Regionlarda taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır
25.06.2020 [09:27]
Respublikamızın bölgələrində taxıl biçini uğurla davam etdirilir
2004-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, ölkəmizdə bütün sahələr, o cümlədən kənd təsərrüfatı sürətlə inkişaf edir. Kənd təsərrüfatı sahəsəində atılan addımlardan danışarkən, bildirmək yerinə düşər ki, son illərdə respublikamızın bölgələrində aqrar sektorun digər istiqamətləri kimi, ərzaq təminatının möhkəmləndirilməsində çox mühüm pozisiyalardan biri olan taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Xüsusilə bu sahədə intensiv metodların tətbiqinə geniş meydan verilir və bu zaman qabaqcıl dünya təcrübəsi nəzərə alınır. Yeri gəlmişkən, regionlarda taxılçılığın inkişafında Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan iri fermer təsərrüfatlarının rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, iri fermer təsərrüfatlarının yaradılması və digər dəstək tədbirlərinin görülməsi nəticəsində ölkədə taxıl istehsalı ilbəil artır. Son illər Azərbaycan yeni yanaşmaları tətbiq etməklə, yeni innovasiyalara müraciət etməklə iri fermer təsərrüfatlarında məhsuldarlığı daha da artırmağa nail olub ki, bu da böyük uğurdur. Elə bu ilin arxada qalan müddətində regionlarda əldə edilən nəticələr də deyilənləri təsdiqləyir.
Bu məqamda bildirmək yerinə düşər ki, bölgələrimizdə taxıl biçini mövsümü uğurla davam edir və artıq Azərbaycanda taxıl zəmilərinin 49,1 faizində biçin başa çatıb. İyunun 24-nə olan operativ məlumata görə, 496412,6 hektar biçilmiş sahədən 1566798,6 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, arpa sahələrinin biçini yekun mərhələyə qədəm qoymaqdadır. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bu günədək 289695,3 hektar sahədə biçin başa çatıb. Sahələrdən 880080,5 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,4 sentner təşkil edir. Yaxın zamanlarda Aran bölgəsi və dağətəyi rayonlarda arpa biçininin tam yekunlaşacağı gözlənilir.
Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 206717,1 hektarında biçin yekunlaşıb. Sahələrdən 686718,1 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 33,2 sentner təşkil edir. Biçin prosesində 1694 kombayn iştirak edir. Bunlardan 592-si “Aqrolizinq” ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. “Aqrolizinq” tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 183 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 919 kombayn iştirak edir. Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Biçin davam edir.
Beləliklə, qeyd edildiyi kimi, regionlarımızda taxılçılar artıq məhsul biçimini həyata keçirirlər. Məsələn, respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəki rayonunda cari mövsümdə 67 min 384,7 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 42 min 852,5 hektarını buğda, 24 min 532,2 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini sürətlə davam etdirilir. İyunun 18-nə kimi 12 min 400 hektar arpa və 2 min 700 hektar buğda sahəsinin məhsulu biçilib, 48 min 595 ton taxıl istehsal olunub. Bu barədə məlumat verən Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov bildirib ki, tədarük olunan taxılın 39 min 928 tonu arpa, 8 min 667 tonu buğdadır. Arpa sahələrinin hər hektardan orta hesabla 32,2 sentner, buğda sahələrindən isə 32,1 sentner məhsul götürülüb.
Ümumilikdə, biçin kampaniyasına 131 ədəd kombayn, həmçinin lazımi qədər küləşpresləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnikalar cəlb olunub. Xatırladaq ki, şəkili fermerlər ötənilki mövsümdə 67,7 min hektar taxıl sahəsindən 234 min 631 ton məhsul tədarük ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 13,6 min ton artıb. Fermerlər hər hektardan orta hesabla 34,6 sentner məhsul götürüblər.
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonda da taxıl biçininə başlanılıb. Taxılın optimal müddətdə və gecikdirmədən biçilib-döyülməsi və daşınması üçün əvvəlcədən bütün tədbirlər görülüb. Zəmilərə çıxarılan 18 kombayn və kifayət qədər taxıldaşıyan maşının gücündən səmərəli istifadə olunur. İyunun 18-ə olan məlumata görə, 698 hektar sahənin taxılı biçilib, hər hektardan orta hesabla 21,1 sentner, ümumilikdə, 1474 ton məhsul əldə edilib. Hazırda rayonun Qıvraq qəsəbə, Böyükdüz, Xok, Yeni Kərki, Xıncab, Yurdçu, Qabıllı və Şahtaxtı kəndlərində biçin sürətlə aparılır.
Taxıl yığımının optimal müddətdə və itkisiz başa çatdırılması üçün rayonda əvvəlcədən bütün hazırlıq tədbirləri görülüb. Bu məqsədlə rayon Icra Hakimiyyətində xüsusi qərargah yaradılıb və bu qərargah biçinin gedişini gündəlik nəzarətdə saxlayır. Kənd əməkçilərinə və fermerlərə hərtərəfli köməklik göstərilir. Biçinin optimal müddətdə keçirilməsi və məhsulun itkisiz toplanması üçün kifayət qədər kombayn vardır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kəngərli Rayon Bazasının kombaynları, eləcə də məhsulun sahələrdən daşınması, küləşin kiplənib götürülməsi üçün nəzərdə tutulan texnikalar baxışdan keçirilib, zəruri ehtiyac duyulan maşın və mexanizmlər təmir olunaraq saz hala gətirilib, kifayət qədər ehtiyat hissə və yanacaq tədarükü görülüb.
Qeyd edək ki, cari ilin məhsulu üçün rayonda 3 min 250 hektar sahədə payızlıq buğda, 2 min 597 hektarda isə payızlıq arpa, bu ilin yazında isə 58 hektarda yazlıq arpa əkilib. Beləliklə, 2020-ci ildə biçin keçiriləcək taxıl zəmiləri 5 min 905 hektara çatdırılıb. Bu isə cari ildə buğda və arpa istehsalının ötən ildəkindən daha çox olacağına zəmanət verir. Ötən dövrdə taxıl əkilən sahələr əvvəlcədən mineral və üzvi gübrələrlə zənginləşdirilib, becərmə tədbirləri və suvarma vaxtlı-vaxtında aparılıb, nəticədə sahələrdə bol məhsul yetişdirilib.
Cənub bölgəsində yerləşən Masallı rayonunda da taxıl yığımı kampaniyası davam edir. Rayonun taxılçılıqla məşğul olan fermerləri və torpaq mülkiyyətçiləri bu il 9648 hektar sahədə taxıl yetişdiriblər. Bunun 6878 hektarı buğda, 2770 hektarını isə arpa sahəsidir. Torpaq mülkiyyətçiləri məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün qüvvələri səfərbər ediblər. Biçin kampaniyasına canlı qüvvə ilə yanaşı, maşın və mexanizmlər də cəlb olunub. Iyunun 19-na olan məlumata əsasən, taxıl zəmilərində 5335 hektar sahədə biçin aparılıb. Bunun 2668 hektarı buğda, 2667 hektarı isə arpa sahəsidir.
Biləsuvar rayonunda da taxıl biçini uğurla davam edir. Fermerlər məhsul yığımını qısa müddətdə və itkisiz başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına əsasən bu il biləsuvarlı taxılçılar 33 min 298 hektar sahədə taxıl becəriblər. Bunun da 17 min 995 hektarını arpa, 15 min 303 hektarını buğda sahəsi təşkil edir. Cari təsərrüfat ilində bitkiyə aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Məhsul yığımına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə arpa biçinini başa çatdırıblar. Fermerlər biçin apardıqları 17 min 995 hektar sahədən 57 min 623 ton arpa götürüblər. Hazırda məhsul istehsalçıları buğda sahələrinin məhsulunu yığırlar. Iyunun 19-na kimi biçin aparılmış 4 min 10 hektar buğda zəmisindən 14 min 35 ton məhsul götürülüb. Hər hektardan orta hesabla 35 sentner məhsul yığılır. Ayrı-ayrı fərdi təsərrüfatlarda isə məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub. Fermer Telman Əliyev becərdiyi 48 hektar taxıl sahəsinin hər hektarından 56 sentner məhsul götürərək digər torpaq mülkiyyətçilərindən fərqlənib. Rayonda taxıl biçini sürətlə davam edir.
Həmin bölgənin digər rayonu Astara da taxıl yığımı davam edir. Rayonda iyunun 23-dək 78,2 hektar sahənin (52,6 faiz) məhsulu yığılıb. Bunun 59,7 hektarını buğda, 18,5 hektarını arpa sahələri təşkil edir. Hər hektarın orta məhsuldarlığı 25,2 sentnerdir. Bu barədə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu il rayonda taxılçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları 148,6 hektarda taxıl əkiblər. Bunun 122,8 hektarını buğda, 25,8 hektarını arpa sahələri təşkil edir. Taxıl yığımı kampaniyasını keyfiyyətlə və optimal müddətdə başa çatdırmaq üçün sahələrə lazımi qədər kombayn və işçi qüvvəsi cəlb olunub. Astarada taxılçılıq əsasən Kakalos, Şahağac, Təngərüd və Şiyəkəran kəndlərində inkişaf etdirilir.
Qədim əkinçilik ənənələrinə malik Cəlilabad rayonunda təsərrüfat sahiblərinin builki hədəfi taxıl biçinindən 210 min tondan artıq taxıl tədarük etməkdir. Aqrar sahəyə göstərilən dövlət dəstəyi ölkəmizin hər yerində olduğu kimi, iri taxılçılıq rayonu kimi tanınan Cəlilabadda da ilbəil uğurların əldə olunmasına stimul verir. 2019-cu ilin payızında 63 min 887 hektar sahədə taxıl əkini həyata keçirilib ki, onun da 54 min 979 hektarını buğda, 4608 hektarını arpa, 4300 hektarını vələmir təşkil edib.
Rayonda biçin prosesinə təxminən 60-dan çox kombayn səfərbər olub. Kombaynların əksəriyyəti mülkiyyətçilərin lizinq yolu ilə aldığı ən müasir kombaynlardır. Fermerlərin sözlərinə görə, bu texnikalarla biçin prosesində itki əmsalı sıfıra bərabər olur. Ərazidə biçin aparılan sahələrin hər 10 metrdən bir məsafəsində şum işləri də aparılır ki, bu da yanğın təhlükəsizliyi tədbirləri üçündür.
Verilən məlumata görə, hər gün orta hesabla 600-650 hektar taxıl sahəsində biçin aparılır. Rayonun taxıl zəmilərinin 54 min hektarından çoxu dəmyə sahələridir.
(davamı növbəti sayımızda)
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

