Azərbaycanlılardan növbəti örnək addım...
07.07.2022 [10:42]
Ukraynada beynəlxalq humanitar fond yaradılıb
G.QABİLQIZI
Müharibənin ilk günlərindən azərbaycanlılıar Ukraynada yaranan humanitar fəlakət ilə əlaqədar yardımlarda fəal iştirak edirlər. Bir neçə gün əvvəl Ukraynada yaşayan azərbaycanlılar ölkədə gedən müharibə ilə əlaqədar olaraq beynəlxalq humanitar fond yaradıblar. “Atəş” Beynəlxalq Humanitar Fondunun təsisçiləri Ukraynanın Vinnitsa vilayəti üzrə Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərov və Vinnitsanın əslən azərbaycanlı deputatı Teymur Abuşovdur. Fond istər bu ölkədə yaşayan azərbaycanlıların, istərsə də müharibə səbəbindən müvəqqəti ölkədən çıxaraq dünyada yaşayanların Rusiyanın Ukraynada apardığı müharibədən zərər çəkənlərə yardımları sistemləşdirmək, qanuni çərçivəyə salmaq niyyətindədir. Eləcə də Ukrayna ordusunun Vinnitsada müalicə olunan yaralı əsgərlərinə də yardım edir.
Azərbaycanlı təsisçilər fond vasitəsilə həmyerlilərinin səylərini birləşdirərək bunun daha geniş miqyaslı, eyni zamanda daha şəffaf təşkilinə nail olacaqlarını bildirirlər. Fond Ukraynada müharibə üzündən valideynlərini itirmiş uşaqlara, evlərindən didərgin düşmüş ailələrə, yaralı əsgərlərə müxtəlif yardımlardan tutmuş orduya humanitar dəstəyə qədər geniş missiyanı həyata keçirməyi nəzərdə tutur.
Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında diaspor təşkilatlarının və həmvətənlərimizin Ukraynadakı müharibə zamanı fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, azərbaycanlıların vətənpərvərliyi, Ukrayna sevgisi burada doğulan insanların vətənpərvərliyindən zərrə qədər də az deyil: “Biz başqa millətdən olsaq da, bu xalqın bir parçasıyıq. Bizlər bu şəhərləri, bu bağları, bu insanları müdafiə etməyə hazırıq, çünki biz Ukraynanın bir hissəsiyik. Bu gün biz bu sevgimizi həm ön cəbhədə - döyüş meydanlarında, həm də arxa cəbhədə - informasiya mübarizəsində və humanitar yardımlarımızla sübut edirik”.
C.Məmmədov qeyd edib ki, artıq 4 aydan çoxdur, davam edən Rusiya-Ukrayna müharibəsi Ukraynada yaşayan digər millətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlıları da narahat edir: “Müharibəyə qədər Ukraynada yaşayan azərbaycanlıların sayı beş yüz min nəfərdən çox idi. Bu qədər insanın taleyi, onların təxliyəsi, təhlükəsiz ərazilərdə yerləşdirilməsi, qidalanma və digər problemlərin həlli vacib idi. Azərbaycan dövləti müharibənin ilk günündən hərəkətə keçərək, Ukraynadakı soydaşlarımıza kömək əlini uzatdı. Bu işdə üzərinə böyük məsuliyyət düşən Azərbaycan diasporu müharibənin odlu-alovlu günlərində həmvətənlərimizin yardımına yetişdi. Ukraynanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspor təşkilatları səfərbər olunaraq, azərbaycanlıların döyüş bölgələrindən çıxarılmasında əsl fədakarlıq nümayiş etdirdi”.
Baş katib bildirib ki, bu günə qədər minlərlə soydaşımızın təxliyəsi həyata keçirilib. Hər gün yüzlərlə insan vətənə təxliyə edilir, yerdə qalanları qida və müvəqqəti yaşayış yeri ilə təmin edilirdi: “Bu işlərin hamısı Ukraynanın müxtəlif bölgələrində yerləşən diaspor təşkilatları ilə birgə həyata keçirilib. İlk günlər ərzində bizə 500-ə yaxın zəng olurdu. Bunların hamısını səbirlə cavablayırdıq. Qarşımıza çıxan ən böyük problemlərdən biri vətəndaşların sənədlərinin qaydasında olmaması idi. Ya sənəd yoxdur, ya zamanı bitib, ya da itirib. Ancaq çalışırdıq ki, problemləri tez həll edək. Hər gün təqribən 150-200 nəfəri dəmiryol vağzalına yönləndirirdik. Martın 4-dən etibarən qatarlar pulsuz işlədiyinə görə Kiyevdə əsasən soydaşlarımızı dəmiryol vağzalına yönləndiririk. Oradan da qərb bölgələrinə gedirdilər”.
O, Azərbaycan tərəfindən Ukraynaya edilən yardımların diqqətdə saxlanılmalı olduğunu da vurğulayıb: “İlk dəfə olaraq Azərbaycan Prezidenti tərəfindən 5 milyonluq humanitar yardım və tibbi yardım maşınlarının pulsuz yanacaqla təmin edilməsi Ukraynaya edilmiş real yardım idi. Bununla yanaşı Ukrayna Azərbaycanlıları Radasının regionlarda olan nümayəndələri müharibə başlayan ilk gündən bu günə qədər Ukrayna xalqının yanındadır və bütün proseslərdə yaxından iştirak edir. Eləcə də Komitənin Ukraynaya tibbi və humanitar yardımlarına da diqqət yetirmək lazımdır. Bundan başqa döyüş şəraiti zamanı vəfat edən soydaşlarımızın nəşinin ailələrinə çatdırılması çətin olsa da, həyata keçirildi”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

