Berlində mühüm tədbir!
03.07.2024 [10:25]
Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu...
Y.SAHİB
Son illər Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan mütəxəssislərin iştirakı ilə ixtisaslaşmış forumlar təşkil edir. Bugünədək xaricdə yaşayan azərbaycanlı alimlərin və həkimlərin bir neçə mühüm əhəmiyyətli forumu keçirilib. Həmin forumlar Azərbaycan diasporu arasında böyük rəğbətlə qarşılanıb.
Belə forumlardan biri bu günlərdə Azərbaycanın Almaniyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, Berlində “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” öz işinə başlayıb. Tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşib.
Beynəlxalq səviyyədəki təsirimiz artacaq
Qeyd edək ki, forumun “COP-29” tədbiri ərəfəsində təşkili, azərbaycanlı mütəxəssislərin bu mötəbər tədbirlə bağlı müzakirələr aparmasına və müvafiq təkliflərin ümumiləşdirilməsinə imkan yaradıb. Eyni zamanda forum Azərbaycanın beynəlxalq səviyyədəki təsirini artırıb və bu sahədə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin beynəlxalq səviyyədə təcrübələrini paylaşmaq üçün bir platforma təqdim edib.
Forumda çoxsaylı qonaqlar iştirak ediblər. Həmin qonaqlar içərisində Avropadan 125 mühəndis, alim, eləcə də tanınmış və nüfuzlu diaspor nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və s. olub.
Forumun əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Xaricdəki mühəndislərimizi dəstəkləyirik”
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun forum iştirakçılarına təbrikində bildirilib: “Mühəndislər forumu müzakirə və əməkdaşlıq üçün konstruktiv bir platformadır. Bu gün mühəndislərimizin, fərqli mühəndislik sahələrində işləyən azərbaycanlı mütəxəssislərin foruma toplaşması bilik, təcrübə və ideyaların mübadiləsi üçün unikal imkan yaradır. Komitə olaraq biz də öz növbəmizdə xaricdə yaşayan mühəndis və alimlərimizi dəstəkləyir, onlara karyera və inkişaf üçün imkanlar yaratmağa çalışırıq”.
Bundan başqa tədbirdə iştirak edən qonaqlar forumun əhəmiyyəti, aparılan müzakirələrin elmi faydaları, azərbaycanlı mühəndislərin bilik və bacarıqlarından səmərəli istifadənin üstünlüklərini diqqətə çatdırıb, iştirakçılara uğurlar arzulayıblar.
Tədbirdə bu il ölkəmizdə keçiriləcək COP29-la bağlı videoçarx nümayiş olunduqdan sonra Avropanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlı alim və mütəxəssislər müxtəlif mövzularda təqdimatlar ediblər.
Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi, Köln Azərbaycan Evinin həmsədri Altay Rüstəmov təqdimatda Almaniya modeli olan enerji qənaətli evlərdən danışıb. Tədqiqat və İnkişaf sahəsi üzrə Baş ekspert, İrəvan xanının Almaniyada yaşayan varisi Əmir Əli Sərdari İrəvani “Odlar Yurdu və Texnologiya” mövzusunda təqdimat edib.
Avropadakı mühəndislərimizlə əməkdaşlıq...
Daha sonra Forum öz işini panel müzakirələri ilə davam etdirib. “Azərbaycanda mühəndisliyin inkişafı: çağırışlar və perspektivlər” mövzusundakı panel iclasında SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edib.
Rektor dünyanın aparıcı texnoloji mərkəzlərində çalışan azərbaycanlıların ölkəmizə təcrübə mübadiləsinə, tədqiqatlara dəvət olunmasının, onların yaratdıqları şirkətlərin rezident kimi cəlb edilməsinin əhəmiyyətini vurğulayıb. O, azərbaycanlı mühəndislərin bilik və bacarıqlarından səmərəli istifadənin üstünlüklərini diqqətə çatdırıb. Habelə Avropada yaşayan və çalışan mühəndislərimizlə görüş təşkil edilib və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
İştirakçılarda böyük təəssüratlar yarandı
Forum iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsinə və Almaniya Azərbaycanlıları Alyansına məktublar ünvanlayıblar. Qeyd edək ki, tədbir iştirakçılarda böyük təəssüratlar yaradıb.
Avropanın ən qabaqcıl elm və təhsil müəssisələrinin məzunu olan forum iştirakçıları orada qazandıqları iş təcrübəsi ilə ölkəmizdə gənc mühəndislərinin yetişdirilməsinə və bu sahənin daha da inkişaf etdirilməsinə öz töhfələrini verirlər. İştirakçılar dünyanın aparıcı texnoloji mərkəzlərində çalışan azərbaycanlıların ölkəmizə təcrübə mübadiləsinə, tədqiqatlara dəvət olunmasının, onların yaratdıqları şirkətlərinin rezident kimi cəlb edilməsinin əhəmiyyətini vurğulayıblar.
Bu kimi tədbirlərin həm onların xaricdə diaspor fəaliyyətini davam etdirməsinə, həm də Azərbaycanın dünya miqyasında tanınmasına faydalı olacağını söyləyən forum iştirakçıları tədbirin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsi, Almaniya Azərbaycanlıları Alyansı və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinə öz dərin təşəkkürlərini bildiriblər.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

