MEDİA-ya əlavə səlahiyyətlər verildi
08.02.2022 [19:26]
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanla “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır:
- Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.18-1-ci, 3.1.19-1-ci, 3.1.19-2-ci, 3.1.22-1–3.1.22-3-cü, 3.1.25-1–3.1.25-3-cü və 3.2.5-1-ci yarımbəndlər əlavə edilsin:
“3.1.18-1. Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları aşkar edildikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;”;
“3.1.19-1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmadıqda, redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılması ilə bağlı məsələləri həll etmək;
3.1.19-2. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq;”;
“3.1.22-1. Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;
3.1.22-2. Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq vermək;
3.1.22-3. Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;”;
“3.1.25-1. əhəmiyyətli tədbirlərlə bağlı siyahını hər il növbəti il üçün elan etmək, bu siyahını özünün rəsmi internet saytında yerləşdirmək və onun müntəzəm olaraq yenilənməsini təmin etmək;
3.1.25-2. media subyekti Media Reyestrindən çıxarıldıqda özünün rəsmi internet saytında bu barədə məlumat yerləşdirmək;
3.1.25-3. jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsini ləğv etmək və bu barədə özünün rəsmi internet saytında məlumat yerləşdirmək;”;
“3.2.5-1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü, 70.5-ci və 70.6-cı maddələrində nəzərdə tutulmuş hallarda jurnalist vəsiqəsinin təhvil verilməsini tələb etmək;”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

