Azərbaycan Suriya quruculuğunda fəal yer alır
09.09.2025 [10:36]
SOCAR və “UCC Holding” bu ölkənin enerji sektorunun bərpasında birgə iştirak edəcək
Azərbaycanın milli neft şirkəti SOCAR və Qətərin “UCC Holding” korporasiyası arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan 2 Anlaşma Memorandumu imzalanıb. Birinci memorandum Suriyada enerji sektorunun yenidən qurulmasında Azərbaycan-Qətər tərəfdaşlığının istiqamətlərini müəyyən edir. Digər anlaşma sənəd isə SOCAR və “UCC Holding”in region ölkələrində neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində birgə əməkdaşlığını nəzərdə tutur. Bu sənədə əsasən, Yaxın Şərq və Körfəz ölkələri regionunda yeni enerji zəncirinin formalaşması üçün əsaslı hüquqi-iqtisadi platforma qurulur. Həmin platforma çərçivəsində adıçəkilən şirkətlər bölgədə neftin və qazın kəşfiyyatı, hasilatı, nəqliyyat və saxlanma infrastrukturunun inkişafı, emal və neft-kimya layihələri, xam neft, neft məhsulları və aviasiya yanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyə malik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarının tikintisi sahələri üzrə müştərək addımlar atacaq.
Avqustun 2-də başlanan enerji həmrəyliyi
SOCAR və “UCC Holding”in Suriyanın enerji sektorunda birgə fəaliyyəti iki dost ölkənin humanizm və rifah baxışlarını əks etdirməklə Yaxın Şərqin sabitliyi, inkişafı, enerji dayanıqlılığı üçün qətiyyətini nümayiş etdirir. Bu anlaşma, həmçinin bir müddət əvvəl formalaşmış Azərbaycan-Türkiyə enerji birliyinə Qətərin də qoşulması sayəsində 3 islam dövlətinin Suriyanın enerji arxitekturasını yenidən qurmaq niyyətlərini ifadə edir.
Məlum olduğu kimi Suriyada yeni milli hökumət komandası formalaşdıqdan və sürətli quruculuq işlərinə start verildikdən sonra Azərbaycan öz dost əlini uzadaraq ölkənin infrastrukturlarının bərpasına öz dəstəyini verməyə başlayıb. Cari il iyulun 12-də Azərbaycanda səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa ilə Prezident İlham Əliyev arasında keçirilən geniş tərkibdə görüş ikitərəfli əlaqələrin inkişafına dair faydalı müzakirələr aparılıb, razılaşmalar əldə edilib. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşməsini nəzərə alan Azərbaycan yeni hakimiyyətin islahatlar proqramına dəstək çərçivəsində Türkiyə ərazisindən Suriyaya qaz ixracına razılıq verib.
SOCAR və Suriya hökuməti arasında imzalanan memorandumuna əsasən avqustun 2-dən etibarən Azərbaycan qazı Türkiyə vasitəsilə Suriyanın enerji rezervuarlarına çatdırılıb. Rəsmi Bakı Yaxın Şərq bölgəsində də etibarlı enerji təchizatçısı statusu qazandı. Boru xəttinin istifadəyə verilməsi Suriyanın təcili enerji tələbatını qarşılamaqla yanaşı, Türkiyənin və Azərbaycanın regional enerji diplomatiyasında, enerji ixracında yeni bir səhifə açıb.
SOCAR Yaxın Şərq enerji bazarında mövqeyini gücləndirir
Azərbaycanın milli enerji korporasiyası olan SOCAR-ın fəaliyyəti isə bu əməkdaşlıq blokunda xüsusi təqdirəlayiqdir. Nə qədər mürəkkəb olsa da, qısa müddətdə bu məsələnin logistika, kommersiya şərtlərinin, qaz həcmlərinin müəyyənləşdirilməsi işlərinin SOCAR tərəfindən həyata keçirilməsi Azərbaycanın bu sahədə olan nailiyyətlərini nümayiş etdirir. Məhz dövlət şirkəti olan SOCAR-ın təchiz etməsi Yaxın Şərq bazarı və coğrafiyasında Azərbaycan qazının rəqabətli şərtlərlə nəqlinin mümkünlüyünə dəlalət edir.
SOCAR-la Qətər şirkəti ilə bağlanmış memorandum isə Suriyanın enerji sistemlərinin və yanacaq infrastrukturlarının bərpası və inkişafı baxımından həlledici əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya Ərəb Respublikasında enerji sektorunun bərpasının sürətləndirilməsi bu ölkənin ümumi inkişafı ilə yanaşı, digər bölgə dövlətləri ilə enerji zəncirinə qoşulması, kabohidrogenlərin şaxələnməsi üçün də mühüm əhəmiyyət daşıyır. Tərəfdaşlıq Suriyanın əsas enerji infrastrukturunun müasir təcrübələr və standartlar əsasında yenidən qurulmasına töhfə verməklə, qonşu dövlətlərin enerji ötürücüləri ilə koordinasiyanı da təmin etmiş olacaq. Layihə regional enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli regional sabitliyin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Azərbaycan-Türkiyə-Qətər müttəfiqliyi bölgədə yeni mərhələni başladır
Göründüyü kimi Azərbaycan-Türkiyə-Qətər enerji müttəfiqliyi sayəsində Suriyada və Yaxın Şərqdə enerji siyasətinin yeni mərhələsi başlayır. Bu amil isə Azərbaycanın enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirmək niyyətini göstərir. Azərbaycanın Qətərlə birlikdə Suriyanın enerji infrastrukturlarının bərpası və yeni enerji təchizat strukturlarının yaradılmasına iştirakı iqtisadi mahiyət daşımaqla, həm də geosiyasi məsələ kimi də dəyərləndirilə bilər. Məlumdur ki, Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycan və Qətər yeni ssenari üzrə Suriyada qurulacaq çoxistiqamətli konnektor şəbəkələri və emal-ötürücü xətləri ilə ərəb ölkələrinin böyük bir qisminin enerji təchizatında yer alacaq. Bu isə Azərbaycan-Suriya-Körfəz dövlətləri blokunda yeni enerji alyansının formalaşması deməkdir.
Beləliklə, dünyanın enerji nəhənglərindən olan “UCC Holding” və SOCAR-ın təcrübəsi və texnoloji bacarıqları birgə əməkdaşlıq formatı əsasənda Suriyanın enerji infrastrukturunun bərpasında əhəmiyyətli rol oynayacaq. Bu əməkdaşlıq, həmçinin Azərbaycanın enerji sektorundakı texnoloji inkişafın beynəlxalq səviyyədə nümayiş etdirilməsi üçün da fürsət sayıla bilər. Bir sözlə, SOCAR qlobal enerji şirkəti kimi nüfuzlu partyorlarla birgə dünya enerji təchizatı və infrastrukturlarını qurulmasında etibar və etimadını möhkəmləndirir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

