Postmünaqişə dövrü...
17.05.2024 [10:23]
Zəfərimizin təbliğində hansı işlər görülüb?
İkinci Qarabağ müharibəsində qazandığımız qələbə şübhəsiz ki, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından sui-istifadə edənlərin əsl simasını dünyaya göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyası ilə yaşayırlar.
Tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olub, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törədiblər. Ancaq bütün dünya gördü ki, Azərbaycan regionda daimi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Ölkə başçısının informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır. Prezidentin bu strategiyası milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm amillər üzərində qurulub.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının şahidi oldu: “Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaqda yerləşən, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığını ikiqat artırırdı.
Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan ordumuz tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi”.
E.Məmmədov bildirib ki, postmüharibə dövrü də ən az müharibə dövrü qədər həssas, sistemli və düşünülmüş yanaşma tələb edir: “Prezidentin müxtəlif xarici media agentliklərinə müsahibəsi günlərlə ölkə mətbuatının və dünya mediasının manşetlərindən düşmədi. Bu müsahibələr illər ərzində Azərbaycan xalqının qəlbində qubar bağlamış məsələlərin açıq, aydın və heç bir dairədən çəkinməyərək səsləndirilməsi, haqqın səsi idi”.
Deputatın fikrincə, informasiya hazırda o qədər əhəmiyyətli vasitəyə çevrilib ki, ondan bütün məqsədlər üçün effektiv şəkildə istifadə etmək olur: “Ona görə də hərbi müstəvidə müharibə bitmiş hesab edilsə də, informasiya müharibəsi həmişə davam edəcək. Biz hazırkı texnologiyaların təqdim etdiyi müxtəlif növ informasiya alətlərini milli maraqlarımız üçün istifadə etməyi bacarmalıyıq. Necə ki, ordumuz hərbi sahədə tükənməz savaş nümunəsi yaratdı, media subyektləri də informasiya məkanında eyni qəhrəmanlığı göstərməyi bacarmalıdırlar. Lakin informasiyanın qəbul edilməsi də ayrıca bir məsələdir. Ən doğru, dəqiq informasiyanı auditoriya bəzən qəbul etməkdən imtina edir, çünki ya buna hazır deyil, ya da qəbul etmək istəmir. Burada bir daha informasiyanın siyasiləşməsi məsələsinə şahidlik edirik. Amma bütün bunlara baxmayaraq bizim zəngin təcrübəmiz var”.
E.Məmmədovun sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq keçmişlə deyil, gələcəklə yaşayır: “Artıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb. Bütün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri geniş vüsət alıb. Qarabağın tacı Şuşa azadlığa qovuşduğu gündən toylu-büsatlı, çal-çağırlıdır. Azərbaycan biri-birindən önəmli beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Hər zaman olduğu kimi, bu gün də dünyanın diqqətindəyik. Bu diqqətin və marağın artması tarixi Zəfərimizin reallıqlarına söykənir. Bütün dünyaya göstərmiş olduq ki, Azərbaycan xalqını işğalla, əzməklə, tapdamağa çalışmaqla, saxtakarlıqla məhv etmək mümkün deyil!”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyədəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

