“Atena” süd möcüzələri yaratmaqda davam edir
28.12.2012 [02:05]
Şirkətin 2013-cü il planlarında bir sıra yeni növ süd məhsullarının istehsalı yer alır
Ağcabədi rayonunun Ağabəyli kəndində qurulan və Avropanın nəhəng süd emalı müəssisələrindən hesab olunan “Atena” Süd Zavodu 2013-cü ildə də süd möcüzələri yaratmaqda davam edəcək. Belə ki, növbəti ildə müştərilər zavodun istehsal etdiyi bir sıra yeni çeşid süd məhsullarının, o cümlədən, dovğa, qaymaq, kəsmik, orqanik süd, uşaq südü, laktozsuz süd və s. eləcə də, məşhur “Donone” yoqurtları və “Gouda” pendirlərinin dadından zövq alacaqlar. Bu fikirləri jurnalistlər üçün zavoda təşkil olunan tur zamanı “Atena” MMC-nin Maliyyə, İdarəetmə və İT direktoru Erdoğan Er bildirib. Onun sözlərinə görə, “Atena”nın konsepsiyası bazara insan sağlamlığına xeyirli olan təbii məhsullar çıxarmaqdır. Odur ki, istehsal etdikləri süd məhsullarının digər şirkətlərin məhsullarından bir qədər baha olması onları narahat etmir və sağlam rəqabət şəraitində daxili bazarda duruş gətirə biləcəklərinə əmindirlər.
Erdoğan Er, həmçinin, qeyd edib ki, “Atena” Azərbaycanda yeganə müəssisədir ki, təbii süd əsasında məhsullar istehsal edir. Onun sözlərinə görə, çiy südə olan ehtiyacını ödəmək məqsədilə zavodun yaxınlığında ferma qurulub və burada Avropa ölkələrindən gətirilən 3000 başa yaxın cins inək saxlanılır. Bundan əlavə, ölkənin şimal-qərb bölgəsindən - Qusardan tutmuş Tovuzadək fermerlərdən də süd toplanılaraq zavoda gətirilir. Təkcə Ağcabədidə və onun ətrafındakı kəndlərdə 21 süd toplama məntəqəsi yaradılıb. O, qarşıdakı illərdə fermadakı inəklərdən alınan balalar böyüdükdən sonra onlardan sağılacaq südün zavodun daxili tələbatına yetərli olacağını, beləliklə də, istehsal zamanı yüksək keyfiyyətli ferma südündən istifadə edəcəklərini vurğulayıb.
“Atena” MMC-nin Keyfiyyət, Məhsul Araşdırma və İnkişaf müdiri Musa Kilavuz isə qeyd edib ki, bölgələrdən toplanılaraq zavoda gətirilən süd, müəyyən dərəcədə öz keyfiyyətini itirir. Odur ki, “Atena” qarşısına istehsal prosesində 100 faiz ferma südündən istifadə etməyi məqsəd qoyub. KİV nümayəndələri qarşısında təqdimatla çıxış edən Musa Kilavuz, fabrikin gündə 400 ton süd emal etmək qabiliyyətində olduğunu bildirib. Onun sözlərinə görə, zavodda istehsal prosesi tam avtomatlaşdırılıb və süd fermada sağılandan son məhsul alınanadək, - bütün prosesdə demək olar ki, insan əməyindən istifadə olunmur. Burada quraşdırılan avadanlıqlar İtaliya, Almaniya və Türkiyədən gətirilib. İstehsal prosesi vahid mərkəzdən kompüter sistemi ilə idarə olunur. Süd məhsulları insan əli dəymədən, qapalı bir sistemdə istehsal olunur ki, bu da gigiyenik baxımdan çox önəmlidir. Məhz bunun nəticəsidir ki, “Atena” Azərbaycanda ilk dəfə olaraq İSO-22000 və İngiltərə Süd İstehsalçıları Birliyinin (BRC) keyfiyyət sertifikatlarını alıb.
“Atena”dakı tam avtomatlaşdırılmış istehsal prosesi ilə tanışlıq KİV nümayəndələri üçün nə qədər maraq doğururdusa, onların zavodun yaxınlığında salınmış fermada gördükləri buradakından heç də geri qalmırdı. Fermanın baş direktoru Alp Barmaksızoğlunun dediklərindən belə aydın oldu ki, sən demə bura nəinki ölkəmizin, hətta Avropanın ən böyük heyvandarlıq fermalarından biridir. Onun sözlərinə görə, bir-iki keçmiş Sovet respublikası və Türkiyə istisna olmaqla, Avropada bu böyüklükdə heyvandarlıq ferması yoxdur. Belə ki, ferma gündəlik təqribən 100 ton süd istehsal etmək üçün planlaşdırılıb. Tikinti işlərinə 2011-ci ilin iyul ayında başlanılıb və ilk “Holstein” cinsindən olan düyələr həmin ilin dekabrında gətirilib. Layihənin 3 ildə, iki mərhələdə tamamlanması planlaşdırılır. Layihə başa çatdıqda bura 9200 baş heyvanın saxlanılacağı bir ferma olacaq. Alp Barmaksızoğlu qeyd edib ki, hazırda fermada 2502 baş heyvan var ki, onlardan 1147 başı sağılan, qalanları isə qısır inəklər, düyə, buzov və danalardır. Ferma üçün heyvanlar “Aqrolizinq”in xətti ilə alınıb. Cins inəklər gündə iki dəfə sağılırlar. Hər inəkdən orta hesabla 22 litr süd sağılır. Südün yağlılığı 4,16 faiz təşkil edir ki, bu da orta Azərbaycan göstəricisindən yüksəkdir. Onun sözlərinə görə, fermada ABŞ sistemi tətbiq edilib. Heyvanlara verilən yemin 65 faizini qarğıdalı silosu, 35 faizini isə yonca və digər gücləndirici qatqılar təşkil edir. Heyvanların yataq yerləri belə avtomatlaşdırılmış qaydada təmizlənir. Bu da heyvanlara özlərini burada komfort hiss etməyə şərait yaradır. Fermada inəklər elektron nəzarət altında, eyni anda 40 inəyi sağmağa imkan verən sağım otağında sağılırlar.
Alp Barmaksızoğlu qeyd edib ki, fermada heyvanlar “İnək konfortu” metodu ilə saxlanılır və sağıma göndərilir. “Hətta inəklər sağıma göndərilərkən, onlar əzizlənirlər ki, yaxşı süd versinlər. Əgər görsəm ki, biri bu inəklərə əl qaldırıb, yaxud təpik atıb, bir çomaq vurub, dərhal onu işdən ataram”, - bunu da baş direktor deyib. O, həmçinin, bildirib ki, fermada inəklər süni mayalanma yolu ilə çoxaldılırlar. Ötən müddət ərzində inəklərdən 200-dək buzov almağa müfəffəq olublar. 15 aylıq olduqda isə həmin buzovlar artıq süd verməyə başlayacaqlar. Alp Barmaksızoğlunun sözlərinə görə, hazırda ferma “Atena” MMC-yə gündəlik təxminən 23 ton süd təhvil verir. Qarşıdakı iki il ərzində zavoda təhvil veriləcək südün həcminin 100 tona çatdırılması nəzərdə tutulur. Bu isə “Atena”ya öz konsepsiyasını həyata keçirməyə - istehlakçıları sağlam, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli ferma südü ilə təmin etməyə imkan verəcəkdir.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09

