Elm və mədəniyyətimizin təbliği...
22.05.2024 [10:52]
Tədris müəssisələrində fəaliyyət necə tənzimlənməlidir?
Müasir elmin və mədəniyyətin inkişaf hədəfi və ənənələrə sədaqət prinsipi əsas prioritetlərdən sayılır. Ümumiyyətlə, uzun inkişaf yolu keçmiş dövlətçilik tariximiz, adət-ənənələrimiz Azərbaycan vətəndaşı olaraq hər birimizin milli kimliyini əks etdirir. Zəngin milli adət-ənənələrimiz, eləcə də müasir çağırışlara cavab verən elm və mədəniyyətimiz bütün soydaşlarımızın qürur mənbəyidir - Azərbaycan bu istiqamətdə dünyanın sayılıb-seçilən ölkələri arasında özünəməxsus yer tutmağı bacarıb. Bu gün dünyada tolerantlıq, ədalət prinsiplərini üstün tutan ölkə kimi şöhrət tapan ölkəmiz bu kimi yüksək dəyərləri öz tarixinə, ənənələrinə adətlərinə sahib çıxaraq əldə edib.
Keçmişin zənginliyi isə yeniliyin, müasirliyin inkişaf tendensiyası ilə paralellik təşkil etməlidir. İllər ötüb, müxtəlif nəsillər bir-birini əvəz etsə də, adət-ənənələrimizin qorunmasında, onun gələcək nəsillərə çatdırılmasında hər bir Azərbaycan vətəndaşının çiynində mühüm məsuliyyət var. Çünki bir xalqı digər xalqlardan fərqləndirən onun özünəməxsus adətlərinin, dəyərlər sisteminin, elm və mədəniyyətinin olması və onları yaşadaraq dünyada təbliğ etməsidir.
Ölkənin gələcəyi sayılan uşaqları da Vətənə və milli ənənələrə sədaqət prinsipi əsasında böyütmək, tərbiyə etmək ən vacib şərtlərdəndir - onlara milli dəyərlərimiz hələ kiçik yaşlarından aşılanmalıdır. Bu işdə təhsil ocaqlarımızın - məktəblərin, liseylərin, ali təhsil müəssisələrinin də rolu böyük və danılmazdır. Çünki insanın düşüncə tərzinin formalaşmasında, onlara hansısa fikirlərin aşılanmasında təhsil müəssisələrinin, müəllimlərin fəaliyyəti olduqca önəmlidir.
Təbliğat biristiqamətli olmamalıdır...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə ekspert Nadir İsrafilov Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin uşaqlara, gənclərə aşılanması, dəyərlərimizin qorunub-saxlanılması üçün görülən işlərdən danışıb. O, qeyd edib ki, ümumtəhsil müəssisələrində, lisey komplekslərində, özəl məktəblərdə milli adət-ənənələrimizin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər təşkil olunur. Ekspert dövlətçiliyimizin, tariximizin təbliği baxımından bu tədbirlərin uşaqlarda müsbət təəssürat yaratdığını bildirsə də, daha çox işlər görülməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
N.İsrafilov qeyd edib ki, özəl günlərdə, bayram ərəfələrində, xüsusi tarixlərdə bu kimi tədbirlərin keçirilməsi çox gözəldir, amma bu, biristiqamətli olmamalıdır: “Bizim dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətin təbliği bir neçə istiqamətlə şagirdlərimizə çatdırılmalıdır. Çünki təhsilin işi sadəcə predmetin və ya fənnin tədrisi ilə məhdudlaşmamalıdır. Orta ümumtəhsil müəssisələrindəki tədris dövrünün əsas missiyası, məqsədi hər bir şagirdi şəxsiyyət kimi cəmiyyətə hazırlamaqdır. Bu mənada orta məktəbin fnksianallığı universitetin missiyasından dəfələrlə çətindir. İnsan üçün bir həyat boyu vacib sayılacaq müsbət çalarların 75 faizi məhz orta məktəb dövründə formalaşır”.
Belə müəllimlərə güzəştlər edilməlidir
N.İsrafilovun qənaətincə, dərsdənkənar dərnək xarakterli fəaliyyətlər və bu istiqamətləri özündə əks etdirən tədrislər artmalıdır: “Bu istiqamətdə maraqlı olan müəllimlərin fənnindən asılı olmayaraq seçilməlisi, onlara münasibətdə həvəsləndirici, stimullaşdırıcı addımların atılmasının tərəfdarıyam. Bu, digər müəllimlərdə də şagirdlərlə yaxından işləmək həvəsi yaradacaq. Məsələn, diqqətimizi kənd məktəblərinə yönəldək. Kənd məktəblərində fənnindən asılı olmayaraq elə müəllimlər var ki, onlar, həm də oxuduğu məktəbdə tədbirlərin təşkili, sırf bu istiqamətdə uşaqları hazırlamaq, onları cəmiyyətə daha fərqli “qiyafədə” təqdim etmək, bacarıqlarını üzə çıxarmaq işinin öhdəsindən gəlirlər. Düzdür. Bu, həmin müəllimlərin öz peşəsinə olan sevgisi ilə yanaşı-cəmiyyətin inkişafına töhfə vermək arzusundan irəli gəlir, bununla belə bu kimi həvəsləndirmələr daha müsbət yöndə təsiredici ola bilər. Fikrimcə, bu cür müəllimlər xüsusi seçilməlidirlər, onlara xüsusi, müəyyən bir güzəştlər edilməlidir”.
Ayrıca bir dərslik çıxarılmalıdır...
Ekspert milli adət-ənənələrimiz və mədəniyyətimizin təbliği üçün hətta ayrıca bir fənnin tədrisinə ehtiyac duyula bilməsinin mümkünlüyünü də vurğulayıb: “Düzdür deyə bilərlər ki, “Həyat bilgisi” fənnində bu kimi detallar - elm və mədəniyyətin təbliği üçün istiqamətləri var. Amma bu, çox azdır. Bu gün xüsusən də elm və mədəniyyət amili bizim məktəblərə daha çox ayaq açmalıdır. Şagirdlərimizin bu sahələrdə dünyagörüşü daha da artırılmalıdır. Elm və mədəniyyətlə bağlı ayrıca bir dərslik çıxarılmalı və xüsusi fənn kimi ən azı həftədə bir dəfə tədris olunmalıdır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

