“Böyük Qayıdış”a iri addımlarla!..
17.02.2022 [10:23]
Bir ölkənin güclü lideri varsa, o qalibdir, müzəffərdir!
Nicat DİLQƏMLİ
Dünya dövlətləri üçün nümunəyə çevrilən Azərbaycan hazırda bəlkə də ən xoşbəxt günlərini yaşayır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq ideyası, uğurlu ölkədaxili və ölkəxarici siyasətin yürüdülməsi, həmrəyliyimiz, qorxmazlıq və vətənpərvərliyimiz və təbii ki, xalqın inandığı, güvəndiyi Lider qələbəmizi şərtləndirən əsas amillərdir. 30 ildir həsrətilə yaşadığımız torpaqlarımızı həmrəylik nümayiş etdirərək yağı düşmənin tapdağından azad etdiyimiz kimi, indi də həmin torpaqlarda abadlıq-quruculuq işlərini elə həmin həvəs, böyük ümidlərlə görürük. Dövlətimiz, şəxsən Prezidentimiz tərəfindən bu işlərin yüksək səviyyədə aparılması üçün davamlı işlər görülür, layihələr, konsepsiyalar hazırlanır.
Hər birimizə məlumdur ki, işğalçı Ermənistan həmişə olduğu kimi 44 günlük müharibədə də öz çirkin niyyət və məqsədlərini açıq-aşkar ortaya qoydu, əvvəllər işğal altında olan torpaqlarımızı talan etdi, xarabalığa çevirdi. Yalnız xarabalığa çevrilmiş Ağdam şəhərini misal çəkmək kifayət edir ki, düşmənin “əl işi”ni bütün dünya qiymətləndirsin. Təbii ki, bütün maddi sərvətimizin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi, tarixi-dini abidələrimizin sökülməsinin məqsədləri var idi. Ağdam şəhərində olarkən dövlətimizin başçısı bu məqama da diqqət çəkdi: “Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin”.
İndi isə biz qayıtmışıq! Dədə-baba yurdlarımızı dirçəldirik, cənnətə çevirəcəyik!
Geridə qoyduğumuz ilin 28 mayında - Respublika Gününü dövlətimizin başçısı Ağdam şəhərində qeyd etməsi heç də təsadüfi deyil. Elə cənab Prezidentimizin təbirincə desək, bunun çox böyük rəmzi mənası var: “Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək”.
Bu mərasimdən heç bir il keçməyib, amma bu qısa vaxt ərzində Ağdam günü-gündən gözəlləşir, dirçəlir. Bir neçə gün bundan öncə, daha dəqiq desək, fevralın 13-də dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olublar, yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında, Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması, “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimlərində iştirak ediblər. Bununla yanaşı, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.
Azərbaycanın hər bir bölgəsinə olduğu kimi, Qarabağa da - Şuşaya və Ağdama avtobus turları təşkil edilib. İlkin mərhələdə əgər hər bir Azərbaycan vətəndaşı işğaldan azad edilmiş ərazilərə cəmi bir dəfə gedə bilirdisə, bu gün həmin məhdudiyyət aradan qaldırılıb, yəni vətəndaşlarımız istədiyi qədər işğaldan azad edilmiş ərazilərə səfər edə bilərlər. Beləliklə də vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək, işğaldan azad olunmuş ərazilərə gedib orada qədim yurd yerlərimizi, 30 ilə yaxın törədilən erməni barbarlığını, qəhrəman Azərbaycan əsgərinin qazandığı Şanlı Qələbədən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görə bilərlər. Ağdama səfərlər şəhər mərkəzi daxil olmaqla Ağdam rayonunun minalardan təmizlənmiş hissəsinə təşkil olunur. Səfərlər xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında keçirilir.
Bu gün Qarabağ həm də əcnəbilərin diqqətini çəkir. Fevralın 16-18-də 20 ölkədən 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Səfər Yer kürəsini müvafiq parametrlər əsasında 1301 regiona bölərək bu sahədə səyyahlar üçün beynəlxalq standartları müəyyən edən dünya miqyaslı “Nomadiania” klubunun təşkilatçılığı ilə baş tutub. ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Avstriya, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Macarıstan, Bosniya və Herseqovina, Serbiya, Slovakiya, Ukrayna, Türkiyə, Tailand, Küveyt, Əlcəzair, Avstraliyanı təmsil edən səyyahların səfəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayıb. Heyətə “NomadMania” klubunun yaradıcısı və rəhbəri, 1301 dünya regionundan 1252-sində olaraq dünya rekordçusu olan Harry Mitsidis rəhbərlik edib.
Dünya şöhrətli beynəlxalq səyahətçilərin 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərə bu səfəri həm də tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi böyük quruculuq potensialını, digər tərəfdən dünyanın biznes və turizm sahəsindəki elit təbəqənin Qarabağa, Şərqi Zəngəzura, o cümlədən Zəngəzur dəhlizinə getdikcə artan marağını ifadə edir.
Bununla da Qarabağa “Böyük Qayıdış” hər gün bir az da yaxın olur!
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34

