Azərbaycanın hərtərəfli inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri...
25.07.2025 [10:56]
20 ildə 20 767,1 km yol...
Yol-nəqliyyat infrastrukturu həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır. Müasir, optimal əlaqələndirilmiş yollar olmadan iqtisadiyyatın inkişafını təsəvvür etmək belə mümkün deyil. Eyni zamanda, rahat yollar çox doğru olaraq insanların rifahının təmin edilməsi anlamında qəbul olunur.
Bu baxımdan Azərbaycanın təcrübəsi təqdirəlayiqdir. Son 20 ildən artıq müddətdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bütün ölkə üzrə yüksək səviyyəli yol-nəqliyyat infrastrukturunun qurulması Azərbaycanın hərtərəfli inkişaf strategiyasının ən mühüm istiqamətlərindən birini təşkil edib. Deyə bilərik ki, respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi davamlı hal alıb. Elə bu günlərdə dövlətimizin başçısı “Şəmkir rayonunun Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, sözügedən yolların əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ilkin olaraq 2,0 (iki) milyon manat vəsait ayrılıb.
Qürur doğuran zəngin statistika
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Dövlət başçısının imzaladığı sərəncamlar əsasında yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan kompleks tədbirlər nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Sözsüz ki, bu da öz növbəsində, rahat gediş-gəlişi təmin edir, yük və sərnişin daşınmasını asanlaşdırmaqla vətəndaşların həyat şəraitini daha da yaxşılaşdırır. 2004- 2024-cü illərdə ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikamızda 6593,7 km respublika əhəmiyyətli, 11643,6 km yerli əhəmiyyətli, 2529,8 km Bakı şəhər yolları olmaqla, ümumilikdə, 20 767,1 km uzunluğunda yeni yollar tikilib və yaxud mövcud yollar əsaslı şəkildə təmir edilərək yenidən qurulub. Bundan başqa, bəhs olunan dövrdə ölkə ərazisində 727 körpü - yol ötürücüsü, 73 avtomobil tuneli, 163 yeraltı və yerüstü piyada keçidi inşa olunub. Bu zəngin statistika müstəqil Azərbaycanın dinamik inkişafının göstəricisi olmaqla yanaşı, həm də respublikamızın gücünü, nə qədər geniş imkanlara malik olduğunu təcəssüm etdirir.
Dünyada 27-ci, MDB-də 1-ci...
Qürurverici haldır ki, respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi nüfuzlu reytinq agentliklərinin dəyərləndirmələrində də yüksək qiymətə layiq görülüb. Qısa müstəqillik tarixində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşması böyük nailiyyətdir.
Ölkəmizdə respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması ildən-ilə daha da genişlənir. Hazırda da bir necə yol layihəsinin icrası uğurla davam etdirılməkdədir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələrin icrasını ciddi nəzarətdə saxlayır. Dövlətimizin başçısı bir qədər bundan əvvəl Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub. Magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin iki istiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.
Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.
Hazırda Bərdə rayonunun Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı layihənin icrası uğurla davam etdirilir. Sözügedən avtomobil yolların əsaslı təmirinə ciddi ehtiyac yaranmışdı. Əsasən yararsız asfalt və çınqıl örtükdən ibarət yollarda payız və qış aylarında nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində problemlər yaşanırdı. Yenidənqurma işləri bu problemin aradan qaldırılmasına və yol şəraitinin daha müasir standartlara uyğun olmasına hesablanıb. Əmirli-Xanağlı-Uğurbəyli yolu 27 kilometr, Alpout-Qarayusifli-Tumaslı yolu isə 5.5 kilometr uzunluğa malikdir. Hər iki yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolların eni 10 metrə qədər genişləndirilir.
Azad Qarabağa aparan yollar...
Qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasını yeni mərhələdə özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Ölkəmiz işğal illərində ermənilər tərəfindən viran qoyulmuş həmin ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra, vaxt itirmədən başladı. O cümlədən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq azad Qarabağda müasir yol infrastrukturunun qurulmasına start verildi. Qısa müddətdə bu istiqamətdə böyük iş həçmi yerinə yetirilib. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, həmçinin dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar əsassında işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3 382,6 km təşkil edən 44 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir. Bunlardan 1076,1 km yol respublika əhəəmiyyətli, 2306,5 km yol isə yerli əhəmiyyətlidir. İndiyədək agentlik tərəfindən sözügedən layihələrdən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb. İcrası başa çatdırlan layihələr sırasında Tərtər-Suqovuşan-Talış avtomobil yolunu (28,5 km), “Zəfər Yolu”nu -(101 km), Bərdə-Ağdam avtomobil yolunu (44,5 km), Füzuli-Hadrut avtomobil yolunu (12,3 km) və digərlərini göstərmək mümkündür. İyulun 3-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. Bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir.
Nadir layihələrdən biri - Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu, Murovdağ tuneli
İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan mühüm layihələrdən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun, Murovdağ tunelinin inşasıdır. Burada mövcud yolun uzunluğu 100, yeni yolun uzunluğu isə 82 kilometrdir. Yol birinci və ikinci texniki dərəcəyə uyğun olaraq tikilməkdədir. Yolda artıq bir sıra işlər tamamlanıb.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər hissəsində 56 kilometr, Kəlbəcər-İstisu hissəsində isə 26 kilometr təşkil edir. Toğanalı-Kəlbəcər yolunun 13-cü kilometrliyindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən 3260 metrə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Bundan əlavə 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Bir neçə gün bundan əvvəl Murovdağ tunelinin sol tərəf yarım hissəsi də tunelə birləşdirilib. Murovdağ tunelinin yaxın perspektivdə istismara verilməsi bölgənin iqtisadi aktivliyini artırmaqla yanaşı, yük və sərnişin daşımalarını da xeyli asanlaşdıracaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

