekslər yaratmaq, ölkəmizdə toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödənilməsinə öz töhfələrini vermək niyyətindədirlər. İki qardaş ölkənin birgə aqrar sənaye şəbəkəsinin formalaşdırılması və dünya bazarına çıxarılması üçün “Aqro Market” platformasının qurulması da əsas planlardan biridir.
Dayanıqlı aqro-ərzaq sistemlərinə keçid
İki qardaş ölkə müasir iqlim çağırışları fonunda aqrar sahənin yeni tələbatlarını nəzərə alaraq kənd təsərrüfatında “yaşıl sərmayələri” də artırmağı zəruri hesab edir. COP29 çərçivəsində qlobal alyansla birgə aqro-ərzaq sistemləri proqramını təkmilləşdirməyi planlaşdıran tərəflər ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi üçün müasir alətlərdən istifadə etməyi düşünür. Hazırda iqlim dəyişiklikləri ən çox aqrar sahəyə öz fəsadlarını göstərir və bütün dünya ölkələri Azərbaycan və Türkiyə də qlobal temperatur artımının 2°C-dən xeyli aşağı saxlanılması ilə bağlı hədəflərə nail olmaq üçün dayanıqlı aqro-ərzaq sistemlərinə keçidi vacib sayır. Bu baxımdan müasir çağırışların təsirləri fonunda bu məqsədlərə nail olmaq üçün qlobal təşəbbüslərdən irəli gələn səylərin birləşdirilməsi nəzərdə tutulur.
15 milyard dollarlıq ticarət hədəfləri naminə...
Türkiyə və Azərbaycan arasında aqrar əməlkdaşlığın güclənməsi tərəflərin qarşılıqlı ticarətin həcmini artırmaq hədəflərinə də xidmət edir. Hazırda hər iki ölkə qeyri-neft məhsullarının idxal və ixracında dövriyyəni artırmağı əsas prinsip kimi qarşıya qoyub və əmtəə mübadiləsində aqrar və aqrar-sənaye məhsulları xüsusi yer tutur. Azərbaycan və Türkiyə arasında imzalanmış və 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi də bu strateji məramın bir hissəsidir. Azad Ticarət sazişi hesab edilən Preferensial anlaşma sənədi gömrük rejiminin sadələşdirilməsi və qeyri-neft mallları üzrə gömrük dərəcələrinin azalmasını nzərdə tutur. Ötən il sazişin əhatə dairəsi genişləndirilib və iki ölkə arasında iqtisadi-ticari əlaqələrin fiziki həcm və dinamikası daha da artıb. Belə ki, 2023-cü ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 31 faiz və ya 1 milyard 808 milyon dollar artaraq 7 milyard 650 milyon dollara çatıb.
Ancaq hədəf 15 milyard dollardır və bu məqsədlə tərəflər bütün iqtisadi sahələrdə güzəştləri və stimullaşdırma tədbirlərini genişləndirmək, müxtəlif mal qrupları üzrə idxal və ixracı artırmaq niyyətindədir. Bu baxımdan aqrar sahədə yeni imkanların səfərbər olunması, birgə sərmayələrin qoyulması və aqrar layihələrin icrası istehsalın artmasına və birgə mal mübadiləsinin həcminin böyüməsinə səbəb olacaq.
Türk dövlətlərinin vahid aqrar ixrac qovşağı...
Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığı artırmaq, birgə istehsal və ixrac şəbəkəsini yaratmaq məramı və niyyəti həm də türk dövlətlərinin vahid iqtisadi hədəf prinsiplərini əks etdirir. 2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin də əsas prioritetlərindən biri üzv ölkələr arasında çoxşaxəli iqtisadi layihələrin icrasıdır. Sənəddə iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün yeni iqtisadi-ticari strategiyanın formalaşdırılması və bu çərçivəyə uyğun olaraq iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar bölmədə ölkələrin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi öz əksini tapıb. Həmçinin, bəyannamənin 5-ci maddəsində ölkələr arasında ticarət həcmlərini artırmaq, beynəlxalq ticarət üçün təməl daşı hesab edilən Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi -Asiya-Çini birləşdirən Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək barədə hədəflər müəyyənləşib. Türkiyə və Azərbaycanın kənd təsərrüfatı məhsullarını ixrac etmək, birgə aqrar ticarət zənciri yaratmaq planları Bəyannamənin prinsiplərinə tam uyğundur və ümumilikdə bütün türk dövlətləri üçün vahid aqrar ixrac qovşağının formalaşmasına səbəb ola bilər.
Ümumilikdə, Azərbaycanın və Türkiyənin aqrar sahədə əməkdaşlığı və niyyətləri ikitərəfli iqtisadi və ticari həcmlərin artmasına, müasir aqrar alətlərin tətbiqi sayəsində ekoloji təmiz məhsul istehsalına imkan verməklə yanaşı, ərzaq təhlükəsizliyinin möhkəmlənməsində mühüm töhfəverici rol oynayacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

