Rəqabət və xarici bazarlara çıxış üçün...
03.10.2024 [11:07]
Rəqəmsallaşma Proqramı KOB-ların fəaliyyətində yeni mərhələ açacaq
Rəqəmsal transformasiya müasir biznesin formalaşmasını şərtləndirən aparıcı amildir. Elektron ticarət, rəqəmsal ödənişlər, süni intellekt, böyük verilənlər, blokçeyn və digər alətlər ənənəvi biznesin rəqəmsal biznesə keçidində mühüm rol oynayır. Rəqəmsal transformasiya kiçik və orta biznesdə (KOB) innovasiyaları sürətləndirmək və bununla da rəqabət qabiliyyətini gücləndirmək üçün əsas vasitə kimi ön plana çıxır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda kiçik və orta biznesin (KOB) inkişafının yeni və daha səmərəli stimullarla təşviqi, rəqəmsal cəmiyyətə tam inteqrasiya üçün yeni strateji hədəflər müəyyən edilib. Bu məqsədlə yeni hazırlanan kiçik və orta sahibkarlığın rəqəmsallaşması proqramı bu istiqamətdə nəzərdə tutulan prioritetləri özündə əks etdirir.
Proqramın başlıca məqsədi rəqəmsallaşmanı təşviq etməklə kiçik və orta biznesləri dəstəkləmək, onların effektivliyini, rəqabət qabiliyyətini və bazar əhatəsini genişləndirməkdir. KOBİA-nın sədri Orxan Məmmədov Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBIA) birgə iştirakı ilə KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimində bildirib ki, rəqəmsallaşma ilə bağlı hədəflər KOB-lar üçün bir çox imkanlar açır. Belə ki, onların yeni bazarlara çıxışı və qlobal dəyər zəncirinə inteqrasiyası, öz innovativ fəaliyyətlərini yüksəltməsi və məhsuldarlığını artırması baxımından yeni proqram mühüm əhəmiyyət kəsb edir. Bu çərçivəyə əsasən, KOB-ların rəqəmsal alətlər, strategiyalar və qabaqcıl təcrübələr haqqında maariflənməsi məqsədilə seminarlar və təlim proqramları təşkil olunacaq, ən innovativ təşəbbüslərə cəlb edilməklə bacarıqların artırılması dəstəklənəcək.
Rəqəmsallaşmadan kənarda qalan KOB-lar uğursuzluğa düçar olur
Hazırda rəqəmsal transfrormasiya qlobal biznes üçün ən başlıca şərtlərdən biridir. Dünya İqtisadi Forumunun (DİF) hesablamalarına əsasən, dünyada fəaliyyətə başlamış şirkətlərin 70 faizindən çoxu rəqəmsallaşma olmadan fəaliyyətinin ilk ilindəcə uğursuzluğa düçar olur. Ona görə də, hazırda dünyada bütün KOB subyektləri rəqəmsal arxitekturaya inteqrasiya olunaraq biznes planlaşdırması, mal və xidmətlərin istehsalında rəqəmsal xidmətlərə və alətlərə geniş yer verir. DİF-in digər ehtimallarına görə, qarşıdakı 10 illik dövrdə qlobal iqtisadiyyatda yaradılacaq əlavə dəyərin təqribən 70 faizi rəqəmsal platformalara əsaslanacaq.
Bu baxımdan Azərbaycanda da KOB-ların rəqəmsallaşması iqtisadi gündəmin əsas meyarlarından biridir. 18 dövlət qurumunun təmsil olunduğu “Rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası”nda da KOB-ların bu sistemin ayrılmaz tərkib hissəsi kimi potensialları müəyyənləşib. Strategiyaya əsasən 2030-cu ilədək ölkədə 650-dək şirkətin rəqəmsallaşması nəzərdə tutulub ki, onların böyük bir qismi kiçik və orta biznes icmasıdır.
“digiMATE” və “DIGI30” - KOB üçün məsuliyyət və etimad alətləri...
KOB-ların Rəqəmsallaşdırılması Proqramının rəhbəri Elturan Əhmədbəyli bildirib ki, yeni strateji sənəd 4 mərhələ üzrə biznesi dəstə?ləyir. Bu, bazar araşdırması, dünya təcrübəsinin öyrənilməsi və mənimsənilməsi, KOB-ların imkanlarının təhlili, təchizatçılarla görüşləri kimi fazaları nəzərdə tutur.
KOB-ların Rəqəmsallaşma Proqramında mühüm yer tutan layihələrdən biri “digiMATE”dir. 2024-cü ilin avqust ayından istifadəyə verilən bu platforma “digiMATE” kiçik və orta bizneslərin rəqəmsallaşma bələdçisidir və rəqəmsallaşma səyahəti boyunca onları müşayiət edir. Bu, korporativ rəqəmsal transformasiya sayəsində biznes subyektlərinin qiymətləndirmə sistemi müəyyənləşir və onların rəqəmsal yetkinlik indeksi (RYİ) təyin edilir. Yəni, “digiMATE” bizneslərin rəqəmsallaşma səviyyələrini ölçmələri üçün qiymətləndirmə aləti rolunu oynayır. Ona görə də, çevik və nümunəvi bizneslərlə, tənbəl KOB-lar bu platforma çərçivəsində müəyyən olunacaq ki, biznes icması öz üzərində işləməklə, daha doğrusu rəqəmsal xidmətlərə daha sıx inteqrasiya olunmaqla öz reputasiyalarını gücləndirmək imkanı qazanacaq.
Digər bir rəqəmsal alət “DIGI30” layihəsidir. Bu, rəqəmsal platformada kiçik və orta bizneslər rəqəmsallaşma dəstəyindən yararlanaraq innovativ həllərə çıxışa kömək edir. Bu alət rəqəmsal marketinq rolunu oynamaqla biznesin rəqəmsal təşəbbüskarlığını, bacarıq və səriştələrini üzə çıxarır.
Hər iki layihə kiçik və orta biznesin rəqəmsal texnologiyalardan faydalanmaqla rəqabət qabiliyyətini artırmaq və xarici bazarlarda imkanlarını genişləndirmək imkanı yaratmaqla, həm də KOB-ların kibertəhlükəsizlik, bulud həlləri üzrə tədbirləri təmin etməyə də imkanlar yaradır.
“Yaşıl dəhliz” kiçik və orta biznes üçün asan keçidi təmin etməkdədir
KOB-lar üçün rəqəmsal infrastrukturlardan biri də “Bakı KOB evi”ndə yaradılan “KOB gömrük anbarı”dır. Elektron sistemə əsaslanan bu model KOB-ların xaricdən ölkəyə gətirdiyi malların operativ şəkildə rəsmiləşdirilməsi, gömrük prosedurlarının asanlaşdırılması və idxal proseslərinin sürətləndirilməsini təmin etməyi nəzərdə tutur. Bu platforma KOB-larla gömrük orqanı arasında məmnuniyyətin və gömrük xidmətlərinə əlçatanlığın təmin edilməsi, şəffaflıq və aşkarlığın artırılması istiqamətində körpü rolunu oynayır. Bu sistem çərçivəsində “KOB Evi - Gömrük və Logistika adaları” təsis olunub. “Bakı KOB evi”nə məxus Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasının işi də “Gömrük anbarı” ilə əlaqələndiriləcək. Bu isə idxal-ixrac əməliyyatları üzrə sahibkarların vahid mərkəzdən lazımi xidmətləri almasına, bununla da vaxt və əməliyyat xərclərinə qənaət etməsinə imkan verəcək.
2030-cu ilədək...
2030-cu ilədək ölkədə 650-dək şirkətin rəqəmsallaşması nəzərdə tutulub. Azərbaycanda fəaliyyətdə olan biznes subyektlərinin mütləq əksəriyyətinin, təxminən 98 faizinin KOB-lar təşkil etdiyini nəzərə alsaq, rəqəmsallaşmada əsas ağırlıq yükü KOB-ların üzərinə düşür.
Beləliklə, rəqəmsallaşmanın geniş tətbiqi KOB-lara daha çevik qərarlar vermək, yeni məhsul və xidmətlər təqdim etmək, şəffaflığı təmin etmək, müştəri məmnuniyyətini artırmaq, əməliyyat xərclərini azaltmaq, insan kapitalını daha səmərəli idarə etmək və minimum resurslarla maksimum effektivlik imkanı yaradacaq. Rəqəmsallaşma Proqramı KOB-ların fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və rəqabət qabiliyyətini artırmaqla onların xarici bazarlarda Azərbaycanın milli sahibkarlıq simasının daha da zənginləşməsinə töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

