Diaspor quruculuğu - bizi birləşdirən dəyərlər
02.09.2022 [10:41]
N.PAŞA
Diaspor quruculuğu və lobbiçilik fəaliyyəti tarixin bütün dövrlərində aktual, prioritet məsələlər siyahısında ən ilk yerdə qərarlaşıb. Məlum olduğu kimi, hazırda dünyada, demək olar ki, hər gün bu və ya digər dəyişikliyə, yeniliyə şahidlik edirik. Belə olan təqdirdə isə diaspor və lobbiçilik fəaliyyəti aktuallığını daha da artıraraq qarşıya qoyulan əsas hədəflər sırasına daxil olur.
Azərbaycanda diaspor quruculuğu və dünya azərbaycanlılarının təşkilatlanması Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycan müstəqillik qazandıqdan sonra bu istiqamətdə önəmli addımlar atılıb, mühüm nailiyyətlər əldə edilib. Diaspor quruculuğu və dünya azərbaycanlılarının təşkilatlanması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xaricdə yaşayan həmvətənlərimizin diqqət mərkəzində olması, onların bir araya gəlməsi dövlətin əsas prioritetlərindən birinə çevrildi. Çünki həyatının müəyyən bir qismini işi ilə əlaqədar doğma Azərbaycandan kənarda yaşamağa məcbur olan Heydər Əliyev həmin insanların keçirdikləri hissləri də, onların düşüncələrini də hər bir kəsdən daha gözəl anlayırdı. Ulu öndər Heydər Əliyev Azərbaycan diaspor cəmiyyətlərinə aid olan bütün məsələlərə hər zaman olduqca böyük həssaslıqla yanaşıb.
Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir.Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”.
I Qurultay - 406 nümayəndə və 63 qonaq...
2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi və 2002-ci ildə Prezidentin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi. Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak edirdi. Onların arasında ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətlərin təmsilçiləri var idi. 2002-ci il 5 iyul tarixli Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi.
Uğurla davam etdirilən siyasət - qazanılan uğurlar...
Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin milli inkişaf strategiyasını bu istiqamətdə də uğurla davam və inkişaf etdirməkdədir. Qloballaşan, müasir dünyamızın reallıqlarına, yeni geosiyasi vəziyyətlərə uyğun olaraq diaspor quruculuğu istiqamətində olduqca mühüm, əhəmiyyətli addımlar atılır. Bu istiqamətdə atılan önəmli addımlardan söz açarkən dövlət başçımızın 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Fond ötən illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsinə və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib.
2020-ci ildə Nazirlər Kabineti tərəfindən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” təsdiq olunub. Komitə ilə rahat əlaqə üçün müasir informasiya texnologiyalarının tətbiqinə başlanıb, qurum “Elektron hökumət” portalına inteqrasiya olunub.
Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan evlərinin açılması sahəsində də çox ciddi nailiyyətlər var. Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə yaradılmış 18 Azərbaycan Evi fəaliyyətdədir. COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən hadisələrə görə soydaşlarımızın təxliyəsi zamanı Azərbaycan evlərinin nə qədər böyük əhəmiyyət daşıdığını hər birimiz gördük. Həmvətənlərimiz həmin çətin vəziyyətlərdə məhz Azərbaycan evlərinə üz tutdular. Onlara lazımi kömək göstərildi.
Bu, görülən işlərin yalnız bir hissəsidir. Mütəmadi olaraq bu istiqamətdə mühüm addımlar atılır, çoxşaxəli fəaliyyət planı əsasında işlər görülür. Bu isə bir daha təsdiq edir ki, Azərbaycanda diaspor quruculuğu yüksək səviyyədə inkişaf etdirilir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

