Zəmanənin bəlalı tələbi
15.06.2022 [11:06]
Övladlarımızı “virtual bomba”dan necə qoruyaq?
Günel ABBAS
Qloballaşan dünyanın əsas tələblərindən biri də internet vasitəsilə ünsiyyət qurulmasıdır. Son illər pandemiya və digər səbəblərdən onlayn kontaktlara daha çox üstünlük verilir. Bu səbəbdən təkcə özümüzü deyil, uşaqlarımızı da internetə etibar etmişik. Sərt karantin və qapanmalar müddətində onlayn yolla onların təhsili də təmin edilirdi. Ancaq faydaları qədər zərərlərinin də ola biləcəyini nəzərə alıb övladlarımızın təhlükəsizliyini prioritet məsələyə çevirməliyik. Çünki internetdə dolaşdıqları zaman qarşılarına bizim arzulamadığımız, istəmədiyimiz məlumatlar, foto-videolar da çıxa bilər. Dövlətimiz uşaqların mənəvi inkişafına bütün sahələrdə olduğu kimi bu istiqamətdə də dəstək verir. Mütəmadi olaraq valideynlərin övladlarının inernetdən istifadəsi üzərində nəzarəti gücləndirib, onları internetin zərərlərindən qoruması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirir. Bu tövsiyələrə və qaydalara əməl etmək isə valideynlərin üzərinə düşür. Prosesdə əsas öhdəliyi daşıyan valideynlər övladlarını bu cür təhlükələrdən necə qorumalıdır?
İT mütəxəssisi Pərvin Əsədovun sözlərinə görə, internet insanlar üçün o qədər əlçatan olub ki, burada həm istədiyimiz, həm də istəmədiyimiz məlumatlar qarşımıza çıxır: “Xüsusilə də valideynlər bu məsələlərdə diqqətli olmalıdır. Onlar övladlarının internetdən istifadəsinə nəzarət etsələr, yaxşı olar. Təkcə saytlar yox, oyunlar da övladlarımızın psixologiyasına mənfi təsir göstərə bilər. Hətta bu yaxınlarda gəncləri intihara sövq edən bir oyun var idi. Həmin oyun kütləvi intihar cəhdlərinə səbəb olmuşdu. Məsləhət görərdim ki, 18 yaşdan kiçik övladı olan valideynlər provayderlər vasitəsilə internetə qoşulan filtr proqramlardan istifadə etsinlər. Bu proqramlar müəyyən edilmiş saytların girişinə qadağa qoymaq üçün olduqca əhəmiyyətlidir”.
P.Əsədov deyib ki, videolar cizgini aşmadığı, amma yenə də cinsi məzmun əhatə etdiyi zaman onlara yaş məhdudiyyəti qoyula bilir: “Çılpaqlıq və ya dramatikləşdirilmiş cinsi münasibət məzmunlu videolar sənədli, elmi məzmunda olsa belə, ona yaş məhdudiyyəti qoyulmalıdır. Üzərində çox az və ya bədəni nümayiş etdirən geyim olan fərdlərin olduğu videolar da təhrikedici xarakterlidirsə, ona yaş məhdudiyyəti gətirilməlidir”.
Proses necə tətbiq olunmalıdır?
İT mütəxəssis qeyd edib ki, əgər baxdığınız hansısa video bu cür xoşagəlməz əlamətləri özündə əks etdirirsə və yaş məhdudiyyəti yoxdursa, bu halda saytın “videonu işarələ” bölməsindən işarələyib, bu barədə sayt rəhbərliyinə xəbərdarlıq edə bilərsiniz. Yaş məhdudiyyəti olan videoları ümumən görmək istəmirsinizsə, saytın “məhdud mod” (türkcə buna “kısıtlı Mod” deyilir) xüsusiyyətini aktivləşdirməyə cəhd edə bilərsiniz. Ancaq qeyd edim ki, “YouTube” saytının rəhbərliyi, eyni zamanda, elan edir ki, insanların sərbəst danışma azadlığını təşviq edir və populyar olmayan baxış bucaqlarını ifadə etmə haqqını müdafiəyə çalışsa da, nifrət dolu nitqə əsla icazə vermirlər. Yəni öz iradlarımızı sadaladığım yollarla bildirsək, daha məqsədəuyğun olacaqdır. Əks halda haqlı olduğumuz halda haqsız vəziyyətə düşəcəyik”.
Uşaqlara sərbəstlik verilməlidir
Psixoloq Gülnar Orucova qeyd edib ki, uşaqlara internetdən istifadədə lazımi qədər sərbəstlik vermək lazımdır: “Uşağın dostları ilə, ailəsi və bizimlə qarşılıqlı təhlükəsiz və müsbət onlayn əlaqəsi üçün imkanlar yaratmalıyıq. Digər insanlarla ünsiyyət indi həmişəkindən daha vacibdir və bu bizim “qarşılıqlı virtual əlaqələrimizdə” xeyirxahlığı və empatiyanı modelləşdirmək üçün əla bir fürsət ola bilər. Bununla yanaşı övladlarımızın yaşına uyğun proqram tətbiqlərini, oyunları və digər internet əyləncə vasitələrini müəyyən etmək üçün onlarla vaxt keçirməliyik”.
G.Orucovanın sözlərinə görə, uşaqlara əylənmək və özlərini ifadə etmək imkanı vermək də vacibdir: “Uşaqlarımızın vaxtlarını evdə qalaraq keçirməyi, onlara internetdə öz fikirlərini paylaşmaq və xüsusilə pandemiya zamanı ehtiyacı olanları dəstəkləmək məqsədilə səslərini ucaltmaq üçün gözəl fürsət oldu. Övladımızı, uşaqlar üçün internetdə idman təmrinlərinə dair videolar və fiziki hərəkət tələb edən videooyunlar kimi rəqəmsal vasitələrdən faydalanmağa həvəsləndirməliyik. Evdən kənar vaxt daxil olmaqla, onlayn istirahətimizi internetdən kənar fəaliyyətlə tarazlaşdırmağı da unutmasaq yaxşı olar”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

