Müharibədən sonrakı reallıqlar və media
24.01.2022 [18:03]
Jurnalistlər üçün üç günlük təlimə start verilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda üç günlük təlimə start verilib.
Medianın üzərinə böyük məsuliyyət düşür
Təlimlərin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. Postmünaqişə və postmüharibə dövründə bu mövzuda təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə böyük ehtiyac duyulur. Jurnalistlər peşəkarlıqlarını daim artırmalıdırlar. Media nümayəndələrinin peşəkarlığı ölkə daxilində qalmamalı, sərhədləri aşmalıdır”.
“Bu platformanı öz üzərimizə götürəcəyik və bu proses davam etdiriləcək. Bu platforma həm jurnalistlərin peşəkarlığının artırılmasına, həm də ümumi işimizə fayda verəcək. Təlimlərə xarici mütəxəssislər də cəlb olunacaq. Düşünürəm ki, təlimlərdən sonra yazıların keyfiyyəti daha da yaxşılaşacaq və daha səmərəli olacaq”, - deyə icraçı direktor bildirib.
Məqsəd jurnalistlərin peşəkarlığının artırılmasıdır
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə qeyd edib ki, əsas məqsəd milli media məkanında çalışan, beynəlxalq münasibətlər istiqamətində xəbərlər hazırlayan, münaqişə və postmünaqişə barədə materiallar hazırlayan jurnalistlərin peşəkarlığının artırılmasıdır: “Media nümayəndələri beynəlxalq qurumlarla, səfirliklərlə sıx işləməli, həqiqətlərin dünyaya çatdırılmasında daha fəal olmalıdırlar. Jurnalistlər məzmun yaratmalıdırlar. Məqsədimiz odur ki, Azərbaycanın səsi beynəlxalq aləmdə daha yaxşı eşidilsin. Bu mənada araşdırma xarakterli yazıların sayı artırılmalıdır”.
Daha sonra təlimdə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov və başqaları çıxış ediblər.
Təlimlər Azərbaycanın müharibədən sonrakı dövrdə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili, müharibədən sonra terminalogiyanın dəyişməsi, media nümayəndələrinin işğaldan azad olunmuş bölgələrdə davranışı və materialların hazırlanmasında nəzərə alınmalı həssas məqamlar və digər məsələləri əhatə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

