/ / Azərbaycançılıq ideologiyası əsasında nümunəvi multikulturalizm siyasətinin həyata keçirilməsi ölkəmizdə xalqların həmrəyliyini və cəmiyyətə sıx inteqrasiyasını təmin edir
Azərbaycançılıq ideologiyası əsasında nümunəvi multikulturalizm siyasətinin həyata keçirilməsi ölkəmizdə xalqların həmrəyliyini və cəmiyyətə sıx inteqrasiyasını təmin edir
01.07.2021 [09:01]
Respublikamızda heç vaxt ayrı-seçkiliklə üzləşməyən müxtəlif xalqların taleyüklü məsələlərdə birlik nümayiş etdirmələri Azərbaycanın milli gücünü daha da artırır
Dünyada milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar bərabər münasibətə və hörmətə layiqdirlər. Ancaq təəssüf doğuran haldır ki, XXI əsrdə bəşəriyyət Yer üzündə ciddi qütbləşmə proseslərinə şahidlik edir. Dünyanın ayrı-ayrı bölgələrində tez-tez milli və dini zəmində münaqişələr, müharibələr baş qaldırır, diskriminasiya, irqçilik, islamofobiya, milli-dini ayrı-seçkilik kimi neqativ hallar artır. Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən belə neqativ mənzərə ilə müqayisədə respublikamızda vəziyyət tamamilə fərqlidir. Azərbaycanda multikulturalizm cəmiyyətin həyat tərzi və dövlət siyasətidir. Ölkəmizdə bütün xalqlar vahid bir ailə kimi yaşayırlar.
Müstəqil Azərbaycanda multikulturalizm siyasətinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər məhz ölkəmizin reallıqlarına, çoxkonfessiyalı mühitinə və xalqımızın ənənələrinə istinad edərək azərbaycançılığı gənc dövlətimizin ideoloji əsası kimi müəyyənləşdirdi. Xalqımızın milli məfkurəsi olan azərbaycançılıq özündə ölkəmizdə yaşayan bütün xalqların bərabərliyini ehtiva edir. Bu da milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının həmrəyliyini şərtləndirir, onların Vətənə bağlılıq hissini gücləndirir. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, - deyən Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə bu sərvətin qorunması və zənginləşməsi üçün çox mühüm qərarlar verilib, strateji əhəmiyyətli addımlar atılıb.
Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasına istinadən əsasını qoyduğu multikulturalizm siyasəti son 18 ilə yaxın müddət ərzində eyni ardıcıllıqla və uğurla davam etdirilib. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında Bakı Multikulturalizm Mərkəzinin yaradılması və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan olunması bu kontekstdə xüsusilə qeyd edilməlidir. Hazırda dünyanın ayrı-ayrı ölkələrində müşahidə edilən diskriminasiya meyillərinə baxmayaraq, ölkəmizdə bütün dini konfessiyalar sərbəst şəkildə fəaliyyət göstərirlər. Qeyd edək ki, respublikamızda indiyədək 970 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Respublika ərazisində 2250 məscid mövcuddur, eyni zamanda, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycan dövləti müvafiq qanunvericilik əsasında qeydiyyata alınan və fəaliyyət göstərən bütün dini icmalara maliyyə dəstəyi göstərir.
Son illərdə Azərbaycanın müxtəlif sivilizasiyalara aid tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etməsi ölkəmizin multikultural mənzərəsi barədə konkret təsəvvür yaradır. Azərbaycançılıq ideologiyası əsasında ölkə daxilində nümunəvi multikultural mühitin yaranmasına nail olan respublikamız, həmçinin xalqların və konfessiyaların bərabərliyi ilə bağlı ideyaların beynəlxalq səviyyədə də təşviqinə öz töhfələrini verir. Burada ölkəmizin mənzərəsini səciyyələndirmək baxımından vacib olan bir məqamı da xatırlatmaq yerinə düşər. Hər kəs təsdiqləyə bilər ki, müxtəlif sivilizasiyaların təmsilçilərinin bir araya gəldikləri tədbirlərin ölkəmizdə keçirilməsinə yalnız dövlətimiz tərəfindən siyasi iradə göstərilmir, buna həm də cəmiyyət səviyyəsində olduqca həssas yanaşma sərgilənir. Biz ayrı-ayrı ölkələrdə tolerantlıqla bağlı tədbirlərin bir sıra hallarda boykot edildiyinin şahidi oluruq. Azərbaycanda isə indiyədək bir dəfə də olsun belə hala rast gəlinməyib ki, bu da cəmiyyətimizin multikulturalizm ənənələrinə və ideyalarına nə qədər sadiq olduğunu bir daha təsdiqləyir. Beləliklə, deyə bilərik ki, ölkə daxilində müxtəlif xalqların və konfessiyaların sıx həmrəyliyinə nail olan Azərbaycan bu unikal modelin beynəlxalq səviyyədə də təşviq olunmasına çalışır. Prezident İlham Əliyev ölkəmizin tolerantlıq mühitinin bütün dünyada yüksək dəyərləndirildiyinə diqqət çəkərək vurğulayıb: “Bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur”.
Respublikamızda azərbaycançılıq ideologiyası əsasında real məzmun daşıyan nümunəvi multikulturalizm siyasətinin həyata keçirilməsi, öz növbəsində, ölkəmizdə yaşayan bütün xalqların həmrəyliyini və cəmiyyətə sıx inteqrasiyasını təmin edir. Bütün xalqların və konfessiyaların təmsilçiləri ölkəmizin uğurlarının sevincini birlikdə yaşayır, eyni zamanda, onlar taleyüklü məqamlarda birləşir, ümummilli məsələlərin həllində vahid mövqedən çıxış edirlər. Heç şübhəsiz, respublikamızda heç vaxt ayrı-seçkiliklə üzləşməyən müxtəlif xalqların taleyüklü məsələlərdə birlik nümayiş etdirmələri Azərbaycanın milli gücünü daha da artırır. Biz bunun ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Müharibə təzə başlayanda mənfur düşmən çirkin təbliğata start verdi və ayrı-ayrı xalqların nümayəndələrini ermənilərə qarşı vuruşmaqdan çəkinməyə çağırdı. Ermənilər Vətən müharibəsini “müsəlman-xristian müharibəsi” kimi təqdim etməyə çalışırdılar. Lakin düşmənin uydurmalar üzərində qurduğu bu qərəzli təbliğat heç bir nəticə vermədi. Əksinə, müharibənin ilk günlərindən ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri Vətənin müdafiəsinə qalxdılar. Səngərlərdə, ağır döyüşlərdə onları birləşdirən Vətən sevgisi idi. Vətən müharibəsində Azərbaycan şanlı Qələbə qazanaraq tarixi ədaləti, özünün ərazi bütövlüyünü təmin etdi. Tariximizdə əbədi qalacaq bu Qələbənin əldə olunmasında ölkəmizdə yaşayan bütün xalqların payı var.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Zəfərə aparan yol - milli və dini həmrəylik” mövzusunda keçirilən videokonfransda qurumun sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Vətən müharibəsində müxtəlif xalqların və dinlərin təmsilçiləri çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular. Onun sözlərinə görə, istər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər: “Başda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə olmaqla bütün konfessiya rəhbərləri dəfələrlə milli birlik və dini həmrəylik göstərərək düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz etdilər. Bu işdə qeyri-islam dini icmaları da böyük səy göstərdilər. Onlar tərəfindən cəbhədə Vətən torpaqlarını işğaldan azad edən qəhrəman əsgərlərə humanitar yardımlar göndərildi. İşğal faktına etiraz məqsədilə qeyri-islam dini icmaları tərəfindən müxtəlifsəpkili, xarici dillərdə sənədli filmlər, videoçarxlar, məlumat xarakterli materiallar hazırlanaraq yerli və dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq siyasi dairələrə, təşkilatlara dini mərkəzlərə təqdim edildi”.
Tədbirdə söz alan Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstanstin Pominov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elmin İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Gülnarə Məmmədova, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov dövlətin uzun illər dini icmalarla multikulturalizm və tolerantlıq prinsipləri əsasında həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün ölkəmizdə dini həmrəyliyin ən yüksək səviyyədə təzahür etdiyini, Azərbaycanın daha da inkişafı naminə bundan sonra da birlikdə çalışmalı, səylərimizi birləşdirməli olduğumuzu qeyd ediblər.
Yeri gəlmişkən, ölkəmizdə fəaliyyət göstərən müxtəlif icmalar Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair qədim mədəniyyət paytaxtımızda imzalanmış 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsini də təqdirlə qarşılayıblar. Azərbaycanın Ukrayna Konqresinin idarə heyətinin sədri Yuri Osadçenkonun, Dağ Yəhudiləri Bakı Dini İcmasının sədri Milix Yevdayevin, Avropa Yəhudiləri Bakı Dini İcmasının sədri Aleksandr Şarovskinin, Gürcü Yəhudiləri Bakı Dini İcmasının sədri Zamir İsayevin və “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri Mariya Pavlovna Hüseynovanın imzaladıqları bəyanatda bildirilib ki, bu ölkədə hər kəs müstəqil Azərbaycan dövlətini öz doğma Vətəni hesab edir, əmin-amanlıq və rifah şəraitində yaşayır.
Butün bu kimi faktlar bir tərəfdən Azərbaycanın dünyaya nümunə olan multikultural mənzərəsini göz önündə canlandırır, digər tərəfdən isə ölkəmizdəki güclü milli və dini həmrəyliyi təcəssüm etdirir.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

