ABŞ-ın 10 şəhərində Azərbaycan nümayəndəliyi açılacaq
20.08.2025 [10:57]
Azərbaycan Milli Biznes Assosiasiyası Amerikadakı sahibkarlarımızı vahid ekosistemdə birləşdirəcək
“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası ABŞ-ın aparıcı 10 şəhərində nümayəndəliklərini açmağı planlaşdırır. “Caspian Energy Club”ın sədri və Telman Əliyev bildirib ki, nümayəndəliklər Nyu-York, Los-Anceles , San-Fransisko, Vaşinqton, Çikaqo, Hyuston, Ostin, Sietl, Atlanta və Mayami şəhərlərində fəaliyyət göstərəcək. “Caspian Energy Forum”, “Caspian Innovation Forum”, “Caspian Investment Forum”, “Caspian Industry Forum” kimi beynəlxalq platformalar çərçivəsində planlaşdırılır. Həmin şəhərlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, eləcə də sahibkarları birləşdirən assosiasiyalarla memorandumlar imzalanması da nəzərdə tutulur. Bu isə həmin təşkilatlarda birləşən şirkətlərin “Millibiz” ekosisteminə qoşulmasını təmin edəcək.
Qeyd edək ki, “Millibiz” biznes assosiasiyası ekosistemi Azərbaycan biznesinin xaricdə və əks istiqamətdə genişlənməsinə kömək edən platformadır. Platforma ölkə hüdudlarından kənarda yerli sahibkarları birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətlərin beynəlxalq bazarlara çıxışını və regionlara beynəlxalq investisiyaların cəlbini təşviq edən işqüzar sistem kimi fəaliyyətini genişləndirir. Azərbaycan Milli Biznes Assosiasiyası yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açmağı planlaşdırır ki, strateji hədəflər sırasında ABŞ ilk yerlərdən birini tutur.
İqtisadi əlaqələrin müasir gündəliyi
Azərbaycan iqtisadiyyatı sürətlə dünya iqtisadiyyatına inteqrasiya edir, beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolunu və çəkisini artırır. Respublikamız öz iqtisadi potensialına görə hazırda aparıcı dünya dövlətlərinin, o cümlədən ABŞ-ın nəhəng şirkətlərinin diqqət mərkəzindədir. Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti xarici şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə yatırmağa həvəsləndirir.
Qlobal çağırışlar və yeni trendlər isə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühiti şəraitində Amerika şirkətləri üçün də yeni trendləri meydana çıxarır. İqtisadiyyatda innovasiyaların tətbiqi və rəqəmsallaşmada xüsusi inkişaf nailiyyətlərinə malik ABŞ Azərbaycanla iqtisadi əlaqələrin müasir gündəliyinə bu prizmadan daha çox diqqət yetirir.
Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində imzalanan sazişlər və əldə edilən anlaşmalar iqtisadi sahədə ikitərəfli münasibətlərdə yeni səhifə açır. Azərbaycan ABŞ-la enerji və qeyri-enerji sahələrində yeni əməkdaşlıq layihələri icra etməyə hazırlaşır. “Exson”, “SpaceX”, “EXIM Bank”la razılaşmalar çoxşaxəli iqtisadi təmasların bir qoludur. İlk mərhələdə innovativ və kosmik texnologiyalar, süni intellekt həllərinin tətbiqi, maliyyə və yeni sənaye quruculuğu, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanları səfərbər olunsa da, növbəti addımlar biznes icmaları arasında birbaşa əlaqələrin təmin edilməsindən ibarət olacaq.
Amerika Ticarət Palatası biznesə dəstək verəcək
Ötən illərdə Amerikanın bir sıra ştalarında Azərbaycanın investisiya və iqtisadi imkanları barədə missiyalar təşkil olunub, biznes üzvləri arasında təmaslar qurulub. Oklahoma və İllinoys ştatlarında ABŞ və Azərbaycanın kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən sənaye və kənd təsərrüfatı forumları keçirilib. Bu tədbirlər ABŞ-ın iri sənaye və kənd təsərrüfatı ştatlarının kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamları ilə azərbaycanlı sahibkarlar arasında əməkdaşlığının qurulması, yeni texnoloji alətlərlə tanışlıq, orta və iri təsərrüfatları idarə etmək və məhsuldarlığı artırmaq üçün müasir innovasiyaları tətbiq etmək baxımından mühüm əhəmiyyət kəsb edib.
Amerika şirkətləri həmişə Azərbaycanda öz bizneslərini genişləndirməkdə maraqlı olub. Bu prosesdə Azərbaycandakı Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ilə birgə əməkdaşlıq da xüsusi önəm daşıyır. Azərbaycanda yerləşən xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən aparıcı qeyri-kommersiya assosiasiya olan bu təşkilat ölkəmizin iqtisadiyyatının sektorlarında fəaliyyət göstərən 270-dən çox üzv şirkəti birləşdirir.
Ötən həftə Vaşinqtonda imzalanan tarixi sənədələri alqışlayan Palata Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni bir mərhələnin başlandığını bəyan edərək öz imkanlarını daha da gücləndirəcəyini diqqətə çatdırıb. “AmCham Azərbaycan” hesab edir ki, bu mühüm razılaşma təkcə uzunmüddətli sülhün təmin olunmasına deyil, həm də ticarət, investisiya və dayanıqlı iqtisadi artım üçün daha əlverişli mühitin formalaşmasına töhfə verəcək. Palata bu addımı regional iqtisadi inteqrasiyanın gücləndirilməsi və beynəlxalq biznes əməkdaşlığı üçün yeni imkanların açılması baxımından mühüm hadisədir.
“AmCham Azərbaycan” dialoqun inkişafına, tərəfdaşlıqların gücləndirilməsinə və dayanıqlı sülh ilə iqtisadi tərəqqiyə töhfə verən təşəbbüsləri dəstəkləməyə sadiqliyini elan edərək Amerika biznes icması ilə Azərbaycanın iqtisadi blokları arasında körpü rolunu oynayacağını, əlverişli biznes layihələrini təşviq edəcəyini, ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı istiqamətində fəaliyyətini artıracağını da bildirir.
Birbaşa təmasların qurulmasında koordinasiyaedici rol
Ümumiyyətlə, Azərbaycandakı Amerika Ticarət Palatası daxil olmaqla, ABŞ-ın müxtəlif iqtisadi təsisatları, biznes qrupları birgə ticarət missiyaları təşkil etməklə və qarşılıqlı fəaliyyətlərlə Amerika-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına töhfə vermək niyyətindədir. Bu çoxistiqamətli əməkdaşlıq platformaları Azərbaycan iqtisadiyyatına ABŞ şirkətlərinin yeni axınlarına və ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəyə yüksələcəyinə əminliyi artırır.
Göründüyü kimi qeyd etdiyimiz situasiyalar və yeni iqtisadi çağırışlar fonunda qarşılıqlı əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərdən biri kimi Azərbaycanın biznes komandası üzvlərinin, o cümlədən Milli Biznes Assosiasiyasının ABŞ-da xüsusi təmsilçiliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Biznes Assosiasiyasının Amerikanın 10 şəhərində nümayəndəlik açması iqtisadi təşviqlərin bir hissəsi olmaqla birbaşa təmasların qurulmasında koordinasiyaedici rol oynaya bilər.
Beləliklə, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının ABŞ-ın 10 şəhərində nümayəndəlik açmaq təşəbbüsü Azərbaycanın iqtisadi imkanlarının təşviqində mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

