Azərbaycan və Çinin təşəbbüskarlığı ilə...
13.05.2025 [09:46]
“Bir kəmər, bir yol”un yeni körpüsü olan “Dəniz İpək Yolu” regional haba çevrilir
2015-ci ilin mayında Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi Ticarət və Xarici İşlər nazirlikləri ilə birlikdə “Gələcəyə baxış: “İpək Yolu iqtisadi kəmər” və XXI əsr “Dəniz İpək Yolunun” yaradılması istiqamətləri” adlı hesabatı hökumətə təqdim edib. Sənəddə Çinin zəif inkişaf edən regionlarında ixracyönümlü istehsalın artırılması və nəqliyyat infrastrukturunun yenilənməsi nəzərdə tutulub. Hesabat Çinin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə perspektivləri əks etdirməklə, 40 illik uzunmüddətli inkişaf hədəflərini nəzərdə tutur. Həmin prioritetlərin sırasında Azərbaycanın da yer aldığı Orta Dəhliz quruculuğunun gələcək inkişafına dair nikbin proqnozlar əks olunub.
2015-ci ildə verilmiş qərar
Qeyd edək ki, “Bir kəmər, bir yol” layihəsi Çin rəhbəri Si Cinpin tərəfindən 2013-cü ildə elan edilib və bu təşəbbüsə ilk qoşulan ölkələrdən biri Azərbaycan olub. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra ölkəmiz bu marşrutda öz yerini müəyyənləşdirib. 2019-cu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycanın dövlət başçısı Asiya ilə Avropa arasında körpülərin qurulmasına, gələcək rifaha xidmət edən nəqliyyat-logistika qovşaqlarına investisiya yatırdığımızı bəyan edib. Azərbaycan Şərq-Qərb dəhlizi olan “Bir kəmər, bir yol” layihəsinin ən strateji halqası olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində adıçəkilən layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib və bu dəhlizdə öz layiqli yerini alıb.
2017-ci ildə Pekində keçirilən “Kəmər və yol” mövzusunda növbəti beynəlxalq forumda BMT-nin Baş katibi Antoniu Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard, Dünya Bankının əlaqələndirici prezidenti Jim Yong Kim, 25 dövlət başçısı, 130 dövlətin rəsmisi və 30 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edib. Bu tədbir “Bir kəmər, bir yol” konsepsiyasını qlobal hab kimi strateji dünya layihəsi olmasını tam təsdiqləyib.
Azərbaycan və Çin tranzit daşınmalarını 2 dəfə artırıb
Azərbaycan bu qlobal layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci səhmdar kimi öz təşəbbüskarlıq iradəsini nümayiş etdirib, digər coğrafiyaları da bu dəhlizə cəlb edib. Asiya və Xəzəryanı ölkələri vahid logistika habında - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) birləşdirib. Həmin dəhlizin əsas şaxələri olan Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz, həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması bu nəqliyyat arteriyasında daşınmaların həcminin sürətlə artmasına səbəb olmaqdadır. Təkcə Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Digər ölkələrin bu nəqliyyat ailəsinə qoşulması isə daşınmaların qat-qat böyüməsi üçün yeni perspektivlər açır.
Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazisindən keçən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.
Hazırda bu layihəyə 150 dövlət qoşulub ki, bu da Çindən başqa dünya əhalisinin 65 faizinin yaşadığı bir coğrafiyanı əhatə edir. Bu ölkələr dünya ümumi daxili məhsulunun (ÜDM) 30 faizini istehsal edirlər. Təşəbbüs çərçivəsində həyata keçirilən işlərin maliyyələşməsi üçün ilkin olaraq büdcəsi 40 milyard dollardan ibarət “İpək Yolu Fondu” yaradılıb.
Orta Dəhliz Zəngəzurla birləşir
Uzunmüddətli hədəf bütün tərəfdaşları vahid logistika zəncirində birləşdirməkdir. Azərbaycanın Qlobal Cənubun fəal ölkəsi olması və Çinin bu coğrafiyada çox vacib və fəal rol oynaması əlaqələrin çoxşaxəliliyini daha da artırır. Perspektivdə bu dəhlizin Zəngəzurdan, Zəngilan istiqamətindən keçməsi mümkün hesab edilir.
Azərbaycan həm də Çinin Avropa ilə artan ticarətində mühüm ötürücü statusuna malikdir. Şərqdən gələn böyük iqtisadi resursların, mal və xidmətlərin Avropaya çıxarılmasında və əmtəə zəncirinin genişlənməsində Azərbaycan tranzit və əlaqələndirici ölkə kimi strateji ölkədir, qitələr arasında bağlantını təmin edən geoiqtisadi əhəmiyyətə malik təchizatçıdır.
Beləliklə, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü iştirakçı dövlətlərə, o cümlədən də Azərbaycana iqtisadi dividendlərlə yanaşı, həm də siyasi zəmanət də qazandıracaq. Azərbaycan Çin və digər Asiya dövlətlərinin qismində özünə siyasi tərəfdaşlar əldə edəcək. Həmçinin, bu layihənin ən geniş qovşağı olan Orta Dəhlizin coğrafi hüdudlarının genişlənməsi Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafını daha da artırmaqla, regional və qlobal səviyyədə yeni imkanları səfərbər edəcək. Bir sözlə, “Bir kəmər, bir yol” konsepti qlobal sinerji proqramı olmaqla, nəhəng bir coğrafiyada rifah və əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

