Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəmərilə tranziti bərpa edilib

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəmərilə tranziti bərpa edilib

17.09.2025 [22:19]

Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.

AZƏRTAC şirkətin rəsmi saytına istinadla xəbər verir ki, sentybarın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətində 8,8 min ton Kaşaqan nefti yüklənərək göndərilib ki, növbəti yüklənmə sentyabrın 20-ə planlaşdırılır.

Xatırladaq ki, bu ilin avqust ayında Qazxıstan neftinin Bakı-Tbilisi-Ceyhan istiqamətində nəql dayandırılmışdı.

Bu ilin 8 ayı ərzində BTC istiqamətinə nəql olunan Qazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın KMG şirkəti arasında neftinin tranziti barədə saziş 2022-ci ildə imzalanıb. 2024-cü ildə isə KMG və SOCAR Azərbaycan ərazisindən keçməklə neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılığa gəliblər.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30