/ / Bu ilin arxada qalan aylarında da regionlarda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib
Bu ilin arxada qalan aylarında da regionlarda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib
23.06.2020 [00:08]
Bu istiqamətdə atılan ardıcıl addımlar bölgələrin simasını əsaslı dərəcədə dəyişdirib
Məlum olduğu kimi,dövlət tərəfindən həyata keçirilən siyasət, həmçinin reallaşdırılan ardıcıl və çoxşaxəli islahatlar ölkəmizdə bütün sahələrdə uğurların əldə edilməsinə təkan verib. Heç şübhəsiz əldə edilən bu uğurlardan regionlara da pay düşüb. Bu məqamda qeyd edək ki, ötən 16 il ərzində regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, həyata keçirlən abadlıq tədbirləri bölgələrin simasını əsaslı dərəcədə dəyişdirib.
Yeri gəlmişkən, bu ilin arxada qalan aylarında da respublikanın regionlarında, o cümlədən energetiklər şəhəri Mingəçevirdə tikinti-quruculuq və abadlıq işləri davam etdirlib. Hazırda isə şəhərin Nəsimi, Puşkin, Aşıq Qurbani, Abdulla Şaiq və digər küçələrində, eyni zamanda, “Tərəvəzçilik sovxozu”, “Tingçilik” və “Günəşli” yaşayış massivlərində yollar genişləndirilərək asfaltlanır, yolların kənarına səki daşları döşənir.
“Energetiklər” yaşayış massivindəki Abdulla Şaiq küçəsinin 3 və 5 nömrəli yaşayış binalarında təmir işləri görülür. Belə ki, binaların fasadları, blokları təmir edilir, blokların sınmış şüşələri yenilənir, hər bloka seyf qapılar qoyulur. Bu cür işlər şəhərin digər ərazilərində də davam etdirilir.
Eləcə də M.Mirzəyev adına “Dostluq” parkında da yenidənqurma işləri aparılıb. Yenidənqurma işləri nəticəsində parkın ərazisində Dövlət Rəmzləri Muzeyi və 200 nəfərlik örtülü səhnə tikilib. Artıq muzeydə tikinti işləri başa çatdırılıb. Muzeyin fasadı və daxili müasir üslubda dizayn edilib. Yaxın vaxtlarda istifadəyə veriləcək muzey “Dostluq” parkının ən görməli yerində inşa olunub.
Qubanın Qonaqkənd qəsəbəsində tikilən yeni mədəniyyət evində isə 55 nəfərlik tamaşa zalı, oxu zalı və başqa xidməti otaqlar fəaliyyət göstərəcək. Belə ki, qəsəbədə tikilən yeni mədəniyyət evində mədəni tədbirlərin keçirilməsi, yerli folklor qruplarının, dərnəklərin fəaliyyəti nəzərdə tutulub. Ümumi sahəsi 350 kvadratmetr olan binada son tamamlama işləri həyata keçirilir. Birmərtəbəli binanın dam örtüyü vurulub, qapı və pəncərələri qoyulub.
Ümumiyyətlə, Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsində son illər bir çox sosial infrastruktur layihələri icra olunub. 2019-cu ildə rayon mərkəzindən 47 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə müasir yol çəkilməsinin ardınca, qəsəbənin qazlaşdırılması həyata keçirilib.
Həmçinin Quba rayonunun Zərdabi qəsəbəsində görkəmli ədib Həsən bəy Zərdabinin adını daşıyan istirahət parkında yenidənqurma işləri aparılır. Parkda Azərbaycanda milli mətbuatın banisi Həsən bəy Zərdabinin abidəsi ucaldılacaq.
Quba Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Şahin Aslanov KİV-ə açıqlamasında bildirib ki, 3 hektar ərazisi olan parkda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, dekorativ yaşıllıqlar, uşaq əyləncə mərkəzi, oyun meydançaları yaradılır. Parka səki daşları döşənib, idman sahələri salınır. Tikinti işlərinin 22 iyul - Milli Mətbuat Günü ərəfəsində yekunlaşdırılması nəzərdə tutulub.
Verilən məlumata əsasən, parkın abadlaşdırılması ilə yanaşı, 2 kilometr uzunluğundakı qəsəbədaxili yolun asfaltlanması da həyata keçirilib. Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binasının inşasına da başlanılıb. Üçmərtəbəli məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.
Ölkənin cənub bölgəsində yerləşən Lənkəranda da abadlıq-quruculuq işləri davam etdirlir. Bu barədə verilən məlumatda deyilir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılan vəsait hesabına 2015-ci ildən başlayaraq Lənkəran rayonunda qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binaları da mərhələli şəkildə əsaslı təmir edilir. Artıq 15 çoxmənzilli binada bərkitmə-möhkəmləndirmə işləri görülüb, zirzəmilər betonlanıb, yeni su-kanalizasiya xətləri çəkilib, dam örtükləri başdan-başa dəyişdirilib, pilləkən qəfəsləri və fasadlar təmir olunaraq yenidən rənglənib.
Bu yaxınlarda isə Lənkəran şəhərinin Nizami küçəsi 88, 90, 92 nömrəli binalarda bərkitmə və izolyasiya işləri başa çatdırılıb, kanalizasiya sistemləri yenidən qurulub, fasadlarda suvaqlanma işləri tamamlanıb, mənzillərin köhnə pəncərələri yeni plastik pəncərələrlə əvəz olunub. Hazırda bu binaların bloklarında pilləkən qəfəsləri və fasadlar təmir olunur, binada rənglənmə işləri aparılır. Binaların giriş hissələrində isə yeni dəmir qapılar qoyulacaq.
Ümumiyyətlə, son illər Lənkəranda 1 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binası üçün yeni bina tikilib, 15 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasında əsaslı təmir, bərpa-gücləndirmə və 360 binada isə dam örtükləri dəyişdirilərək yenidən qurulması işləri aparılıb. Daha 3 qəzalı vəziyyətdə olan binada təmir, bərpa-gücləndirmə işləri bu günlərdə başa çatdırılacaq, 2 qəzalı vəziyyətdə olan çoxmənzilli binada təmir işlərinə başlanılacaq.
Bundan başqa, Lənkəranda cənub bölgəsində ilk dəfə olaraq qənnadı müəssisəsi tikilib. Yerli sahibkar İlham Nurəliyevin rəhbərlik etdiyi “NUR” ASC tərəfindən Lənkəran şəhərinin general Fikrət Məmmədov küçəsində inşa edilən müəssisə ən müasir texnologiya ilə məhsullar istehsal edəcək. Layihə dəyəri 4 milyon manat təşkil edən müəssisə üçün 0,5 hektar ərazidə ümumi tikinti sahəsi 5000 kvadratmetr olan dördmərtəbəli bina tikilib. Braziliya, Türkiyə və Rusiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz ediləcək müəssisənin illik istehsal gücü 1500-1800 ton olacaq. Burada 120 nəfər qənnadı ustası və texniki işçi işlə təmin olunacaq. Hazırda müəssisənin ərazisində abadlaşma və yaşıllaşdırma işləri görülür. Yeni istehsalat sahəsinin bu il istifadəyə verilməsi nəzərdə tutulub.
Qazaxda da bütün sahələrlə yanaşı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Qazax rayonunda 2016-cı ildən geniş vüsət alan bu işlər nəticəsində 164 çoxmənzilli yaşayış binasından 120-ə yaxınının dam örtüyü yenilənib, blok və fasadı əsaslı təmir olunub. Binaların təmiri bu il də davam etdirilir. Hazırda şəhərin Bakı və Şəhidlər xiyabanı küçələrində yerləşən binalarında təmir işləri aparılır. Bakı küçəsi 2A ünvanında yerləşən və məcburi köçkün ailələrinin yaşadığı binalarda dam örtüyünün dəyişdirilməsi artıq başa çatıb. Həmin ərazidə yerləşən 2 saylı binada isə dam örtüyünün dəyişdirilməsi işləri davam edir.
Şəhərin mərkəzində yerləşən, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.xiyabanı 25 saylı binalarda son tamamlanma işləri görülür. Belə ki, binaların bloklarındakı giriş hissədə olan çardaqlar yenidən qurulur.
Artıq hər iki binanın bloklarındakı divarlara astar-üzlük vurulub, blokların giriş hissəsinə dəmir qapılar qoyularaq rənglənib, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb.
Onu da qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri və ya tikintisi də daxil edilib. Qazaxın Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi də Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdəndir.
Məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Yanvar ayından tikintisinə başlanılan iki mərtəbədən ibarət olacaq yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Yeni məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 100 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da inşa ediləcək.
Artıq məktəbin zirzəmisində suvaq işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, birinci mərtəbənin hörgü işləri başa çatıb. Hazırda beton tökmək üçün alt hissənin hazırlıq işləri tamamlanır. Bundan əlavə, idman zalında da hörgü işləri davam edir.
Qeyd edək ki, rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni bina da tikilir. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində aparılan yenidənqurma işləri isə yekunlaşmaq üzrədir.
Xaçmaz rayonunun Xudat şəhərində tikilən 432 şagird yerlik ikimərtəbəli məktəb binası yeni tədris ilinə kimi istifadəyə veriləcək. Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisinə ötən ilin dekabr ayından başlanılıb. Artıq binanın ikinci mərtəbəsinin inşası yekunlaşdırılaraq dam örtüyünün vurulmasına başlanılıb.
Məktəbin direktoru Ayaz Mirzəyev KİV-ə açıqlamasında bildirib ki, binada sinif otaqları, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik yeməkxana olacaq. Əvvəlki bina 93 il öncə istifadəyə verildiyindən müasir tələblərə cavab vermirdi. Yeni təhsil müəssisəsinin inşası təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Üç korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunacaq. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək. Cari ildə şimal rayonlarında 28 modul tipli məktəb binasının tikintisi nəzərdə tutulub ki, bunun 8-i Xaçmaz rayonunun payına düşür.
(davamı növbəti sayımızda)
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

