Məşğulluq səviyyəsinə görə, Azərbaycan MDB ölkələri sırasında birincilərdəndir
05.06.2013 [02:15]
Azərbaycanda orta statistik əməkhaqqı Gürcüstan, Ermənistan, Ukrayna və Moldovadakı analoji göstəricidən 1,5 dəfə çoxdur
Məlum olduğu kimi, vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin güclü sosial müdafiə ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Mübaliğəsiz demək olar ki, bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir. Dövlətin sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların düşüncəli surətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilir. Bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, ötən il Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Başqa sözlə, bu gün ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə möhkəm dayaqlar üzərində bərqərar olması, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Dünya Bankının hesabatında milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Belə ki, Bankın hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.
Qeyd edək ki, Azərbaycanda inflyasiya ilə əhalinin pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Cari ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2012-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 4,8 milyard manat təşkil edib, onun hər nəfərə düşən həcmi isə 517,6 manat və ya ayda orta hesabla 258,8 manat olub. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin həmin dövr ərzində bahalaşmasını 3,4 faiz bəndi üstələyib, başqa sözlə hər nəfərə real gəlirlər 3,3 faiz artıb.
Ümumilikdə, ötən 10 il müddətində ölkəmizdə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizədək enib. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizədək azalıb. Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir.
Qeyd edək ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Bütövlükdə, ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilir.
Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Bu isə öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması nəticəsində insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Təkcə onu demək kifayətdir ki, son 7 ildə ölkəmizdə 950 min yeni iş yeri açılıb, minlərlə yeni müəssisə fəaliyyətə başlayıb. Məsələn, 2005-ci ildə ölkə üzrə işsizlərin sayı 7,5 faiz və ya 317,8 min nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 5,4 faiz və ya 250,9 min nəfər olub. İşsizlik statusu almış şəxslərin ümumi sayı 56 343-dən (2005-ci il) 38 330 nəfərədək (2011-ci il) azalıb. İşsizlik müavinəti alan şəxslərin sayı isə 2087-dən (2005-ci il) 1002 nəfərədək (2011-ci il) azalıb.
Dövlət Statistika Komitəsinin 2013-cü il aprelin 1-nə olan hesabatında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1479,3 min nəfər olub. Onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 578,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. 2013-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 404,7 manat təşkil edib, keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu günlərdə Avropa Komissiyasının maliyyə dəstəyi ilə hazırlanmış “AB ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əmək mobilliyinin xərcləri və səmərəsi” adlı hesabatda bildirilir ki, son 10 ildə Azərbaycanda məşğulluq səviyyəsi xeyli yüksəlib. Azərbaycan məşğulluq səviyyəsinə görə (60 faiz), bölgədə ən yüksək göstəricilərdən birinə sahibdir. 2000-2011-ci illərdə Azərbaycanda məşğulluğun səviyyəsi 18 faiz artıb: “Azərbaycan bu göstəriciyə görə MDB ölkələri sırasında birincilərdəndir. Müqayisə üçün qeyd edək ki, son on ildə Azərbaycanda məşğulluq səviyyəsi artsa da, Ermənistan və Gürcüstanda bu göstərici azalıb. Azərbaycan orta aylıq maaşın həcminə görə MDB ölkələri arasında ilk yerlərdə təmsil olunur. Ölkə bu göstəriciyə görə yalnız Rusiya və Qazaxıstandan geri qalır. Azərbaycanda orta statistik əməkhaqqı Rusiyada orta aylıq əməkhaqqının 60 faizini təşkil etsə də, bu göstərici Gürcüstan, Ermənistan, Ukrayna və Moldovadakı analoji göstəricidən 1,5 dəfə çoxdur. 2010-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 413 dollar təşkil edib”.
Hesabata əsasən, 2010-cu ildə Azərbaycan əhalisinin tam yarısı iqtisadi baxımdan aktiv olub. 2009-cu ildə ölkədə işləyən qadınların sayı əmək qabiliyyətli qadınların 65 faizini təşkil edib.
Azərbaycanda immiqrasiya prosesi də aktiv şəkildə davam edir. Bu prosesdə əsasən MDB ölkələrinin vətəndaşları iştirak edirlər. Ölkəyə əsasən Rusiya, Gürcüstan, Ukrayna, Türkmənistan və Qazaxıstandan mühacirlər gəlir, əmək mühacirləri arasında Türkiyə, İran, İsrail, Çin və Pakistan vətəndaşları da var.
Azərbaycanda miqrasiya proqnozlarına gəldikdə, araşdırmada qeyd olunur ki, ölkəni tərk etmək istəyən insanların sayı ildən-ilə azalır: “Eyni zamanda, əmək mühacirlərinin də sayı artmaqdadır. Statistika Komitəsinin məlumatına əsasən, son üç ildə ölkəyə gələn mühacirlərin sayı ölkədən gedən mühacirlərin sayından çox olub”.
SEVİNC
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

