Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azad sahibkarlıq və azad rəqabət...

Azad sahibkarlıq və azad rəqabət...

28.05.2024 [10:50]

İqtisadi inkişafımız üçün hansı işlər görülüb?

Yeganə BAYRAMOVA

Rəqabət mühiti iqtisadi inkişafın əsas elementlərindən biri sayılır. Bu baxımdan inkişaf etmiş bütün ölkələrdə ilk növbədə azad sahibkarlıq və liberal iqtisadiyyat üçün əlverişli mühitin yaradılması prioritet sahədir. Çünki liberal iqtisadiyyat məhz azad sahibkarlıq və azad rəqabətin üzərində qurulur. Ölkəmizdə sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı son illər diqqət mərkəzindədir. Ona görə də həyata keçirilən iqtisadi siyasətimizin əsas hədəfi azad sahibkarlıq və liberal iqtisadi sistemin formalaşması və gücləndirilməsidir.

Bəllidir ki, xarici ticarətdə liberal siyasət bütün ölkələrin iqtisadiyyatına təsir edir. Bu siyasət daha çox daxili iqtisadiyyat üçün lazımdır. Bu da o deməkdir ki, hökumət daxili bazarda sərbəst rejim müəyyən edir. Bazarda sərbəstlik yaranır, giriş hamı üçün bərabər olur və azad rəqabət mühiti formalaşdırılır. Dövlət isə buna müdaxilə etmir və rəqabətə dəstək verir. Bazarın bir nəfərin əlində cəmləşməməsinə, monopoliyanın yaranmamasına və hamı üçün bərabərliyin təmin olunmasına çalışır.

İqtisadi inkişafımıza təkan verən amillər

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasını 3 hissəyə bölmək mümkündür: “Birincisi, “Əsrin müqaviləsi” layihəsidir. Azərbaycan öz daxili gücü hesabına ayaqda duran, özünü dolandıran və istismar olunan respublika idi. Məlum olduğu kimi, Sovet dönəmində aqrar və neft-sənaye ölkəsi hesab olunurdu. Müstəqillikdən sonra dərhal müharibənin başlanması, büdcənin sıfırın altında olması, xarici borcların günü-gündən artması, ümumi daxili məhsulun ölçülə bilməyəcək dərəcədə aşağı düşməsi ölkə iqtisadiyyatının tənəzzülündən xəbər verirdi. Bir çox infrastruktur məsələlərin də sıradan çıxmasına səbəb olmuşdu. Lakin “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatının inkişafına təkan verildi. Bu proses 2003-cü ilə qədər davam etdi. 2003-2008- ci illər arası isə ikinci mərhələ başladı. Artıq atəşkəsdən sonrakı vəziyyət, bir çox xarici investorların ölkəyə, xüsusilə də neft sənayesinə sərmayə qoyuluşu yeni mərhələnin göstəricisi idi. Bu müddət ərzində ölkədə bir sıra infrastruktur layihələrinin inkişafı həyata keçirildi. 2008-2015-ci illər ərzində Azərbaycanda bir sıra infrastruktur layihələrinin inkişafı reallaşdı. 2015-ci ildən sonra isə üçüncü mərhələ başlayır. Yəni artıq iqtisadiyyatın diversifikasiyası, bank sisteminin yeni standartlara uyğun olaraq çalışması, aqrar, qeyri-neft sektorunun inkişafı ön plana çıxarıldı”.

Ekspertin fikrincə, bununla da məlum oldu ki, artıq əvvəlki yanaşma ilə bir dönəm fəaliyyət göstərən bank sistemi, sənaye, qeyri-neft sektoru yeni standartlara uyğun inkişaf etdirilməlidir: “Azərbaycan həm də aqrar ölkəsidir. Bunu həyata keçirməyə iqtisadi, ticari və insan kapitalı, təbiət imkan verir. Bir sıra məsələlərdə addımlar atıldı. Bəzi dövlət qurumlarının fəaliyyəti müasir standartların tələblərinə uyğunlaşdırıldı. Lisenziya icazələrinin alınması sadələşdirildi, qanunvericilik, xüsusən də iqtisadi vergi qanunvericiliyi və əmək qanunvericiliyinə Azərbaycanın tərəfdaş olduğu beynəlxalq sənədlərə uyğun olaraq dəyişikliklər oldu. Bu da ölkəmizdə iqtisadi inkişafa təkan verdi”. 

İqtisadçının sözlərinə görə, Azərbaycanda 10 il öncə və bugünkü vergi ödəyicilərini müqayisə etdikdə ən azı 5-6 dəfə artım müşahidə edilir: “Vergi ödəyiciləri tərəfindən ödənilmiş vəsait 8-9 dəfə daha artıq büdcəyə daxil olur. Bu rəqəmlərə əsasən demək olar ki, Azərbaycanda ticarətin, azad sahibkarlığın, iqtisadi inkişafın təmin edilməsində ciddi addımlar atılır. Azərbaycanın tək yaralı yeri Qarabağ problemi idi. Ancaq yeni geosiyasi reallıqlar Azərbaycanın gücünü, qüdrətini göstərməklə yanaşı,  diqqətinin iqtisadi  və ticari istiqamətə yönəlməsinə gətirib çıxaracaq”.

Bazarın liberallaşması uzunmüddətli prosesdir

F.İbrahimov Azərbaycanda liberal iqtisadiyyatın formalaşmasının iqtisadi siyasət və islahatların əsas prioritetləri siyahısında olduğunu vurğulayıb. Onun sözlərinə görə, məqsəd iqtisadiyyatın lebrallaşması və bazara çıxış imkanlarının artmasına şərait yaratmaqdır: “Liberal iqtisadiyyatın formalaşması, ümumiyyətlə, bazarın liberallaşması uzunmüddətli bir prosesdir, növbəti dövrlərdə də davam edəcək. Burada xüsusən kiçik və orta sahibkarların bazara çıxış imkanlarının artırılması kimi istiqamətlər var. Növbəti dövrlərdə bu istiqamətlərdə daha çox addımlar atılacaq. Ona görə də, son illər azad sahibkarlıq və liberal iqtisadiyyatın formalaşması ilə bağlı fəaliyyətlər sistemləşdirilib və genişləndirilib. Növbəti illərdə də addımlar atılması gözlənilir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30