/ / Azərbaycançılıq ideologiyası ölkəmizdə bütün cəmiyyətin ümummilli məsələlər ətrafında sıx birləşməsini təmin edir
Azərbaycançılıq ideologiyası ölkəmizdə bütün cəmiyyətin ümummilli məsələlər ətrafında sıx birləşməsini təmin edir
06.04.2021 [08:43]
Müstəqillik tarixində böyük uğurlar qazanan Azərbaycan dövlətinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideologiyasının yeni çağırışlar dönəmində də xalqımız üçün mayak rolunu oynayacağına heç bir şübhə yoxdur
İdeoloji xəttin ardıcıllığının təmin olunması milli dövlətlərin arzuolunmaz kənar təsirlərə müqavimət gücünü artıran, onların inkişafını şərtləndirən, cəmiyyətlərin, xalqların özünəməxsusluğunu qoruyan fundamental amil rolunda çıxış edir. Deyilənlər baxımından müstəqil Azərbaycanın təcrübəsi təqdirəlayiqdir. Son üç onillik ərzində respublikamız Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası əsasında inkişaf edərək öz müstəqilliyinin dönməzliyini təmin edib. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələndə respublikamızda vəziyyət çox ağır idi. İqtisadiyyat dağılmışdı. İşğalçı Ermənistanın respublikamızın ağır vəziyyətindən sui-istifadə edərək beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin 20 faizini öz nəzarəti altına keçirməsi böyük qaçqınlar ordusunun yaranması ilə nəticələnmişdi. Ən ağrılı məqam isə ondan ibarət idi ki, ölkənin belə çətin sosial-iqtisadi problemlər məngənəsində sıxıldığı, xarici təcavüzlə üzləşdiyi bir vaxtda cəmiyyətdə qarşıdurmalar getdikcə daha geniş vüsət alırdı. Ayrı-ayrı partiyalar, marginal qruplar özlərinin korporativ maraqlarından çıxış edərək qüvvələri parçalayırdılar. Respublikanın müxtəlif bölgələrində separatçılıq meyilləri baş qaldırmışdı. Ölkə vətəndaş müharibəsi astanasında idi və XX yüzilllikdə ikinci dəfə qazandığımız müstəqilliyin itirilməsi təhlükəsi tam real idi. Belə vəziyyətdə müstəqilliyimizi, xalqımızı ölkənin bütün vətəndaşlarını vahid ideoloji əsaslar ətrafında birləşdirməklə xilas etmək mümkün idi və bunu müdrik dövlət xadimi Heydər Əliyev məharətlə bacardı. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası cəmiyyətin bütün sosial təbəqələrini, dini-etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları vahid amal uğrunda birləşdirən və səfərbər edən güclü platforma idi. Bu ideoloji platformada hamının maraqları uzlaşırdı və bu da Azərbaycanın milli gücünü artıran fundamental amilə çevrildi. Bütün xalq Ümummilli Liderimizin çağırışına qoşuldu, Onun şəxsiyyəti və ideyaları ətrafında birləşdi. Tezliklə ölkədə qarşıdurmalara, hərc-mərcliyə son qoyuldu, vətəndaş müharibəsi təhlükəsi sovuşdu, xarici təcavüz dayandırıldı, ölkə inkişafa istiqamətləndi.
Biz ayrı-ayrı ölkələrin timsalında zaman-zaman bu və ya digər ideoloji çağırışların iflasa uğradığının və yaxud tez-tez dəyişdiyinin şahidi olmuşuq. Bu, ilk növbədə, həmin ideoloji çağırışların ölkələrin ənənələri və reallıqları ilə ziddiyyət təşkil etməsi ilə bağlıdır. Ulu Öndərimizin müəllifi olduğu azərbaycançılıq ideologiyasının təməlində isə xalqımızın əsirlərin sınağından çıxan ənənələri, milli-mənəvi dəyərlərimiz, zəngin mədəniyyətimiz, gözəl dilimiz dayanır. Müdrik dövlət xadimi Heydər Əliyev azərbaycançılıq ideologiyası vasitəsilə cəmiyyətimizin istəyini, maraqlarını ölkənin, dövlətimizin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə istiqamətləndirdi. Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində milli mənsubiyyəti ilə qürur duyduğunu fəxrlə nəzərə çatdıraraq vurğulayıb: “Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Azərbaycançılıq ideologiyası ötən üç onillik ərzində xalqımızın öz identikliyini qoruyub saxlamasında, cəmiyyətimizin saflaşmasında, insanların vahid amal uğrunda, ümummilli mahiyyət daşıyan məsələlər ətrafında sıx birləşməsini təmin edib ki, bütün bunlar da ölkəmizin inkişafında mühüm rol oynayıb. Son 17 ildə Azərbaycan dünyanın iqtisadi baxımdan ən sürətlə inkişaf edən ölkələri sırasında yer alıb. Hər bir azərbaycanlı üçün qürurverici haldır ki, bu gün respublikamız xarici borcu kifayət qədər aşağı səviyyədə olan, heç kimdən, heç bir kredit təşkilatından kömək ummayan, qarşıya çıxan bütün məsələləri öz gücü ilə həll edən bir dövlət səviyyəsinə yüksəlib. Eyni zamanda, iqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirib. Biz iqtisadi cəhətdən zəif olan Ermənistanın timsalında vassal, başqalarının diktəsi ilə oturub duran bir ölkə görürük. Azərbaycan isə bütün səviyyələrdə milli maraqlarını qətiyyətlə qoruyur, heç kimin diktəsi ilə yaşamır, öz prioritetlərini özü müəyyən edir.
Əlbəttə, ölkəmizin belə hərtərəfli inkişafını şərtləndirən müxtəlif amillər sadalamaq mümkündür. Burada Prezident İlham Əliyevin liderlik bacarığını, hadisələri qabaqlamasını, vaxtında ən doğru qərarlara imza atmasının önəmini xüsusi qeyd edə bilərik. Eyni zamanda, Azərbaycan cəmiyyətinin monolitliyi, iqtidar-xalq həmrəyliyi ölkəmizin güclü dövlətə çevrilməsini şərtləndirən amillər sırasında yer alır. Biz daim müşahidə edirik: Prezident İlham Əliyev hər zaman milli maraqlarımızı qətiyyətlə qoruyur, Öz fəaliyyətini, bir qayda olaraq, cəmiyyətdən gələn sosial sifarişlər əsasında qurur, məmurlardan xalqa ləyaqətlə, vicdanla xidmət göstərmələrini istəyir. Bunun qarşılığında isə cəmiyyət də dövlətə, Prezidentə böyük həmrəylik nümayiş etdirir. Biz bütün ümummilli məsələlərdə Azərbaycan cəmiyyətinin, necə deyərlər, çəkici həmişə eyni zindana vurduğunun, Prezidentin ətrafında sıx birləşdiyinin, yüksək vətənpərvərlik nümayiş etdirdiyinin şahidi oluruq ki, bütün bunlar da azərbaycançılıq ideologiyasının əsas prinsiplərini təşkil edir. Ümummilli Liderimiz Heydər Əliyev həmişə belə bir fikrini əsaslandırırdı ki, insanlar Vətənin onlara nə verdiyi barədə deyil, onların özlərinin Vətənə nə verdikləri barədə qayğılanmalıdırlar.
Bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanda Ulu Öndərimizin arzuladığı vətənpərvər, milli maraqları uca tutan cəmiyyət formalaşıb. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycan dövləti ilə cəmiyyətin həmrəyliyini, insanların, ələlxüsus da gənclərin vətənpərvərliyini əyani şəkildə təsdiqlədi. Üç onillik ərzində ölkənin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğalına son qoyulması Azərbaycanın gündəliyinin mərkəzində dayanmışdı. Yenə də bu ümummilli məsələdə həm dövlət, həm Prezident İlham Əliyev, həm də vətənpərvər Azərbaycan cəmiyyəti eyni həssas yanaşma sərgiləyirdi. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Ordumuzun şəxsi heyəti misilsiz şücaətlər göstərdi. Verilən məlumatlara görə, müharibə dövründə düşmən tərəfdə 10 min fərari qeydə alınıb. Azərbaycanın Silahlı Qüvvələrində isə bir dənə də olsun belə bir fakt aşkarlanmayıb. Əsgər və zabitlərimiz “Arxada Vətəndir” deyərək döyüşlərə atılırdılar. Diqqətəlayiq haldır ki, Vətən müharibəsində ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri iştirak etdilər və ümumi qələbəmizin təmin olunmasına öz töhfələrini verdilər. Eyni zamanda, əksər siyasi partiyalar bəyanat imzalayaraq Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevə və Ordumuza dəstək verdilər. Bu kimi faktlar müharibə zamanı Azərbaycanın gücünə güc qatdı, özünə inam hissini artırdı. Prezident İlham Əliyev martın 20-də Şuşada etdiyi müraciətdə xalqın vahid amal uğrunda birləşməsinin Vətən müharibəsində qələbənin təmin olunmasında mühüm rol oynadığına xüsusi diqqət çəkib. Bu xüsusda fikirlərini bildirən dövlətimizin başçısı deyib: “Vətəndaş müharibəsindən sonra bu günə qədər ölkədə gedən proseslər xalqımızı vahid ideya uğrunda, vahid amal uğrunda, torpaqlarımızın azad edilməsi amalı uğrunda birləşdirdi. Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı”.
Daha bir diqqətəlayiq məqam ondan ibarətdir ki, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin əsas ağırlığı gənclərin üzərinə düşdü. İkinci Qarabağ müharibəsinin iştirakçılarının böyük əksəriyyəti respublikamızda son 17 ildə formalaşan sağlam ruhlu, möhkəm əqidəli gəncliyi təmsil edir. İdeoloji işin düzgün qurulması, azərbaycançılıq ideologiyasının ardıcıl şəkildə təbliğ edilməsi, eyni zamanda, uğurlu gənclər siyasəti ölkəmizdə Vətənə, torpağa möhkəm tellərlə bağlı olan gənclər ordusunun formalaşmasını şərtləndirib.
Dünyada müxtəlif proseslərin müşahidə edildiyi indiki dövrdə milli dövlətlərin mükəmməl ideoloji əsaslara malik olmasının aktuallığı daha da artıb. Məlumdur ki, hazırda müəyyən mərkəzlər tərəfindən informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafından, sosial şəbəkələrdən istifadə edilməklə milli dövlətlərə təzyiqlər göstərilməsi halları intensivləşib. O cümlədən də uğurlarımız dostlarımızı sevindirdiyi kimi, Azərbaycanafob dairələri də ciddi narahat edir. Onlar müxtəlif vasitələrlə Azərbaycan cəmiyyətinə təsir imkanlarını artırmaq üçün böyük canfəşanlıq göstərirlər. İnsanlara milli-mənəvi dəyərlərə güclü bağlılıq, vətənpərvərlik aşılayan azərbaycançılıq ideologiyası indiyədək belə cəhdlərin qarşısında möhkəm çəpər kimi dayanıb. Müstəqillik tarixində böyük uğurlar qazanan Azərbaycan dövlətinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideologiyasının yeni çağırışlar dönəmində də bizim üçün bir mayak rolunu oynayacağına, ölkəmizi, xalqımızı qeyd olunan təhdid cəhdlərindən, həmçinin qloballaşmanın mənfi təsirlərindən qoruyacağına heç bir şübhə yoxdur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18

