Sağlam gənclik sağlam gələcək deməkdir
28.01.2022 [23:01]
Müşfiqə
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı Azərbaycanın daha parlaq gələcəyinin əsas təminatıdır. Ölkəmizdə uşaq və gənclərin mənəvi tərbiyəsi vacib məsələ olduğuna görə, dövlətimiz bu istiqamətdə lazım olan bütün mühüm tədbirləri görüb və görməyə davam edir. Uşaqların inkişafı və təlim-tərbiyəsi baxımından milli zəmin üzərində yaradılmış incəsənət əsərləri, xalq və bəstəkar musiqisi böyük rol oynayır.
Öz növbəsində, gənclərimiz də dünyada ölkəmizi layiqincə təmsil edir, beynəlxalq tədbirlərdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.
Bütün bunların əsasında ölkəmizdə aparılan uğurlu gənclər siyasəti dayanır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətinin əsasında onlara göstərilən dövlət qayğısı əsas istiqamətdir.
Ölkəmizdə gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində də mühüm addımlar atılır. Gənclərin sağlamlıq festivalları, mədəni-kütləvi aksiyalar, fiziki aktivlik təlimləri və maarifləndirici tamaşalar bunun bariz nümunəsidir. Sosial müdafiəyə ehtiyacı olan gənclər də həmişə dövlətin qayğısını üzərlərində hiss edirlər.
Tarixi ədalətsizliyə son qoyan 44 günlük Vətən müharibəsindən sonra regiona böyük qayıdışın ön sıralarında quruculuq işlərində var gücləri ilə, əzmlə çalışan gənclərimiz nümunə göstərirlər
2 fevral - Azərbaycan Gəncləri Günüdür
Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında gənclərə münasibətini bu sözlərlə ifadə edib: “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.
Gənc nəslin tərbiyə olunmasında təhsil müəssisələrinin rolu
Gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolu danılmazdır. Ölkəmizdə gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq əsas hədəflərdən biridir. Respublikamızda intellektual hərəkatın inkişafı və gənclərin beynəlxalq intellektual hərəkata qoşulmasına şəraitin yaradılması üçün silsilə tədbirlər həyata keçirilir. Bu məqsədlə gənclər arasında müxtəlif intellektual oyun növləri təbliğ edilir, ənənəvi oyun növləri üzrə respublika və beynəlxalq səviyyəli çempionatlar, yarışlar, turnirlər təşkil edilir, respublikanın müxtəlif regionlarında intellektual klublar yaradılır.
Münaqişədən sonra gənclər və uşaqlar...
Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafı üçün hər cür şərait yaradılıb. Xüsusilə də, müharibədən əziyyət çəkmiş uşaq və gənclərə, habelə şəhid övladlarına kapoeyra idman növü vasitəsilə psixoloji və fiziki durumlarını inkişaf etdirməyə yönəlmiş proqramlar təşkil olunur.
Bu məqsədlə “Münaqişədən sonra gənclər və uşaqlara dəstək” adlı layihəyə start verilib. Bakı, Bərdə və Gəncə şəhərlərini əhatə edən layihə Azərbaycan Kapoeyra Federasiyasının (AKF) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə keçirilib. Əsas məqsəd müharibədən əziyyət çəkmiş uşaq və gənclərin, həmçinin şəhid övladlarının kapoeyra idman növü vasitəsi ilə psixoloji və fiziki durumlarını inkişaf etdirmək idi.
Gələcək üçün sağlam gənclik...
Sağlam gənclik həm də sağlam gələcək deməkdir. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.
“Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq” mövzularında ölkəmizdə maarifləndirici təlimlər keçirilir. İstər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır. Bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən, yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

