Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17.05.2021 [08:46]
İxrac qabiliyyəti yüksək olan tütünçülüyün inkişafına göstərilən diqqət və qayğı fermerlərin bu sahəyə marağını ildən-ilə artırır
Ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi siyasət digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına da əsaslı təkan verib. Eyni zamanda 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası regionlarda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı ilə yanaşı, tarixi ənənələri olan, yüksəkgəlirli və strateji sahələrin də yenidən dirçəldilməsinə şərait yaradıb. O da vurğulanmalıdır ki, dövlətin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğı, eləcə də fermerlərin fəaliyyətinin stimullaşdırılması gəlirli aqrar məhsulların yetişdirilməsinə marağı ildən-ilə artırır.
Bu mənada, ixrac qabiliyyəti yüksək olan məhsullar sırasında yer alan tütünçülüyün inkişafı da son illərdə, xüsusilə diqqət mərkəzindədir. Ölkəmizdə tütünçülüyün inkişafına dair müvafiq proqramların qəbulu və uğurlu icrası tütünçülüyün inkişaf etdirilməsində, tütün məmulatları istehsalının artırılmasında, emal müəssisələrinin yaradılmasında, tütün məmulatlarının ixracının təşviq edilməsində və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarının genişləndirilməsində əhəmiyyətli rola malik olub. Xüsusi olaraq vurğulanmalıdır ki, regionlarda tütün tədarükünün ildən-ilə artımı emal müəssisələrinin də fəaliyyətini şərtləndirib. Yəni, regionlarda tütünçülüyün inkişaf etdirilməsi ilə paralel olaraq emal müəssisələrinin də fəaliyyətə başlaması bu strateji məhsuldan yüksək gəlir əldə olunmasına imkan verir.
Yeri gəlmişkən, artıq regionlarda tütün əkini mövsümünün başlanması ilə əlaqədar mühüm tədbirlər görülür, istixanalarda yetişdirilən şitillər əkin sahələrinə köçülür. Verilən məlumatlara əsasən, Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Zaqatalada 264 hektar, Qaxda 347 hektar, Şəkidə 25 hektar olmaqla, ümumilikdə, 636 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə bağlı bu rayonlarda 52 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Hazırda təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi mütəşəkkil davam etdirilir. “Zaqatala AGRO İndustry” MMC-nin direktoru İsrafil Səfərov KİV-ə müsahibəsində bildirib ki, fermerlər tərəfindən sahələrə “Virciniya botaniki” növlü tütün şitilləri köçürülməkdədir. Tütün istehsalçılarını şitillə təmin etmək üçün məntəqənin özündə ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb. Cəmiyyətin istixana təsərrüfatında yetişdirilən tütün şitilləri ilə 500 hektaradək sahəni təmin etmək mümkündür.
Eyni zamanda, fermerlər öz şəxsi təsərrüfatlarında da tütün şitilləri yetişdiriblər. Torpaq mülkiyyətçilərinin işini asanlaşdırmaq məqsədilə müəssisəyə Türkiyədə istehsal olunan 7 ədəd şitilvuran aqreqat da gətirilib. Bundan əlavə, hazırda Yaponiya şirkəti tərəfindən Zaqatala rayonunun Aşağı Tala kəndinin ərazisində 120 ədəd tütünqurutma kamerasından ibarət yeni emal məntəqəsinin tikintisi sürətlə davam etdirilir. Tütünqurutma kameraları tütün yığımı mövsümünədək tam hazır vəziyyətdə olacaq.
Vurğulandığı kimi, hazırda rayonlarımızda şitillərin sahələrə köçürülməsi istiqamətində qızğın iş gedir. Elə, Balakən rayonunun təsərrüfatlarında da istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesi davam edir. Mayın 8-nə olan məlumata görə, rayonda 111 hektar sahədə tütün əkilib. Bununla bağlı məlumat verən Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirovun sözlərinə görə, mayın birinci ongülüyü ərzində “Azərtütün ASK” MMC ilə müqavilə bağlayan fermerlər tərəfindən 85 hektar və “Azəri Korporasiyası” tərəfindən 5 hektar sahəyə “Virciniya botaniki”, “İlham M” MMC ilə müqavilə bağlayan fermerlər tərəfindən isə 21 hektar sahəyə digər növ tütün şitilləri köçürülüb.
Qeyd edilməlidir ki, builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 300 hektar sahədə tütün əkini nəzərdə tutulur. Balakənli fermerlər cari ildə 267 hektar sahədə “Virciniya botaniki”, 33 hektarda isə digər növ tütün yetişdirəcəklər. Tütün əkini işlərinə 221 nəfər mövsümi işçi cəlb olunub.
Cari təsərrüfat ilində Oğuz rayonunda da 230 hektar sahədə tütün əkini nəzərdə tutulur. Oğuzlu fermerlər ötən il olduğu kimi, bu il də əsasən, “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Artıq aperl ayının sonlarından etibarən təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər rayonun Yaqublu, Kərimli və Muxas kəndlərinin ərazilərindəki təsərrüfatlarda 15 hektaradək sahəyə tütün şitilləri köçürülüb. Bununla bağlı fikirlərini bölüşən Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov bildirib ki, ötənilki mövsümdə oğuzlu fermerlər 269 hektar sahədən 548,5 ton quru tütün əldə ediblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 2,4 dəfədən çox, məhsul istehsalı isə 332,9 ton artıb.
Əsas tütünçülük rayonlarımızdan sayılan Şəki rayonunun təsərrüfatlarında da aprel ayının sonlarından istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Qeyd edək ki, cari mövsümdə rayonda 1210 hektarda tütün əkilməsi proqnozlaşdırılır. Köçürmənin ilk günlərində əsasən, rayonun Suçma, Cumakənd, Şorsu, Baş Göynük kəndlərinin ərazilərindəki təsərrüfatlarda sahələrə tütün şitilləri köçürülüb. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidovun verdiyi məlumata görə, builki mövsümdə şəkili fermerlər 400 hektarda “Virciniya botaniki” növlü, 810 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 58 min kvadratmetr sahədə sadə istixanalar hazırlanıb. Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3835 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 193 ton artıb.
Vurğulandığı kimi, ölkəmizdə ənənəvi təsərrüfat sahələrindən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması Masallı fermerlərinin də tütünçülüyə marağını artırıb. Belə ki, rayonda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini verir. Qeyd olunmalıdır ki, bu il Masallı rayonunda 52 hektardan çox sahədə tütün yetişdirilməsi proqnozlaşdırılıb. Artıq fermerlər və məhsul istehsalçıları istixanalarda yetişdirdikləri şitilləri sahəyə köçürməyə başlayıblar. Yeri gəlmişkən, ötən illərdə məhsul istehsalçıları əkin zamanı daha çox “İmmunium” növlü ətirli tütün əkininə üstünlük veriblər. Bu il də fermerlər məhz həmin sortdan istifadə edəcəklər. Qeyd edək ki, Masallıda ilk dəfə 2015-ci ildə 14 hektarda tütün əkilib. 2019-cu ildə tütün əkini sahələri genişləndirilərək 35 hektara çatdırılıb. Ötən il isə tütün əkini sahələri daha 16 hektar genişləndirilib.
Tütünçülüyün inkişafına göstərilən diqqət və qayğı, eləcə də bu aqrar sahənin yüksəkgəlirli olması Naxçıvan Muxtar Respublikasında da bu strateji sahəyə marağı artırıb. Belə ki, muxtar respublikanın Şərur və Babək rayonlarında, eləcə də Kəngərli rayonunda tütün əkilib. Qeyd edək ki, ümumilikdə, bu il 60 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub.
Vurğulanmalıdır ki, 2017-ci ildən başlayaraq “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərinin ərazilərində yetişdirilən tütün şitilləri muxtar respublikanın bir çox bölgələrində əkilir. Ötən dövrdə “Vircinya”, “Oriental” və “İzmir” sortlarının yetişdirildiyi Tütün Yetişdirmə Təsərrüfatında bu il “Vircinya” və “Pirlep-66” sortlarından olan şitillər əkilib. Belə ki, yetişdirilən tütün şitillərinin 1,5 hektarını “Pirlep-66”, 4,5 hektarını isə “Vircinya” sortu təşkil edib. Burada 40-a yaxın kənd sakini mövsümi işlərə cəlb olunub. Aprel ayının sonlarından etibarən istixana şəraitində yetişdirilən tütün şitilləri əkin sahələrinə köçürülüb.
Öz növbəsində ölkəmizdə tütünçülüyün inkişafı və bu sahəyə göstərilən dövlət dəstəyi ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Azər Badamov bildirib ki, ixrac qabiliyyəti yüksək olan məhsullar sırasında yer alan tütünçülüyün inkişafı son illərdə, xüsusilə diqqət mərkəzindədir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası ölkədə tütünçülüyün inkişaf etdirilməsində, tütün məmulatları istehsalının artırılmasında, emal müəssisələrinin yaradılmasında, tütün məmulatlarının ixracının təşviq edilməsində və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarının genişləndirilməsində əhəmiyyətli rola malik olub. Millət vəkili qeyd edib ki, fermerlərə göstərilən dəstək hətta bəzi regionlarımız üçün qeyri-ənənəvi sayılan tütünçülüyə də marağı artırıb: “Ölkəmizdə dövlət tərəfindən fermerlərə və məhsul istehsalçılarına 1 hektar sahədə tütün əkininə görə 280 manat, yaş tütünün 1 tonunun qəbuluna görə 5 manat, bir ton quru tütünün qəbuluna görə isə 50 manat subsidiya verilir. Eləcə də fermerlər üçün yaradılan şərait də tütün yetişdirilməsinin artımında mühüm amilə çevrilib. Bu isə gəlirli sahə olan tütünçülüə marağı ildən-ilə artırır. Bu gün Azərbaycanda emal müəssisələrinin fəaliyyət göstərməsi, regionlarda əkilən tütünün qəbul məntəqələrinin mövcudluğu fermerlərinin işini asanlaşdırır. İnanıram ki, bu strateji məhsul gələcək illərdə daha yüksək əkin qabiliyyəti qazanacaq və bu sahəyə maraq artacaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41

