Maliyyə vəziyyətimiz daha da yaxşılaşır
13.07.2023 [10:20]
Qeyri-neft sektoru 3 faizdən çox genişlənib, qeyri-neft sektorunun sənaye sahəsi 6,5 faiz artıb
Azərbaycan uğurlu inkişaf yolunu cari ildə də davam etdirir. Artıq ilin altı ayı arxada qalıb və müəyyən yekunlar haqqında danışmaq mümkündür. Qarşıya qoyulan məqsədlərə, hədəflərə çatmaq üçün görülən işlərin icrası yüksək səviyyədə təmin olunub. O cümlədən əsas pozisiyalar - ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində yaxşı nəticələr əldə olunub, iqtisadi və sosial sahələrdə islahatlar intensiv şəkildə davam etdirilib. Bütövlükdə, altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, qeyri-neft sektorumuz 3 faizdən çox genişlənib, qeyri-neft sektorunun sənaye sahəsi isə 6,5 faiz artıb.
Dövlət büdcəsinin dürüstləşdirilməsi
Ötən altı ayda Azərbaycanın uğurlu inkişafını ölkənin maliyyə vəziyyətinin böyük dərəcədə yaxşılaşmasının timsalında da izləmək mümkündür. Hazırda biz dünyanın ayrı-ayrı ölkələrində mənfi xarici təsirlərin nəticəsi olaraq kəskin maliyyə böhranının yarandığını müşahidə edirik. Bəzi ölkələr investisiya proqramlarını, hətta sosial layihələrini belə ixtisara salmaq məcburiyyətində qalıblar. Qlobal miqyasdakı bu cür kədərli mənzərə fonunda Azərbaycan tamam fərli rakursdan diqqət çəkir. Ağır pandemiya şəraitindən, 44 günlük müharibədən çıxan respublikamızda bütün layihələrin icrasına lazımi qədər vəsait yönəldilir, əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanan yeni sosial təşəbbüslər irəli sürülür. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısı diqqəti bunun səbəblərinə yönəldib. “İlk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır. Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İki əsas vəzifə...
Dürüstləşmə zamanı büdcəyə bütövlükdə, 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manatı isə ölkənin hərbi potensialının gücləndirilməsinə istiqamətləndirilib. Dürüstləşdirmə zamanı büdcəyə cəlb olunan vəsaitin mütləq əksəriyyətinin qeyd olunan bu iki istiqamətə yönəldilməsi isə təsadüfi deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.
Vətən müharibəsi böyük Zəfərlə başa çatdıqdan sonra qalib Azərbaycanın həyatında yeni bir səhifə açılıb. Belə ki, ölkəmiz üçün müsbət reallıqlarla səciyyələnən indiki mərhələdə hədəflərimiz dəyişib. Hazırda 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. Müharibə başa çatandan sonra Qarabağın bərpasına dövlət büdcəsindən 6,4 milyard manat vəsait ayrılıb. İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğu ilə paralel şəkildə, şəhər və kəndlərin bərpası da həyata keçirilir. Ötən il “Böyük Qayıdış”ın ilk müjdəsi verildi - Zəngilan rayonunda yeni yanaşmalar əsasında bərpa olunan Ağalı kəndinə sakinlər köçürüldü. İşğaldan azad edilmiş digər ərazilərdə də yaşayış məntəqələrinin bərpası geniş vüsət alıb. Son 7-8 ay ərzində Laçın şəhərinin böyük hissəsi tamamilə yenidən qurulub və bura da sakinlərin köçürülməsinə başlanıb.
Xarici dövlət borcunun azaldılması strategiyası
Qeyd edildiyi kimi, ağır pandemiya şəraitindən az itkilərlə çıxan, Vətən müharibəsində böyük Zəfərə imza atan, postmüharibə mərhələsində işğaldan azad edilmiş 11 min kvadratkilometrdən artıq ərazidə öz gücünə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirən Azərbaycan paralel şəkildə starteji valyuta ehtiyatlarını artırmağa nail olub. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 65 milyard dolları ötüb ki, bu da Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük həcmdir. Strateji valyuta ehtiyatlarının artması, bütövlükdə, maliyyə vəziyyətinin yaxşılaşması ölkənin xarici dövlət borcunun optimal şəkildə idarə edilməsi üçün də münbit zəmin yaradıb. Biz bilirik, elə ölkələr var ki, maliyyə vəsaitləri əldə etməkdən ötrü beynəlxalq qurumların qapısı ağzında növbə çəkirlər. Azərbaycan isə heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Bu amil respublikamızın iqtisadi və siyasi müstəqilliyini şərtləndirir. Borc verən təşkilatlar, təbii ki, öz şərtlərini diktə edirlər. Azərbaycan belə şərtlərdən tamamilə kənardadır.
Bu gün dünyada ölkələrin beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşməsini şərtləndirən amillərdən biri də hökumətlərin yanaşması ilə bağlıdır. Məsuliyyətli dövlət olan Azərbaycan borclanma siyasətinə həssas yanaşma sərgiləyir. İndiyədək respublikamız ehtiyac olmadığı halda beynəlxalq təşkilatlardan kreditlər götürməyib. Əldə olunan kreditlərin əksəriyyəti əlavə dəyər yaradan sahələrə yönəldilib. Respublikamızın götürdüyü kreditlər aktiv borclardır. Həmin vəsaitlərin yönəldildiyi layihələrin bir çoxu xarici borcların qaytarılmasında mənbələr qismində çıxış edir və yaxud edəcək. Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq xarici borcun azaldılması siyasəti həyata keçirir. Beynəlxalq donor təşkilatları respublikamızla əməkdaşlıq etməyə hazır olduqlarını bildirsələr də, hökumət, əslində onlardan kredit alışını faktiki olaraq dayandırıb. Eyni zamanda, müvafiq qurumların dövlət zəmanəti ilə kredit alması prosedurları, alınan kreditlərin qaytarılmasına qoyulan tələblər xeyli sərtləşdirilib. Prezident İlham Əliyev hökumət, Maliyyə Nazirliyi qarşısında vəzifə qoyub ki, ölkənin xarici dövlət borcu ümumdaxili məhsulun cəmi 10 faizini təşkil etsin.
Respublikamızda xarici dövlət borcunun azaldılması hüquqi mexanizmlərlə tənzimlənir. Prezident İlham Əliyevin 24 avqust 2018-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırıb. Strategiyada 3 istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bunlar dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyənləşdirilməsindən, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsindən, dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunmasından ibarətdir. Strategiyaya uyğun olaraq Azərbaycanda 2025-ci ilədək xarici borc səviyyəsinin tənzimlənən həddə qədər azaldılması nəzərdə tutulur. Sənəddə əsasən, xarici borcun səviyyəsi proqnozlaşdırılır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 2018-ci illə müqayisədə 9,7 milyard dollardan 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, o deməkdir ki, xarici borcun ÜDM-ə nisbətdə səviyyəsi 2025-ci ildə strategiyanın qəbul olunduğu dövrlə müqayisədə 2 dəfəyə yaxın azalacaq. Paralel şəkildə xarici dövlət borcunun xidmət xərclərinin azaldılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bütövlükdə, respublikamızın reallıqları nəzərə alınmaqla hazırlanan strategiya ölkənin maliyyə dayanıqlılığının təmin edilməsində mühüm rol oynayır. Hazırda Azərbaycanın xarici dövlət borcu cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir. Qeyd edək ki, 2023-cü ilin ilk altı ayında ölkəmizdə ümumi daxili məhsulun həcmi 60 milyard manatdan çox olub.
Manatın məzənnəsi altı ildir ki, sabitdir...
Ölkəmizin maliyyə sabitliyinin əlamətləri olan digər məqamları da sadalamaq mümkündür. Prezident İlham Əliyev bəhs olunan çıxışında ölkələrin ticarət balansı ilə bağlı müqayisə aparıb. Respublikamız ticarət balansında müsbət profisitə malikdir. Manatın kursunun sabit qalması Azərbaycanın maliyyə sabitliyinin daha bir uğurlu göstəricisidir. Azərbaycan dövləti ölkənin güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına istinad etməklə və əhalinin mənafeyini əsas götürməklə tam üzən məzənnə rejiminə keçid etməyə tələsmir. Ölkədəki makroiqtisadi sabitlikdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Müsbət məqamlardan biri və bu da xüsusilə qeyd olunmalıdır. Çünki bir çox ölkələrdə, hətta ölkələrin əksəriyyətində biz tamamilə başqa mənzərə görürük. Amma bizdə xarici ticarət balansımızın müsbət - yəni, profisiti çox böyük səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

