/ / Beynəlxalq bazardakı iqtisadi amillər Azərbaycanın nəqliyyat sektorunda da qiymətlərin tənzimlənməsini zəruri edib
Beynəlxalq bazardakı iqtisadi amillər Azərbaycanın nəqliyyat sektorunda da qiymətlərin tənzimlənməsini zəruri edib
03.08.2018 [09:08]
Mütəxəssislərin qənaətinə görə, Tarif Şurasının cari il avqustun 1-dən qüvvəyə minən qərarı ictimai nəqliyyatın bundan sonra da ahəngdar işləməsini təmin edəcək
Tarif (qiymət) Şurasının 30 iyul tarixli qərarına əsasən cari il avqustun 1-dən etibarən ölkəmizdə metroda və digər ictimai nəqliyyatda yeni qiymətlər tətbiq edilir. Tarif Şurasının Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması ilə bağlı müraciətlərə uyğun olaraq qəbul etdiyi qərara əsasən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Metroda və digər ictimai nəqliyyatda yeni tariflərin müəyyənləşdirilməsi hansı zəruri amillərlə bağlıdılr? Bəhs olunan qiymət dəyişikliyi bundan sonra nəqliyyat sektorunun fəaliyyətinə hansı təsirləri göstərəcək? Mütəxəssislər, ictimaiyyət nümayəndələri bildirirlər ki, Tarif Şurasının bəhs olunan qərarı anlaşılandır və ilk növbədə əhaliyə nəqliyyat xidməti göstərən qurumların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına hesablanıb. Qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, təxminən 10 il ərzində Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişməyib. Belə ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ildə, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ildə təsdiq edilib. Millət vəkilinin sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində 10 il ərzində nəqliyyat sektorunda daşıma tariflərinin sabit qalmasını təsəvvür etmək belə çətindir. Tahir Rzayev fikirlərinə davam edərək deyib: “Nəqliyyat sektoru maliyyə tutumu kifayət qədər böyük olan təsərrüfatdır. Sektorun gəlirlərini formalaşdıran əsas mənbə isə daşımalardır. Deməli, daşıma tarifləri ilə nəqliyyat xidmətinə çəkilən xərclər adekvat olmalıdır”.
T.Rzayev bildirib ki, Azərbaycanın nəqliyyat sektorunda çevik tənzimləmələrin aparılmasını şərtləndirən amillər sırasında həmçinin qlobal iqtisadiyyatda gedən proseslərin təsiri də yer alır. “Biz son illərdə qlobal miqyasda baş verən proseslərin nəticəsi olaraq dünya dövlətlərində baş verən dəyişikliklərin, o cümlədən də mal və materialların, xidmətlərin qiymətlərinin davamlı olaraq artmasının şahidiyik. Kimsə düşünməsin ki, Azərbaycan dünyada gedən proseslərdən kənarda qala bilər. Bu, mümkün deyil. Nəqliyyat sektoruna gəldikdə isə, deməliyik ki, bu gün respublikamız metro vaqonlarını, müxtəlif tutumlu avtobusları, onların çoxlu adda ehtiyat hissələrini yaxın-uzaq xarici dövlətlərdən valyuta ilə alır”.
Bir sözlə, millət vəkilinin də qeyd etdiyi kimi beynəlxalq bazardakı iqtisadi amillər Azərbaycanın nəqliyyat sektorunda da qiymət tənzimlənməsini zəruri edib.
“Hesab edirəm ki, Tarif Şurasının bəhs olunan qərarı ictimai nəqliyyatın bundan sonra da ahəngdar işləməsini təmin edəcək”. Bu fikri isə “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı Dilarə Cəbrayılova ifadə edib: “Son illərdə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycanda hər sahədə güclü inkişaf müşahidə edilir, ölkəmiz müasirləşir. Təbii ki, bu inkişafa uyğun olaraq yaşam tərzi də dəyişir. İndi respublikamızda müxtəlif sahələrdə ən yüksək standartlar tətbiq edilir. O cümlədən də insanlar daha müasir, daha gözəl, daha çox rahatlıqlara malik nəqliyyat vasitələrindən istifadə etmək istəyirlər. Mənim qənaətimə görə, ictimai nəqliyyatda çevik tarif tənzimlənməsinin həyata keçirilməsi son nəticədə vətəndaşlarımıza göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcək”.
Fikirlərinə davam edən D.Cəbrayılova başqa bir məsələyə də diqqət çəkib. Millət vəkili müqayisələr apararaq vurğulayıb ki, avqustun 1-dən etibarən tətbiqinə başlanan yeni tariflərdən sonra da ölkəmizdə ictimai nəqliyyatda sərnişindaşıma qiymətləri digər MDB dövlətlərində olduğundan xeyli aşağıdır. “Mən Avropa və digər uzaq ölkələrlə paralellər aparmaq istəmirəm. Yaxın ətrafımızı götürsək, görərik ki, Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma qiymətləri eyni coğrafiyanı bölüşən qonşu dövlətlərdəkindən əhəmiyyətli dərəcədə aşağıdır”, - deyə D.Cəbrayılova bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41

