/ / Yessentuki meri: Rusiya və Azərbaycanın zəngin keçmişi və bu günü var, bizi böyük gələcək gözləyir
Yessentuki meri: Rusiya və Azərbaycanın zəngin keçmişi və bu günü var, bizi böyük gələcək gözləyir
29.09.2017 [10:16]
Stavropol diyarını və Azərbaycanı uzun illərin əlaqələri birləşdirir. Bizim zəngin keçmişimiz və bu günümüz var, düşünürəm ki, bizi təkcə humanitar deyil, iqtisadi sahədə də böyük gələcək gözləyir.
Bu fikirləri VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda Yessentuki şəhərinin meri Aleksandr Nekristov AZƏRTAC-ın müxbiri ilə söhbətində səsləndirib. O xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə Yessentukidə görkəmli rus alimi, Bakı Dövlət Universitetinin ilk rektoru Vasili Razumovskinin barelyefi açılıb. Açılışda Azərbaycandan böyük nümayəndə heyəti iştirak edib, Rusiya haqqında, Azərbaycanın Stavropol diyarı ilə sıx əlaqələri barədə çoxlu səmimi sözlər səslənib.
İqtisadi sahədə də münasibətlərimizin inkişaf etdiyini vurğulayan A.Nekristov deyib: “Hər il Azərbaycandan bir neçə min adam Yessentukiyə istirahətə gəlir. Keçən il şəhərimizdə ən yüksək tələblərə cavab verən “İstoçnik” sanatoriyası tikildi və istifadəyə verildi. Bu, təkcə Yessentukidə deyil, həm də Kavkazskiye Mineralnıye Vodı ərazisində ən yaxşı sanatoriyalardan biridir. İndiki forumda, həmçinin Azərbaycan investorları ilə Stavropol diyarının iki böyük şəhəri - Jeleznovodsk və Kislovodsk arasında sanatoriya tikintisi barədə iki investisiya sazişi imzalanacaq”.
Şəhər rəhbərinin vurğuladığı kimi, Bakıda keçirilmiş VII Regionlararası Forumun nəticəsi olaraq bu ilin aprel ayında Azərbaycan şərablarının Yessentukiyə satışı barədə razılıq əldə edilib. “Azərbaycan çox keyfiyyətli, yaxşı şərab istehsal edir və biz şəhərimizdə firma mağazalarının açılışı barədə razılığa gəlmişik. Yessentukidə Azərbaycan mətbəxinin təqdim olunduğu çoxlu restoranlar var. Orada Azərbaycan şərabının verilməsi də yerinə düşər. Yerli investorlar foruma dequstasiya üçün şərab gətiriblər. Biz onları restoranlarımıza paylayacağıq. Bu ilin oktyabr ayında isə Azərbaycan investorları konkret təkliflərlə gələcəklər. Həmçinin tərəvəz emalı üzrə birgə müəssisənin yaradılmasına dair maraqlı bir layihə var. Bax, bu və digər məsələlər barədə biz bugünkü forumda danışacağıq”, - deyə A.Nekristov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

