MEDİA Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasına cavab verib
04.02.2022 [15:57]
Yanvarın 26-da Avropa Şurasının Demokratik İştirak İdarəsinin (Directorate of Democratic Participation) tabeliyində olan Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasının rəsmi səhifəsində “Azərbaycanda yeni media məhdudiyyətləri qəbul edilir” başlığı altında məlumat yerləşdirilib.
Medianın İnkişaf Agentliyindən verilən məlumata görə, məlumatda “Media haqqında” Qanun layihəsinin məzmunu və mahiyyətinə dair bir sıra əsassız iddialar yer alır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bununla bağlı cavab hüququndan istifadə edərək, Avropa Şurasının Demokratik İştirak İdarəsinin direktoru cənab Matias Qrudenə məktub göndərib.
Məktubda qeyd olunub ki, qanun layihəsi Azərbaycanın beynəlxalq öhdəlikləri nəzərə alınmaqla hazırlanıb və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının hər kəsin öz fikrini ifadə etmək azadlığı hüququnu nəzərdə tutan 10-cu maddəsinin tələbləri əsas götürülüb, layihənin ideya və məqsədləri müvafiq maddənin məzmununa uyğun olaraq formalaşdırılıb.
Agentlik cənab Matias Qrudenin nəzərinə çatdırıb ki, Qanunda tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhəd müəyyən edilib.
Xüsusi olaraq vurğulanır ki, Qanun layihəsinin müddəaları sosial şəbəkələr, video paylaşım platformaları, internet televiziyaları, habelə blogger və bu kimi digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur. Layihə jurnalist anlayışını daha geniş mənada istifadə edərək, rəsmi olaraq hər hansı media subyektində işləyən şəxslərlə yanaşı, “freelancer” kimi fəaliyyət göstərən şəxsləri də jurnalist adlandırır, yalnız qəzet, jurnal, televiziya və radiolarda deyil, veb-saytlarda fəaliyyət göstərən jurnalistlərə də jurnalist statusu və bu statusdan istifadə hüququ tanınır.
Jurnalist vəsiqəsi məsələsinə aydınlıq gətirən Agentlik qeyd edib ki, beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərə vəsiqənin könüllülük əsasında verilməsi nəzərdə tutulub. “Vahid jurnalist vəsiqəsi” deyil, sadəcə “jurnalist vəsiqəsi” adlanan bu vəsiqə şəxsin həqiqətən jurnalist olduğunu deyil, ona dair məlumatların həqiqətən reyestrə daxil edildiyini təsdiq edən sənəddir və onu əldə etmək üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur”, deyə məktubda vurğulanır.
Həmçinin qeyd olunur ki, Qanun layihəsində reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə heç bir məhdudiyyət nəzərdə tutulmayıb: “Jurnalistlər adıçəkilən vəsiqəni əldə etmədən də peşəkar fəaliyyətlərini maneəsiz və yeni qanun layihəsi ilə müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və onların bu sahədə fəaliyyətinin inkişaf etdirilməsi məqsədi daşıyır”.
Məktubda, həmçinin media subyekti təsis etmək üçün dövlət orqanlarından icazə tələbinin olmadığı, jurnalistlərin üzərinə fakt və hadisələrin obyektiv şərhinə dair hər hansı bir öhdəlik qoyulmadığı, qeyri-rəsmi mənbədən əldə edilən məlumatın yayımlanmasına qadağanın nəzərdə tutulmadığı vurğulanır: “Əksinə informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyulub”.
Bununla yanaşı, gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə və ya onları yaymağa yol verilən halların dairəsi müəyyənləşdirilərkən də Avropa Konvensiyasının 10-cu maddəsinə istinad edilib: “Layihənin müvafiq norması hər hansı şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yəni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Yəni, hansısa görüntünün yayımlanması üçün yazılı icazənin alınması tələb olunmur”.
Məktubun sonunda qeyd olunur ki, qanun layihəsinə əsasən media sahəsində dövlət senzurası qadağandır: “Layihə dövlət senzurasını qadağan etməklə media sahəsindəki münasibətlərin müasir çağırışlara və tendensiyalara uyğun nizama salınmasına, bu sahədəki fəaliyyətin dairəsinin genişləndirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində meydana çıxan subyektlər də daxil olmaqla media subyektlərinin hüquqlarının qorunmasına yönəlmişdir və media azadlığını təmin edir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin cavab məktubu Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasında yerləşdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

