Regionlarda sahibkarlara göstərilən dəstək tədbirlərinin miqyası genişlənir
20.03.2019 [10:44]
Son 15 ildə ölkə üzrə sahibkarlara verilən 2,3 milyard manat güzəştli kreditin 75 faizi regionların, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür
Son illərdə Azərbaycanda müşahidə edilən müsbət reallıqlardan biri də ondan ibarətdir ki, ölkənin regionlarında iqtisadi fəallığın təmin olunmasında özəl bölmənin rolu getdikcə artır. Bu da ilk növbədə o amillə şərtlənir ki, respublikamızda sahibkarlığın inkişafına dövlət tərəfindən davamlı olaraq dəstək göstərilir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür.
Belə genişmiqyaslı dəstək tədbirlərinin nəticəsi olaraq respublikamızda güclü sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Qeyd edək ki, son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Bəhs olunan dövrdə respublikamızda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5,1 dəfə artıb.
Balakəndə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib
Respublikamızda özəl bölmənin inkişafının dəstəklənməsi, o cümlədən də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi davamlı səciyyə daşıyır. 2018-ci ildə ölkə üzrə sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. 2019-cu ildə də sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı 160 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Cari ilin ötən dövrü ərzində 130 sahibkara 15,7 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu özəl sektorun inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Balakən rayonunda keçirilib. Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb.
İşgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 19 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən sərinləşdirici içkilər və quru meyvə istehsalı, logistik mərkəzin yaradılması, heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80 iş yerinin açılması mümkün olacaq. Ümumilikdə isə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 113,7 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Balakəndə dövlətin güzəştli krediti ayrılan meyvə emalı və quru meyvə istehsalı müəssisəsinə baxış keçirilib. Bu müəssisədə istehsal olunan məhsullar bir çox xarici ölkələrə, o cümlədən Rusiyaya, Ukraynaya, Gürcüstana, Küveytə, İsrailə ixrac olunur. Yaxın vaxtlarda məhsulların ABŞ, BƏƏ, Belarus və Qazaxıstana ixracı da nəzərdə tutulur.
Aran iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 825,3 min manat güzəştli kredit verilib
Sahibkarlıq subyektlərinin nümunəvi investisiya layihələrinin dəstəklənməsi ilə bağlı növbəti forum Bərdə rayonunda keçirilib. Bərdədə keçirilən forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan qarğıdalı, soya əkini və cins heyvandarlıq təsərrüfatlarının, taxıl anbarı kompleksinin, quru meyvə istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib ki, tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 580 milyon manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 825,3 min manat güzəştli kredit ayrılıb. Verilən kreditlər əsasən heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 70 yeni iş yerinin açılması mümkün olacaq.
Yeni “KOB Dostu” Abşeronda fəaliyyətə başlayıb
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək mexanizmlərindən olan “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) ötən aydan etibarən artıq Abşeron rayonunda da fəaliyyətə başlayıb. Bu, Abşeron rayonu üzrə ilk “KOB Dostu”dur və Abşeron rayonu ilə yanaşı, ətraf rayon və şəhərlərdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara da xidmət göstərəcək.
Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Vurğulanıb ki, Agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması əsasında reallaşdırılan mühüm layihələrdəndir. “KOB Dostu” şəbəkəsinin yaradılmasına 2018-ci ilin sentyabr ayından başlanıb. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarının 10 rayon və şəhərində 13 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir.
Abşeron rayonunda böyük iqtisadi potensialın cəmləşdiyini, ölkənin iri sənaye mərkəzləri olan Bakı və Sumqayıt şəhərlərinə yaxın məsafədə yerləşməsini nəzərə alaraq, Agentlik yeni KOB-ların yaradılması və inkişafına KOB dostları vasitəsilə dəstək olacaqdır. Sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən Orxan Məmmədov 2019-cu il ərzində ölkənin digər regionlarında da KOB dostlarının fəaliyyətə başlayacağını diqqətə çatdırıb.
Tezliklə “Cocuq Mərcanlı” brendi ilə bal satışa çıxarılacaq
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) cəbhəyanı rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək. Belə ki, növbəti “KOB Dostu” martın 13-də Füzuli rayonunda fəaliyyətə başlayıb. Bu, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə ilk “KOB Dostu”dur. Füzuli rayonu ilə yanaşı, ətraf rayonlarda, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən sahibkarlar da yeni “KOB Dostu”nun xidmətlərindən faydalanacaqlar.
Yeni “KOB Dostu”nun təqdimatı ilə əlaqədar Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə tədbir keçirilib. Tədbirdə vurğulanıb ki, bu, respublikada yaradılan sayca 13-cü “KOB Dostu”dur və şəbəkənin bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur.
Həmin gün İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün mobil emalatxana, kənd məhsullarının satışı üçün mobil satış məntəqəsi də istifadəyə verilib.
Bununla əlaqədar, Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, sahibkarların və Cocuq Mərcanlı sakinlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Nazir müavini arıçılıq təsərrüfatlarında istehsal olunan məhsulun bu gün istifadəyə verilən bal emalı üzrə mobil emalatxanada emal olunaraq qablaşdırılacağını və “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacağını, məhsulların mobil satış məntəqəsində də satışının həyata keçiriləcəyini vurğulayıb.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Büyükfırat Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında əhəmiyyətini nəzərə çatdırıblar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

