Aqrar islahatlar regionların inkişafına təkan verir
03.12.2021 [11:01]
Nardar BAYRAMLI
Regionların sosial-iqtisadi inkişafında qeyri-neft sektorunun aparıcı istiqaməti olan aqrar sahə önəmli rol oynayır. Son illər Azərbaycanda kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində ciddi uğurlar əldə edilib. Aqrar islahatların müasir mərhələsi ilə bağlı atılan addımlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib.
Ölkəmizdə aqrar sahənin inkişafı kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Bu sektorun ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, cari ilin doqquz ayında 571,2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub. Məhsul ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 14 faiz artıb.
Ümumiyyətlə, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır. Bu isə öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb. Təkcə bu ilin yanvar-sentyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 66 rayonda 3656 fermer-sahibkara 56.3 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 32.9 milyon manatını texnika və avadanlıq təyinatlı kreditlər, 0.3 milyon manatını damazlıq təyinatlı kreditlər, 2.3 milyon manatını orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 20.9 milyon manatını isə mikrokreditlər təşkil edib. Doqquz ayda fermerlərin satın aldığı və ya lizinqə götürdüyü 5189 kənd təsərrüfatı texnikası üçün 54.3 milyon manat məbləğində güzəşt tətbiq edilib, kredit faizləri subsidiyalaşdırılıb. Həmçinin hesabat dövründə 151 sahibkarlıq subyektinə 3628 baş damazlıq heyvanın alışı üçün 8.4 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.
Ümumiyyətlə, kənd təsərrüfatının davamlı inkişafı həm sosial, həm də iqtisadi əhəmiyyətə malikdir. Xüsusilə də nəzərə almaq lazımdır ki, ərzaq təhlükəsizliyinin təmin olunması bilavasitə bu sahənin inkişafından asılıdır. Xatırladaq ki, ötən əsrin 90-cı illərində Azərbaycanda aparılan aqrar islahatlar nəticəsində torpaqlar fərdi mülkiyyətə verilib. Pay torpaqları əsasında çoxsaylı ailə-kəndli təsərrüfatları formalaşıb. Lakin hazırkı dövrdə fermerlərin əməkdaşlığı vacib məqamlardan biri kimi ön plana çıxır. Bu əməkdaşlıq bir çox problemlərin həllində mühüm rol oynaya bilər. “Vahid sahədə vahid əkin” konsepsiyası məhz belə bir əməkdaşlığı nəzərdə tutur. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatların təhlili göstərir ki, ailə-kəndli təsərrüfatlarının böyük əksəriyyətinin sərəncamında olan pay torpaqlarının sahəsi 3-5 hektardan artıq deyil. Bu səbəbdən, ölkədə xırda fermer təsərrüfatları üstünlük təşkil edir. Lakin kiçik fermer təsərrüfatlarının sərəncamında olan torpaq sahələrinin ölçüləri nəinki intensiv istehsalın təşkilini, suvarma işlərinin aparılmasını da çətinləşdirir. Eyni zamanda, kiçik pay torpaqlarında növbəli əkin sisteminin tətbiqi mümkün olmur və nəticədə istehsalın rentabellik səviyyəsi aşağı düşür. Geniş ərazilərdə kiçik torpaq sahəsi olan fermerlərin üzləşdikləri çətinliklər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi təhlil edilib və “Vahid sahədə vahid əkin” layihəsi həyata keçirilməyə başlanılıb. Bu layihə vahid sahələrdə kiçik həcmdə pay torpaqları olan fermerlərin üzləşdikləri problemləri köklü şəkildə aradan qaldıracaq. Yeni layihənin üstünlükləri təkcə bundan ibarət deyil. Bu, ölkənin torpaq və su ehtiyatlarından səmərəli istifadəyə imkan verən, növbəli əkinin həyata keçirilməsini asanlaşdıran, ən əsası isə fermerin gəlirlərini artıran bir modeldir. “Vahid sahədə vahid əkin” yanaşması kooperativləşmə deyil, kənd təsərrüfatı kooperasiyalarının yaradılması istiqamətində bir mərhələdir. Vahid massivlərdə eyni bitkini becərmək də, kooperativ yaratmaq da könüllülük işidir, layihəyə qoşulan fermerlər gələcəkdə kooperativ yaradıb-yaratmamağa özləri qərar verəcəklər. Bu səbəbdən “Vahid sahədə vahid əkin” yanaşması indiki mərhələdə kooperativlərə alternativ Azərbaycan modeli sayıla bilər. Bu istiqamətdə fermerlərdən gələn təşəbbüslərin artması göstərir ki, model düzgün seçilib və layihənin tətbiqindən istər fermerlər, istərsə də dövlət qazanacaq.
Bütün bunlarla yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi aqrar sahənin inkişafı üçün yeni imkanlar açır. Bu torpaqlardan səmərəli istifadə olunması nəticəsində ölkənin əkin dövriyyəsi artacaq, azad olunmuş ərazilərdəki strateji əhəmiyyətli su anbarları yüz min hektarlarla sahənin suvarılmasını təmin edəcək. Bu torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

