Vergi Məcəlləsində, gömrük tarifi və sosial sığorta haqqında qanunlarda dəyişikliklər ediləcək
19.04.2016 [09:49]
Aprelin 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda komitə sədri Ziyad Səmədzadə Vergilər Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, dəyişikliyə əsasən bir sıra məhsulların idxal və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur. Belə ki, damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, mineral gübrələrin, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışının ƏDV-dən azad olunması təklif edilib.
Diqqətə çatdırılıb ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi əvvəla kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq üçün Məcəllənin 164-cü maddəsində kənd təsərrüfatı məhsullarının istehsalında istifadə edilən malların idxalının və ölkə daxilində satışının (16.1.33-cü bənd üzrə yalnız idxal zamanı) ƏDV -dən azad edilməsini nəzərdə tutur. Bu da yerli istehsalın maya dəyərini aşağı salmaqla, bu sahə üzrə rəqabətədavamlı ixrac məhsullarının istehsalının artırılması məqsədilə hazırlanıb. Məcəllənin XIV fəslində (Torpaq vergisi) nəzərdə tutulan dəyişikliklər kənd təsərrüfatı təyinatlı və bu məqsədlərlə istifadə üçün yararlı olan, lakin istifadəsiz qalmış torpaq sahələri üzrə vergi yükünün artırılması məqsədini daşıyır. Bu da öz növbəsində mülkiyyətçilər tərəfindən belə torpaqlardan geniş istifadə edilməsinə və bununla da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan kənd təsərrüfatı istehsalının genişləndirilməsinə zəmin yaradacaq.
Məcəlləyə edilən dəyişikliklərin digər məqsədi isə kənd təsərrüfatının inkişafı, bu sahədə investisiya qoyuluşları üçün əlverişli imkanların yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft ixrac potensialının artırılması, qeyri-neft sektorunun inkişafı baxımından kənd təsərrüfatı məhsullarının istehsalının əsaslı şəkildə genişləndirilməsi, idxalın əvəzlənməsi, yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və bu sahədə məşğulluğun artırılmasından ibarətdir.
Məcəlləyə edilən ikinci dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı üzrlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır. Hər 100 kvadratmetr üçün 10 manat müəyyən edilir. Təyinatı üzrə istifadə olunduqda torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda toplanan vergi isə dövlət büdcəsinə daxil ediləcək.
İclasda “Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi də müzakirə edilib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.
Bildirilib ki, “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Azərbaycan Prezidentinin Qaradağ Sənaye Parkının yaradılması haqqında 2015-ci il 3 iyun tarixli Sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.
“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, sənədin 12-ci maddəsinə “tərəflərdə işləyən” sözlərindən sonra, “habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində)” sözləri əlavə ediləcək.
Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxSosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21

