Azərbaycan diaspor təşkilatları...
29.09.2022 [10:26]
Xarici ölkələrdə Anım Gününə həsr olunmuş tədbirlər təşkil edib
Nardar BAYRAMLI
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə yaşayan soydaşlarımız böyük fəallıq göstərirlər. Bu baxımdan, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan diaspor təşkilatlarının keçirdiyi tədbirlər də xüsusi vurğulanmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Niderlandın Rotterdam şəhərində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Qarabağ” idman klubunun ofisində baş tutan tədbirdə Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Ardınca Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və başqaları Ermənistanın ölkəmizə qarşı başlatdığı hərbi təcavüzə iki il öncə Silahlı Qüvvələrimizin 44 gün ərzində sarsıdıcı cavab verməsindən, bu parlaq qələbədən böyük qürur hissi keçirdiklərindən söz açıblar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli hərbçilərimizin Azərbaycan bayrağını yenidən işğaldan azad edilmiş torpaqlarımızda ucaltması tarixi ədalətin bərpası kimi qiymətləndirilib. Şəhidlərimizin heç bir zaman unudulmayacağı bir daha vurğulanıb.
İsveçin Höteborq şəhərində yaşayan Azərbaycan icması da 27 Sentyabr - Anım Gününə həsr olunmuş mərasim təşkil edib. “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin və Höteborq Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan mərasimdə Ermənistanın təcavüzkar siyasətindən bəhs olunub. Tədbirdə çıxış edən mərkəzin sədri Ülviyyə Nəcəfova və başqaları bildiriblər ki, iki il öncə Ermənistanın ölkəmizə qarşı başlatdığı hərbi təcavüzə Silahlı Qüvvələrimizin 44 günlük sarsıdıcı cavabı Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə həkk olunub: “Xalqımız heç zaman Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mübariz övladlarımızın nümayiş etdirdiyi qəhrəmanlığı unutmayacaq! Azərbaycan Bayrağının işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalandırılması xalqımıza bəxş edilmiş misilsiz səadətdir”.
Sonra şəhidlərimizə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Tədbir çərçivəsində təşkil edilən guşədə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş fotomateriallar nümayiş etdirilib, güllər düzülüb və şamlar yandırılıb.
Macarıstanda fəaliyyət göstərən Budapeşt Azərbaycan Evində keçirilən mərasimdə isə “Azərbaycan Evi”nin rəhbəri İbrahim Səfərli çıxış edərək xatırladıb ki, iki il öncə - sentyabrın 27-də Ermənistanın xaincəsinə Azərbaycana hücumu nəticəsində 44 günlük Vətən müharibəsi başlayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 44 gün ərzində düşmənə sarsıdıcı zərbə vuraraq, Azərbaycanın əzəli torpaqlarının 30 ilə yaxın çəkən erməni işğalına son qoyub. Ölkəmizə parlaq qələbə qazandıran, Azərbaycanın üçrəngli bayrağının yenidən Qarabağda ucaldılmasına səbəb olan şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının heç bir zaman unudulmayacağı vurğulanıb.
Sonra Macarıstanda yaşayan və təhsil alan soydaşlarımız Kamil Şükürov (piano), Ramil Şükürov, Kamal Aslan və Nazim Musabəylinin ifasında şəhidlərimizə həsr olunmuş şeir və mahnılar səsləndirilib.
Tədbir çərçivəsində anım guşəsi təşkil edilib.
Helsinkidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə də 27 Sentyabr - Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidləri yad edilib. “Azərbaycan Evi”ndə şəhidlərimizin xatirəsinə anım guşəsi təşkil olunub. Guşədəki monitorda 44 günlük müharibədə həlak olan şəhidlərimizin sayı göstərilib. Torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, üçrəngli bayrağımızın işğaldan azad edilmiş Qarabağda yenidən ucaldılması naminə canlarından və qanlarından keçmiş Vətən övladları “Ruhunuz şad olsun!” duası ilə anılıb.
Monitorda Vətən müharibəsinin başlanmasının birinci ildönümü ilə əlaqədar Prezident, Ali Baş Komandan İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Bakıda təşkil olunmuş “Anım yürüşü”ndən fotolar, Qarabağın azadlıq rəmzi olan “Xarıbülbül” çiçəyinin təsviri nümayiş etdirilib. Anım güşəsinə güllər düzülüb, şamlar yandırılıb.
Qırğızıstanın paytaxtı Bişkekdə “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlıları Birliyi” İctimai Birliyinin təşkilatçılığı ??? keçirilən tədbirdə də birliyin sədri Xansıvar Baxşəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixi Anım Günü elan edilib və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız şəhidlərimizin xatirəsini böyük ehtiramla anırlar. İki il öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğalına son qoyduğu və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi nəzərə çatdırılıb. Bu parlaq qələbənin əldə olunmasında böyük payı olan şəhidlərimizin xalqımızın və dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacağı bildirilib.
Mərasim çərçivəsində Vətən müharibəsinə həsr edilmiş fotosərgi nümayiş etdirilib.
Şimali İrlandiyanın Belfast şəhərində yaşayan Azərbaycan icması isə 27 Sentyabr - Anım Günü ilə əlaqədar məlumatlandırma aksiyası keçirib. Parlament binasının önündə baş tutan aksiya Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının Şimali İrlandiya üzrə əlaqələndiricisi Pərvanə Ağazadənin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Aksiya zamanı 44 günlük Vətən müharibəsinin tarixi, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə və digər şəhərlərimizdəki yaşayış məntəqələrini raketlərlə bombardman etməsi, eləcə də Ermənistanın törətdiyi təxribatlar barədə məlumatı əks etdirən bukletlər yerli sakinlərə paylanılıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

