“Pulu alanda da, verəndə də sayarlar” dövrü keçmişdə qaldı
08.01.2022 [00:12]
Elektron bankçılıq - müştərilərə daha yaxın və daha təhlükəsiz bankçılıq
M. ABDULLAYEV
Son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi məzmunlu islahatlar, həmçinin ölkənin bank-maliyyə sistemini də əhatə edir. Fərdi və korporativ müştərilər üçün maliyyə inklüzivliyinin artırılması, milli bank sisteminə inamın gücləndirilməsi, etibarlılığın və təhlükəsizliyin təmin edilməsi bu çərçivədə reallaşdırılan islahatların əsas hədəflərini təşkil edir. Milli iqtisadiyyatımızın bank-maliyyə seqmenti üzrə islahatlar artıq tarixdə qalan 2021-ci ildə də davam etdirilib. Ötən il ölkənin maliyyə sisteminin ISO20022 standartına keçidi üzrə hazırlanmış Tədbirlər Planına uyğun olaraq müvafiq işlərin icrası uğurla həyata keçirilib. Standartın tətbiqi ödəniş sistemlərinin iştirakçıları arasında mübadilə üzrə vahid məlumat formatlarının yaradılmasına, əməliyyatlarda risklərin minimallaşdırılmasına, avtomatlaşmaya sərf olunan resursların azaldılmasına imkan verir.
Pulla virtual təmaslar rahatlıq, etibarlılıq deməkdir
Texnoloji inkişaf, rəqəmsallaşma həyatımıza bir sıra yeniliklər gətirib. Bu dəyişikliklər hətta təsəvvür edildiyindən də sürətlə baş verir. Biz sanki zamana əl uzadıb onu tutmaq, saxlamaq istəyirik, o isə bizdən daha da aralanır. Çox uzaqda yox, lap elə yaxın keçmişdə banka gəlmədən buradakı hesabımızı nəzarətdə saxlamaq, hesabımıza pul daxil etmək və yaxud çıxarmaq heç ağlımıza da gəlməzdi. Bu kimi məqsədlər üçün hökmən uzaq məsafələri yaxın edib, banklara getməli və müxtəlif əməliyyatları yerində həyata keçirməli idik. Açıq deyək, özünəməxsus cəlbedici iyi, qoxusu ilə ən möhkəm iradəli insanları belə biganə qoymayıb özünə çəkən pulu əlbəəl, üzbəüz verəndə və alanda saymağın bir özgə ləzzəti var idi. Bəs necə, atalar sözüdür, pulu alanda da, verəndə də sayarlar.
Ancaq burada deyiblər ki, sən saydığını say, gör, fələk nə sayır. Bəli, artıq elektron və yaxud internet bankçılıq dövrü gəlib və bizlər də dədə-baba qaydalarından uzaqlaşıb halal pulumuzu getdikcə daha çox dərəcədə virtual olaraq saymaq məcburiyyətində qalırıq. Bununla belə, heyifsilənməyə dəyməz. Atalarımızın başqa bir zərb-məsəli də var: Pul əl çirkidir. Yeni növ koronavirus pandemiyası dövründə bu atalar sözünün aktuallığı birə-beş qat daha artıb. Pulla virtual təmasların da öz üstünlükləri var. Elektron bankçılıq fərdi və korporativ müştərilər üçün daha rahat, daha sürətli, daha etibarlı və təhlükəsiz bankçılıq deməkdir. Biz hansı məkanda - yaxında, uzaqda, evdə, ticarət mərkəzində, iş yerində və yaxud istirahət guşəsində olmağımıza baxmayaraq, müvafiq bankda açdığımız hesabımızı idarə edə, müxtəlif maliyyə əməliyyatlarınızı asanlıqla həyata keçirə bilərik. Elə məsafədən virtual yolla yeni hesab açmaq da mümkündür. E-bankçılıq xidməti müvafiq proqram təminatı, elektron autentifikasiya üsulu və kommunikasiya vasitələri ilə istifadəçiyə məsafədən girişi təmin etməklə aidiyyəti hesab üzrə bank əməliyyatlarının aparılması və ya məlumatların əldə edilməsi imkanı yaradır. İnternet bankçılıq istifadəçilərə təqdim etdiyi funksional imkanlar və məruz qala biləcəyi risk səviyyəsindən asılı olaraq məlumat və əməliyyat xarakterli onlayn xidmətlər təklif edir. Məlumat xarakterli E-bankçılıq xidməti istifadəçi tərəfindən yalnız məlumatın əldə edilməsi ilə məhdudlaşır. Bank və ya poçt rabitəsinin milli operatoru bu xidmət vasitəsilə istifadəçilərə bank hesabı, aparılmış əməliyyatlar, həmçinin öz məhsul və xidmətləri barədə məlumatı çatdırır. Əməliyyat xarakterli E-bankçılıq xidməti isə istifadəçilərə ödəniş etmək, vəsaiti hesabdan köçürmək, konvertasiya əməliyyatını aparmaq və digər bank xidmətlərini həyata keçirmək imkanları yaradır.
Əhatə dairəsi genişlənir
Azərbaycan cəmiyyəti yeniliklərə açıq olan cəmiyyətdir. Respublika üzrə E-bankçılığın getdikcə genişlənməsi bunu bir daha təsdiqləyir. Mərkəzi Bankdan “Yeni Azərbaycan”a verilən məlumata əsasən, müasir dövrün əsas çağırışlarından olan elektron bankçılıq göstəriciləri üzrə müsbət dinamika müşahidə olunur. 2021-ci ilin 11 ayı ərzində internet və mobil bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 60.5% və 3.8 dəfə yüksəlib. Elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən istismara verilmiş “Rəqəmsal İdentifikasiya Sistemi”nin (RİS) əhatə dairəsi genişlənməkdədir. 01.12.2021-ci il tarixinədək 20 bank RİS platformasına inteqrasiya olunub, sistem vasitəsilə hüquqi və fiziki şəxslərə 1600-dan artıq bank hesabı məsafədən açılıb, 280 ödəniş kartı əldə edilib.
Mərkəzi Bankdan redaksiyamıza daxil olan məlumatda o da vurğulanır ki, bütövlükdə Milli Ödəniş Sisteminin davamlı, sürətli və təhlükəsiz fəaliyyəti 2021-ci ildə də təmin edilib. Ötən ilin 11 ayı ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri (AZIPS və XÖHKS) vasitəsilə həyata keçirilən ödənişlərin ümumi həcmi ÜDM-in 2.3 misli səviyyəsində olub.
Müasir kart infrastrukturu
Ölkə üzrə kart infrastrukturunun genişlənməsində də dinamika yüksəkdir. Bəhs olunan dövrdə dövriyyədəki təmassız ödəniş kartlarının sayı 2020-ci ilin 11 ayı ilə müqayisədə 2 dəfə, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə 29% artıb. 2021-ci ilin 11 ayında kartlarla aparılan ölkədaxili nağdsız əməliyyatlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 75.4% yüksəlib. Bununla da kart əməliyyatlarında nağdsız dövriyyənin xüsusi çəkisi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 23%-dən 31%-ə yüksəlib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25

