Gənclərin azərbaycançılıq ideologiyası əsasında tərbiyəsində milli filmlərin böyük rolu var
31.03.2021 [08:43]
Gəncliyi qəhrəmanlığa, Vətəni sevməyə, göz bəbəyi kimi qorumağa çağıran, eləcə də şəhidlərimizin ömür və döyüş yollarından bəhs edən ekran əsərlərinin ərsəyə gətirilməsi vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır
Azərbaycançılıq ideologiyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Bu ideologiya ölkəmizin bütün vətəndaşlarını vahid amal uğrunda sıx birləşdirir. Heç şübhəsiz ki, azərbaycançılıq ideologiyası mütərəqqi baxışları özündə ehtiva edən bir sıra prinsipləri önə çəkir. Bunlardan biri də vətənpərvərliyin təbliği və yaxud milli ruhda tərbiyə məsələsidir. Gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması indiki dövrdə də qarşıda duran ən ümdə vəzifələrdəndir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının mühüm prinsiplərindən birini məhz gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi təşkil edir. Öz növbəsində, Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin azərbaycançılıq ideologiyasını mənimsəyərək milli maraqlar ətrafında sıx birləşməsinə xüsusi diqqət göstərir.
Bir məqama xüsusi diqqət yetirmək vacibdir. Məlum olduğu kimi, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində xalqımızın güclü həmrəyliyinin, yenilməz ruhunun bir daha şahidi olduq. Şanlı qələbəmizlə başa çatan Vətən müharibəsi göstərdi ki, Azərbaycanda xalqa, dövlətə bağlı olan gənc nəsil formalaşıb. Əlamətdar haldır ki, ölkəmizdə yaşayan bütün xalqları təmsil edən gənclər Vətən müharibəsində misilsiz fədakarlıqlar göstərdilər. Onlar döyüş meydanında göstərdikləri şücaətləri ilə üzərlərinə düşən vəzifəni yerinə yetirməyə qadir olduqlarını təsdiqlədilər.
Vurğulamaq yerinə düşər ki, ötən müddət ərzində bu istiqamətdə görülən işlərə dövlət qurumları ilə yanaşı, ayrı-ayrı yaradıcılıq təşkilatları, şair, dramaturq, yazıçı və bəstəkarlarımız, eləcə də ssenarist və rejissorlarımız da öz töhfələrini veriblər. Bu mənada, son illərdə milli filmlərimizdə vətənpərvərlik mövzusuna həsr olunan səhnələrə geniş yer verilməsi təqdirəlayiqdir. Gəncləri qəhrəmanlığa, Vətəni göz bəbəyi kimi qorumağa, sevməyə çağıran ekran əsərlərinin, eləcə də şəhidlərimizin ömür və döyüş yollarından bəhs edən filmlərin tamaşaçılara vətənpərvərlik ruhunun aşılanmasında rolu böyükdür.
Ümumiyyətlə, son illərdə Azərbaycanda Qarabağ müharibəsi, bu müharibə fonunda yaşananlar, hərbi-vətənpərvərlik mövzusunda filmlərin çəkilməsinə xüsusi diqqət göstərilir. Bəhs olunan mövzuda filmlərin istehsalı üçün dövlət tərəfindən hər cür imkan yaradılıb. Bu mövzuda bədii, sənədli, tam və qısa metrajlı filmlər çəkilib. Ötən müddət ərzində Azərbaycan kinematoqrafçıları vətəndaş mövqeyindən çıxış edərək ermənilərin təcavüzünü, Qarabağ müharibəsinin mahiyyətini və səbəblərini kinonun geniş imkanları vasitəsilə açıb göstərən “Qarabağ çıxış”, “Yağlı boya ilə ailə portreti”, “Bir topa adam” və s. filmləri lentə alıblar. O cümlədən “Aprel Qəhrəmanı”, “Zəfər döyüşündə yazılan məktub”, “Zor təfəkkürü”, “Əlvida, silah”, “Üç qazi, üç tale”, “Vətən müharibəsi”, “Zorla erməniləşdirmə”, “Xurmalar saralanda” və s. sənədli filmləri də çəkilib.
Əksər mütəxəssislərin qeyd etdikləri kimi, Vətən müharibəsindən sonra sözügedən istiqamətdə yeni mərhələ başlayıb. Belə ki, əgər bu vaxta qədər torpaqlarımızın işğal edilməsi ilə bağlı həqiqətlər, o torpaqların azad olunması çağırışları filmlərin əsas motivini təşkil ediridsə, yeni dönəm ekran əsərlərinin əsas mövzusu Vətən müharibəsinin qəhrəmanları, dünyanın hərbi mərkəzlərinin təəccübünə səbəb olan döyüş taktikamız, qalib Azərbaycan xalqı, torpaqlarımıza qovuşmağımız kimi məsələlər təşkil etməlidir. Yəni müharibənin başa çatmasına baxmayaraq, bu gün də gənclərdə yüksək vətənpərvərlik hisləri tərbiyə edən əsərlər yaradılmasına böyük tələbat var. Mütəxəssislərin qeyd etdikləri kimi, sözügedən mövzu ətrafında kinolarımız nə qədər çox olsa, tariximizi, adət-ənənələrimizi, ədəbiyyatımızı, dilimizin gözəl çalarlarını bir o qədər cəmiyyət arasında geniş təbliğ edə bilərik.
Yeri gəlmişkən, qeyd edək ki, şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə Qarabağ həqiqətlərindən bəhs edən bədii film çəkiləcək. “Komandir” adlı filmin ssenarisi artıq hazırdır. Bu barədə filmin ssenari müəllifi, rejissor Cəlaləddin Qasımov məlumat verib. Onun sözlərinə görə, Qarabağ müharibəsinə həsr olunan, eləcə də bu müharibədən əvvəl də ermənilərin Azərbaycana qarşı qara əməllərindən danışan “Komandir” adlı filmin redaktoru Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadədir.
Cəlaləddin Qasımov qeyd edib ki, filmin ssenarisi real hadisələrə əsaslanıb. O deyib ki, saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş etdiriləcək: “Azərbaycan xalqının qəhrəman oğlu, general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr edilən “Komandir” bədii filmi ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdikləri soyqırımıları, vəhşilikləri ekrana çıxarmaqla bunu bir daha dünya tamaşaçılarının mühakiməsinə verəcək”.
Bununla yanaşı, general-mayor Polad Həşimova həsr olunan “Poladın 7 anı” sənədli filmi də təqdim olunub. 26 dəqiqədən ibarət olan sənədli filmin müəllifi İlham Tumas, rejissoru Ruslan Hüseyn, operatoru Samir Musayevdir. Həmçinin Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında Azərbaycanın Milli qəhrəmanları silsiləsindən filmlərin çəkilişləri davam edir. Artıq bir neçə müddətdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə studiyada bu silsilədən sənədli filmlər istehsal olunur.
Eyni zamanda, Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov haqqında filmin çəkilişlərinə də başlanılıb. Bu barədə rejissor Elnaz Əbluc qəzetimizə açıqlamasında bildirib. Azərbaycan kino sənayesinin ölkə rəhbərliyinin daim diqqətində olduğunu deyən rejissorun sözlərinə görə, şəhidlərimizin ömür və döyüş yolundan bəhs edən filmlərimizin insanlarda vətənpərvərlik ruhunun aşılamasında böyük rolu var: “Haqqında film çəkilən Cəlil Səfərov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbində təhsil almış peşəkar zabit idi. O, dəqiq atəşlərlə düşmənin canlı qüvvəsinin məhv edilməsinə başçılıq edirdi. Onun qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən ağır itki vermişdi. Filmdə qəhrəmanın döyüş yoldaşları və ailə üzvlərindən müsahibələr alınıb, təhsil aldığı və hazırda adını daşıyan Sumqayıt şəhərindəki 10 nömrəli məktəbdə, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə çəkilişlər aparılıb”.
“Rejissor kimi yaradıcılığımda hərbi-vətənpərvərlik mövzusuna hər zaman xüsusi yer vermişəm. Bu mövzuya istər müharibədən öncə, istərsə də qələbədən sonra məndə böyük maraq olub. Qeyd edim ki, sözügedən filmin çəkilişlərinə müharibədən öncə başladıq. Heç bilməzdik ki, müharibə başlayacaq. Bu şanlı qələbə filmin tam ssenarisini dəyişdi. Film artıq başqa ruhda, qələbə ruhunda çəkilməyə başlandı. Artıq film montaj ərəfəsindədir. Hazırda Milli Qəhrəman Fəxrəddin Nəcəfovla bağlı filmin çəkilişlərinə də başlamışam”, - deyə Elnaz Əbluc vurğulayıb.
Rejissor deyib ki, milli qəhrəmanlarımız, şəhid və qazilərimiz haqqında hər zaman filmlər çəkilməlidir: “Biz onları həmişə yad etməliyik. Onların hər biri vətənpərvərlik simvoludur. Haqqında danışdığımız Cəlil Səfərov məzun olduğu məktəbin ilk Milli Qəhrəmanı olub. Məktəbdə ona büst qoyulub, şagirdlərə hərbi dərslərdə onun şücaətindən, qəhrəmanlığından söhbətlər açılıb. İkinci Qarabağ müharibəsi zamanı isə bu məktəbin neçə-neçə məzunu qəhrəmancasına şəhid oldu. Vətənpərvərlik mövzularının təbliği gənclərimizin vətənpərvər ruhda yetişməsində və formalaşmasında böyük rol oynayır. Biz də üzərimizə düşən missiyanın yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik. Keçdiyimiz yol, əldə etdiyimiz uğurlar, Vətən müharibəsində qazandığımız şanlı qələbə onu deməyə əsas verir ki, azərbaycançılıq ideologiyası öz müsbət nəticələrini verməkdədir. Qarşıda isə bizi daha böyük məqsədlər gözləyir”.
Şanlı qələbəmizi işıqlandırmaq üçün qardaş Türkiyənin peşəkar və yaradıcı heyəti də öz töhfəsini verməkdə davam edir. Belə ki, türkiyəli mütəxəssislər AzTV-nin əməkdaşları ilə birlikdə Qarabağda film çəkəcəklər. Bu məqsədlə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyənin Sivas Cümhuriyyət Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb. Belə ki, Sivas Cümhuriyyət Universitetinin mütəxəssisləri və AzTV-nin əməkdaşlarından ibarət yaradıcı qrup tərəfindən Qarabağ bölgəsində sənədli filmin çəkilişləri nəzərdə tutulub.
Bundan başqa, “Qarabağda son gecə” filminin çəkilişlərinə başlanılıb. Belə ki, Azərbaycanın Xocalı rayonunda ermənilərin dinc əhaliyə qarşı törətdiyi amansız qətliamı əks etdirən “The last night in QARABAĞ” adlı film çəkilir. Bu barədə türkiyəli rejissor Nihat Alanur qəzetimizə açıqlamasında bildirib: “Beş il əvvəl Zeynəb Naxçıvanlı ilə həmsöhbət olduq. Mənə ssenarisinin olduğunu bildirdi. Xocalı soyqırımından bəhs edən əsər ilə tanış oldum və çox diqqətimi çəkdi. Ssenarist Kamuran Tümay Yıldız ilə birlikdə çalışmalara başladıq. Əsərə tarixi faktları da əlavə etməyi unutmadıq. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün əlimizdən gələni etməyə çalışdıq”.
Rejissorun sözlərinə görə, XX əsrin sonunda Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı bu günə qədər insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir: “O acı gecədə həyatını itirən dinc insanlara görə çox üzülürəm. Bu hadisə barədə fotolarla, materiallarla tanış olduqca insanın qanı donur. Biz bu faciəni əlimizdən gəldiyi qədər unutmamalı və unutdurmamalıyıq. Bu səbəbdən tarixi faktlar və sübutlar əsasında film hazırlamaq qərarına gəldik”.
“Qarabağ haqqında film hazırlamağa ilk olaraq 2010-cu ildə Mübariz İbrahimovun şücaətini eşitdikdən sonra qərar verdim. Azərbaycan tarixboyu öz qəhrəmanları ilə tanınıb. Ermənilərin üzərinə təkbaşına hücum çəkərək onların canlı qüvvəsini məhv edən bu qəhrəman igidə Allah rəhmət eləsin. Onun şücaəti sərhədləri aşdı”, - deyə rejissor əlavə edib.
Qeyd olunub ki, ekran işində həm türkiyəli, həm azərbaycanlı aktyorlar yer alacaqlar. Musiqiləri bəstəkar Can Atillaya məxsus filmin çəkilişləri oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günündə tamamlanacaq.
Beləliklə, qeyd etdiyimiz kimi, gəncliyi Vətəni sevməyə və qorumağa çağıran ekran əsərlərinin ərsəyə gətirilməsi milli vətənpərvərliyin gücləndirilməsi baxımından müstəsna önəm kəsb edir.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

