Bizi birləşdirən ideya...
25.06.2024 [10:44]
Azərbaycançılığın təbliği necə aparılmalıdır?
Bu gün yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız vahid bir idealogiya ilə yaşayır. Azərbaycançılıq adlanan bu ideya hər zaman xalqımızı bir amal uğrunda birləşdirib. Bu ideya dövlət-xalq birliyinin lazım olduğu bütün məqamlarda özünü ən yüksək səviyyədə göstərib. Azərbaycançılıq ideyası dünya azərbaycanlılarının təşkilatlanması, mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsi baxımından əvəzsiz hesab olunur.
Bütün həmvətənlərimiz arasında əlaqələri daha da yaxşılaşdıran, möhkəmləndirən azərbaycançılıq ideyası dövlətimizin xüsusi diqqət mərkəzində saxlanılır. Çünki azərbaycançılıq ideyası kimliyimizi əks etdirən və milli təfəkkürümüzü birləşdirən dəyər sayılır. Cəsarətlə deyə bilərik ki, xalqımızı birləşdirən bu ideya ilk növbədə müstəqilliyin qorunmasına, demokratik inkişafa, hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ictimai təbliğat nəticəsində azərbaycançılıq ideologiyası bu gün ölkəni ayaqda saxlayan, xalqı diri tutan və eyni zamanda dövlətlə vətəndaşlar arasında körpü yaradan əsas təməl sütunlardan biridir. Onun sözlərinə görə, azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır: “Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Məlumdur ki, dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən ideoloji bünövrə məhz Azərbaycançılıq ideologiyasıdır. Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərini üzvi şəkildə birləşdirən, həmçinin gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan Azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə təşəkkül tapmış bir ideologiyadır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Bu ideologiya hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir”.
Politoloq qeyd edib ki, ötən illər ərzində bu ideologiyanın dünya azərbaycanlıları arasında daha dolğun şəkildə təbliğ olunması və yayılması istiqamətində dövlət tərəfindən bir çox addımlar atılıb: “Lakin bu, bir həqiqətdir ki, istənilən işin uğurlu olması üçün dövlətlə yanaşı, hər bir vətəndaşın, qeyri-hökumət təşkilatlarının, o cümlədən ziyalıların, elm və mədəniyyət qurumlarının da üzərinə mühüm vəzifələr düşür. Azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi də dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Məhz bu mövqe dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların ümumilli məsələlərdə vahid mövqedən çıxış etməsini şərtləndirir.
Tarix elə gətirib ki, dünya azərbaycanlılarının yalnız təqribən beşdə biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün böyük maneə yaratmır. Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən müstəqil dövləti, özünəməxsus adət-ənənələri, dili, dini və Azərbaycançılıq ideologiyası var. Yəni bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycançılıq ideologiyasından güc alaraq, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməlidir.
Eyni zamanda, azərbaycançılığın əsas istiqamətlərindən olan gənclərin milli ruhda tərbiyəsi xaricdəki soydaşlarımızın da daim diqqət mərkəzində olmalıdır. Xüsusilə də Azərbaycandan kənarda, ayrı-ayrı xarici ölkələrdə dünyaya gələn azərbaycanlı gənclərin öz ana dilində yazıb-oxuya bilməsi istiqamətində fəaliyyətə diqqət yetirmək lazımdır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14

