Cari ilin birinci rübü ərzində bölgələrimizdə müsbət nəticələr əldə olunub
15.05.2020 [11:38]
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı istiqamətində atılan məqsədyönlü addımlar ardıcıl xarakter daşıyır
Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurlu icrası regionlarda mühüm abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə, kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və digər mühüm uğurlara təkan verib. Ümumilikdə, görülən işlər vətəndaşlarımızın sosial rifahının yüksəlməsində əhəmiyyətli rol oynayır. Qeyd edildiyi kimi, qəbul olunan Dövlət proqramlarının uğurlu icrası bölgələrdə yüksək iqtisadi artıma da yol açıb. Hazırda pandemiya şəraitində müəyyən çətinliklərin baş verməsinə baxmayaraq, bu ilin birinci rübündə də respublikamızın regionlarında bir sıra müsbət nəticələr əldə olunub.
Birinci rübdə Tərtər rayonunda 12 milyon 245,7 min manatlıq tikinti-quraşdırma işləri görülüb
Bu faktı bir sıra rayonların nümunəsində də görmək olar. Bel kı, həyata keçirilən uğurlu iqtisadi siyasət, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Tərtər Rayon Statistika İdarəsindən bildiriblər ki, 2020-ci ilin birinci rübündə rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 39 min 565,7 min olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 30,7 faiz çoxdur. Məhsul və xidmətlərin 55,9 faizi istehsal sahələrinin, 44,1 faizi xidmət sahələrinin payına düşüb.
2020-ci ilin ilk 3 ayında rayonda 1802,3 min manatlıq sənaye, 8077,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 12 milyon 245,7 min manatlıq tikinti-quraşdırma işləri görülüb, 16 milyon 656,2 min manatlıq ticarət və xidmət sahəsində, 596,9 min manatlıq nəqliyyat və anbar təsərrüfatı, 187 min manatlıq informasiya və rabitə xidmətləri göstərilib.
Samux rayonunda birinci rüb ərzində 64 yeni istixana təsərrüfatı yaradılıb
Samux rayonuna isə bu ilin birinci rübündə qoyulan investisiyaların həcmi 1162,1 min manat olub. Rayon Statistika İdarəsindən verilən məlumata görə, sosial sahəyə 98,7 min manat, tikinti işlərinə isə 1063,4 min manat investisiya qoyulub. Əsas kapitala qoyulan investisiyanın hamısı qeyri-istehsal təyinatlıdır. 2520,6 min manat əsas fondlar istifadəyə verilib. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 536 min manat olan 1598 kvadratmetr mənzil tikilib. Əsas kapitala yönəldilmiş sərmayənin 626,1 min manatı və ya 53,9 faizi dövlət büdcəsindən ayrılıb, 536 min manatı və ya 46,1 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olub.
Eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Samux rayonunda 2020-ci ilin yanvar-mart ayları ərzində bir sıra abadlıq-quruculuq işləri həyata keçirilib.
Kənd təsərrüfatına gəlincə, bu ilin ilk rübündə Samux rayonunun təsərrüfatlarında 23185 baş iribuynuzlu mal-qara, 137459 baş qoyun və keçi qeydə alınıb. İribuynuzlu mal-qaranın 704 başı kənd təsərrüfatı müəssisələrində, 22481 başı əhali təsərrüfatlarında, qoyun və keçilərin 17150 başı kənd təsərrüfatı müəssisələrində, 120309 başı isə əhali təsərrüfatlarında olub. Bu ilin birinci rübündə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 3 ton artaraq 1505 ton, süd istehsalı 9 ton artaraq 8162 ton, yumurta istehsalı 52 min ədəd artaraq 2731 min ədəd olub. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 14487,8 min manat olub ki, bunun da 12740,5 min manatını və ya 87,9 faizini heyvandarlıq məhsulları təşkil edib. Yeri gəlmişkən, cari ilin birinci yarısında Samux rayonunda 527 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb. Heyvanların süni mayalandırılmasından 449 baş bala alınıb.
Qeyd edilib ki, ümumiyyətlə, 2014-cü ildən etibarən rayonda süni mayalanmadan 8 min 101 baş cins buzov doğulub. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.
Bütün bunlarla yanaşı, bölgələrdə məşğulluğun və əhalinin gəlirlərinin artırılmasında mühüm rola malik istixanaların sayı Samux rayonunda da ildən-ilə artırılır. Belə ki, cari ilin 3 ayında Samux rayonunda 174 istixana qeydə alınıb. Onlardan 81-i ilin ilk rübündə fəaliyyət göstərib. Həmin istixanaların 5-i kənd təsərrüfatı müəssisələrində, 76-sı isə əhali təsərrüfatlarında olub. Təkcə, birinci rübdə rayonda 64 yeni istixana təsərrüfatı yaradılıb ki, bunun da 4-ü artıq fəaliyyət göstərir. Ümumi sahəsi 73,2 hektara çatdırılan istixanalardan 56,5 hektarında əkin aparılıb. İstixanalarda bu ilin ilk rübündə 56,4 hektar tərəvəz, 0,1 hektar isə çiyələk yetişdirilib. Təsərrüfatlardan 1422,8 ton tərəvəz və 2,8 ton çiyələk götürülüb. İstehsal olunan tərəvəzin 14,3 tonu xiyar, 1408,5 tonu pomidor olub. Bu ilin birinci rübündə istixanalarda yetişdirilən xiyarın 1 kiloqramının istehsalçı qiyməti 1 manat, pomidorun 1 kiloqramının qiyməti 1,12 manat, çiyələyin 1 kiloqramının qiyməti isə 9,8 manat olub. İstehsal olunan məhsulun xeyli hissəsi xarici ölkələrə ixrac edilib.
Yardımlı rayonunda bu ilin birinci rübündə əsas kapitala 30,8 min manat vəsait yönəldilib
Respublikamızın cənub bölgəsində yerləşən Yardımlı rayonunda isə bu ilin birinci rübündə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 30,8 min manat vəsait yönəldilib. Əsas kapitala investisiyaların ümumi həcmi bütövlükdə qeyri-dövlət mülkiyyətinə aiddir. Bunun 15 min manatı əhalinin şəxsi vəsaiti hesabına olan sərmayədir. Bu bardə Yardımlı rayon Statistika İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, 2020-ci ilin ilk rübündə rayondakı 51 nömrəli Yol İstismarı MMC, Yardımlı Rayon İşıqlandırma Xidməti və “Vaqif” firması cari təmir və sair işlər üzrə fəaliyyət göstərərək ümumilikdə 1331,5 min manatlıq iş görüb. Bu, ötən ilin müvafiq dövründəki 637,7 min manat səviyyəsindən faktiki qiymətlərlə iki dəfə çoxdur. Hüquqi şəxs statuslu müəssisələr tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin 1331,5 min manatlıq həcmindən 1028,3 min manatı əsaslı təmir, 267,7 min manatı cari təmir, 35,5 min manatı isə sair işlərdir.
Diqqətə çatdırılıb ki, bu ilin əvvəlindən indiyədək rayon üzrə kənd yerinə aid olmaqla ümumi sahəsi 72,0 kvadratmetr olan, yaşayış sahəsi 58,0 kvadratmetr olan, 15,0 min manat dəyərində 1 ədəd fərdi yaşayış evi vətəndaşların şəxsi vəsaitləri hesabına tikilib istifadəyə verilib. Mənzil fondunun ümumi həcmi isə 1189,6 min kvadrat metr olmaqla, ilin əvvəlinə olan əhalinin sayına əsasən adambaşına düşən ümumi sahə 17,5 kvadratmetrdir.
Onu da qeyd edək ki, Yardımlı rayonunda kənd təsərrüfatının bitkiçilik sahəsi ilə məşğul olan fermerlər və məhsul istehsalçıları xüsusi karantin rejiminin tələblərinə uyğun yazlıq əkin işlərini davam etdirirlər. Rayonda bu ilin məhsulu üçün indiyədək 1314,5 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib. Bu, əvvəlki ilin müvafiq dövründəki 1297,5 hektar əkin sahəsindən 17 hektar çoxdur. Yazlıq əkinin 410 hektar sahəsini dənli və dənli-paxlalı bitkilər, 760,5 hektarını kartof, 144 hektarını isə müxtəlif növ tərəvəz bitkiləri təşkil edir. Rayonun Vərov, Honuba, Telavar və Vərgədüz ərazi nümayəndəliklərinin məhsul istehsalçıları yazlıq əkin kampaniyasında fəallıq nümayiş etdirirlər.
Mövcud potensialdan səmərəli istifadə edilməklə Naxçıvanın iqtisadiyyatının dinamik inkişafına nail olunub
Bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasında da bir sıra inkişaf göstəriciləri qeydə alınıb. Belə ki, mövcud potensialdan səmərəli istifadə edilməklə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunub. Bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində muxtar respublikada qaynaq çubuğu, plastik səbət, istixana kompleksi və heyvandarlıq təsərrüfatları üzrə 48 istehsal müəssisəsi fəaliyyət başlayıb, 153 yeni iş yeri açılıb. Müxtəlif istehsal və xidmət sahələri üzrə 51 müəssisənin yaradılması davam etdirilir. Eyni zamanda, dövlət maliyyə dəstəyi və özəl investisiyalar hesabına 596 yeni iş yerinin açılması üzrə işlər aparılır.
Həyata keçirilən layihələrin reallaşdırılması məqsədilə cari ilin ötən dövründə muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən 52 layihənin maliyyələşməsinə güzəştli şərtlərlə 3 milyon 790 min manatdan çox kreditlər ayrılıb. Bu kreditlərin 3 milyon 236 min manatı sənayenin, 555 min manatdan çoxu kənd təsərrüfatının inkişafına yönəldilib.
Qeyd edək ki, müxtəlif sahələr üzrə yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb. Bunun nəticəsində hazırda muxtar respublikada fəaliyyəti bərpa edilən və ya yenidən qurulmuş istehsal müəssisələrində 126 növdə 605 çeşiddə ərzaq, 257 növdə 918 çeşiddə qeyri-ərzaq olmaqla, ümumilikdə, 383 növdə 1523 çeşiddə məhsul istehsal olunur. 108 növdə ərzaq 242 növdə qeydi-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu da idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.
Eyni zamanda, Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ötən illərdə olduğu kimi, bu il də uğurla davam etdirilir. Naxçıvan şəhərinin Heydər Əliyev prospekti 64 və Zəroş Həmzəyeva küçəsindəki 117 nömrəli yaşayış binalarında Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən əsaslı işlər həyata keçirilib. Belə ki, hər iki yaşayış binasında söküntü işləri yekunlaşdırıldıqdan sonra bünövrənin bərkidilməsi üçün dəmir-beton işləri aparılıb. Binanın fasad hissəsində və daxilində isə suvaq işi görülür.
Nəticə etibarilə, Azərbaycanın regionlarında həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər qarşıya qoyulan vəzifələrə çatmağa, sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasına geniş imkanlar yaradıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

