Sabaha və uğurlara hesablanan siyasət...
26.06.2024 [10:10]
Vətənpərvər gənclər ordumuz var!
Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. İnkişaf etmiş bütün dövlətlər də bu vəhdətin reallığı fikrinə əsaslanır. Çünki güclü və müstəqil dövlətin nüfuzu iqtisadi və siyasi potensialdan başqa, onun malik olduğu ordunun qüdrəti ilə də ölçülür.
Məlumdur ki, bu gün sağlam gəncliyin yetişməsində ordumuz xüsusi rola malikdir. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən, daim axtarışda olan, yeniliyi sevən gənclərimizin özü də böyük bir ordudur. Azərbaycan gəncliyi azad fikirli və düşüncəli, cəsarətli, bilikli, vətənpərvərdir. Onlar müstəqil dövlətin nümayəndəsi kimi dünyada müxtəlif səpkili tədbirlərin iştirakçısı kimi milli dəyərlərimizin təbliğində iştirak edərək kreativ gənclik nümunəsi sərgiləyirlər.
Gələcəyimiz etibarlı əllərdədir...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən millət vəkili Məşhur Məmmədov bildirib ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. O, qeyd edib ki, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Deputatın sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra gənclərə diqqət və qayğı artıb: “Gənclərimizin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması istiqamətində məqsədyönlü islahatlar həyata keçirilib. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına təkan verib. Dövlətimiz tərəfindən silsilə olaraq həyata keçirilən tədbirlər gənclərin inkişafına stimul olub. Ümumiyyətlə, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Bu baxımdan sevindiricidir ki, gələcəyimizi etibar edəcəyimiz vətənpərvər gənclər ordumuz var”.
İndi gənclərimizin məsuliyyəti daha ağırdır
Millət vəkili dövlətin gənclərlə bağlı siyasətindən danışarkən Azərbaycanda Milli Ordu quruculuğunun çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçdiyini də diqqətə çatdırıb: “Bildiyimiz kimi, bu gün Respublikamızda Silahlı Qüvvələri Günüdür. Milli Ordumuzun inkişaf tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Onun rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev 1971-ci ildə böyük çətinliklərlə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin-Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Onun sayəsində gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.
Bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın, müstəqilliyimizin qorunması ilə yanaşı, eyni zamanda Azərbaycan gəncliyinin həyata hazırlıq prosesi, təlim-tərbiyəsi, davranış, nizam-intizam qaydalarının formalaşması və öyrənilməsində xüsusi rola malikdir. Bu da öz növbəsində milli-mənəvi və ailə dəyərlərinin qorunması, eləcə də dövlət quruculuğu prosesində özünü əhəmiyyətli dərəcədə büruzə verir.
Nəzərə alsaq ki, yeni nəslimizin məsuliyyəti hazırda əvvəlkindən daha ağırdır, gəncliyimiz, o cümlədən Azərbaycan əsgəri də daha sağlam olmalıdır”.
Onlar vahid niyyət ətrafında birləşdilər...
M.Məmmədov qeyd edib ki, 26 iyun tarixi, eyni zamanda, beynəlxalq təqvimdə Birləşmiş Millətlər Təşkilatının xüsusi günü-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur: “Azərbaycanda sağlam gəncliyin yetişdirilməsi, peşəkar Ordunun formalaşdırılması, zərərli və bihuşedici vərdişlərin aradan qaldırılması, qeyri-qanuni fəaliyyət növlərinin məhdudlaşdırılması istiqamətində hökumət tərəfindən əməli tədbirlər görülür. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhunda formalaşıb. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, torpaqlarımızın müdafiəsinə qalxması onların vahid niyyət ətrafında birləşdiyini, əzmkarlığını, Vətənə sevgisini bir daha göstərmiş oldu.
Beləliklə, 26 iyun tarixi bizə onu deməyə əsas verir ki, hər bir Azərbaycan gənci məsuliyyətini dərk edərək, sağlam, savadlı və hər zaman Ali Baş Komandanın çağırışlarına hazır olmalıdır. Onlar Vətən qarşısındakı vəzifələrini şərəflə yerinə yetirməli, ləyaqətli vətəndaş olaraq Azərbaycanın davamlı inkişafında iştirak etməlidirlər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

