İlmələrdən ilmələrə...
18.10.2022 [11:25]
“Uçan xalçalar” dünyanı gəzir
MÜBARİZ
Hazırda respublikamızda xarici bazarlara daha çox həcmdə və daha çox çeşiddə Azərbaycan brendi olan məhsul çıxarılması geniş şəkildə təşviq olunur. İndiki mərhələdə ölkənin ixrac imkanlarını artırmaq üçün qeyri-neft sektorunda böyük perspektivə malik bir sıra sahələrdə ənənələrin dirçəldilməsi yolu ilə inkişafa nail olunması da yeni hədəflər sırasında yer alır. Belə sahələrdən biri də xalçaçılıqdır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən istiqamətlərdən biri də xalçaçılığın təbliği və ixrac potensialının artırılması ilə bağlıdır.
Odlar yurdunda zəngin xalçaçılıq ənənələri
Bu gün respublikamızda xalçaçılıq sənaye üsulu ilə inkişaf etdirilir. Ancaq bizim üçün xalçaçılıq elə bir sahədir ki, ona yalnız sənayenin bir qolu, biznes subyekti kimi yanaşa bilmərik. Azərbaycan xalqı üçün xalçaçılıq, həm də tarixdən gələn ənənələrimizi yaşadan, nəsildən-nəslə ötürən sənət növüdür, yaradıcılıqdır, mənəvi məsələdir. Rəngbərəng ilmələrdən toxunan xalçalar təkrarsız sənət nümunələri olmaqla əsrlər boyu dünya miqyasında keçmişimizi, bu günümüzü, mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil edib. Dünyanın ən məşhur muzeylərində Azərbaycan xalçaları qiymətli eksponatlar kimi qorunub saxlanılır və böyük tamaşaçı marağına səbəb olur.
Xalq tətbiqi sənətinin çox geniş yayılmış qollarından biri olan xalçaçılığın Azərbaycanda şərti olaraq 7 məktəbi fərqləndirilir. Bunlar Quba, Abşeron, Şirvan, Gəncə, Qazax-Borçalı, Qarabağ, Təbriz xalçaçılıq məktəbləridir. Hər xalçaçılıq məktəbində toxunan xalçaları ümumi cəhətlər birləşdirsə də, onlar naxış, kompozisiya, rəng həlli və bir sıra texniki xüsusiyyətlərinə görə bir-birindən seçilirlər.
Tarixi qaynaqlarda bildirilir ki, III-VII əsrlərdə Azərbaycanda xalça sənəti daha sürətlə inkişaf edib, burada ipəkdən, qızıl və gümüş saplardan nəfis xalçalar toxunub. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI- XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi.
Yaxşı haldır ki, respublikamızda xalqımızın milli kimliyini təsdiqləyən sənət növlərindən olan xalçaçılıq ənənələrinin davam etdirilməsinə böyük diqqət göstərilir. Prezident İlham Əliyev Bakıda Xalça Muzeyinin açılışındakı çıxışında bu böyük sənət növünün qorunmasının zəruriliyinə diqqət çəkərək bildirib: “Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilmişdir. Bu, bizim böyük sərvətimizdir və əlbəttə, çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik”.
Xalçaların təbliğində 50 yaşlı muzeyin müstəsna rolu
Azərbaycan xalqının milli mədəniyyətinin əvəzsiz incisi sayılan xalça və xalq tətbiqi sənəti nümunələrinin qorunmasında və təbliğində 1972-ci ildə ilk ekspozisiyası açılan və 2022-ci ildə 50 yaşı tamam olan Milli Xalça Muzeyinin əvəzsiz rolu var. Qürurverici haldır ki, dünyada ilk xalça muzeyi məhz Azərbaycanda yaradılıb. Muzey təşəkkül dövründə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Xalça Muzeyi kimi adlandırılıb. 2019- cu ildən isə “Milli” statusu alaraq ziyarətçilərə Azərbaycan Milli Xalça Muzeyi kimi təqdim edilir.
Hazırda dünyanın ilk ixtisaslaşdırılmış xalça muzeyi, həmçinin müstəqil Azərbaycanımızın ilk ixtisaslaşdırılmış muzey binasına sahib olan sənət məbədidir. Müstəqillik dövründə Xalça Muzeyi Muzey Mərkəzində fəaliyyət göstərib. Orada ekspozisiyaların lazımi səviyyədə nümayiş etdirilməsi üçün şərait məhdud idi, ilk növbədə darısqallıq Azərbaycan xalçalarının mövzu və naxış zənginliyinin tamaşaçılar qarşısında bütün miqyası ilə canlandırılmasına imkan vermirdi. Prezident İlham Əliyev 2006-cı ildə Muzey Mərkəzində olarkən Xalça Muzeyi üçün yeni binanın inşası ilə bağlı təşəbbüs irəli sürdü və 2007-ci ildə müvafiq Sərəncam imzaladı. UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə 2008-ci ildə təməli qoyulan bu gözəl, möhtəşəm binanın tikintisi qısa müddətdə tamamlandı və Xalça Muzeyi 2014-cü ildə artıq yeni ünvanda öz qapılarını xalçasevərlərin üzünə açdı. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb.
Ölkəmizdə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də xalçaçılıq muzeyləri fəaliyyət göstərir. Eyni zamanda, xalçaçılıq ənənələrinin nəsildən-nəslə ötürülməsini təmin etmək məqsədilə başqa tədbirlər də görülür. Prezident İlham Əliyev Xalça Muzeyinin açılışındakı çıxışında regionlarda Heydər Əliyev mərkəzlərinin nəzdində yaradılan xalçaçılıq dərnəklərinin əhəmiyyətini xüsusi vurğulayıb: “Eyni zamanda son illər ərzində, demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq ustaları, əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər”.
Muzeyin əsas məqsədi milli irsimizin mühüm qolu olan Azərbaycan xalçasının ənənəvi bədii keyfiyyətlərini qoruyub saxlamaq, tədqiq etmək və gələcək nəsillərə çatdırmaqdır. Burada, həmçinin xalça ilə bilavasitə əlaqəli olan dekorativ tətbiqi sənətin digər növlərinin inkişafı mühüm vəzifə kimi qarşıya qoyulub. Muzey fəaliyyəti boyu Azərbaycan xalçası brendinin əvvəlki adını və şöhrətini özünə qaytarmaq, onu yad təsirlərdən qorumaq və dünya muzeylərini, qalereya və kolleksiyalarını bəzəyən Azərbaycan xalçalarının “Qafqaz”, “İran” və s. adlarla deyil, mənsub olduğu ölkənin adı ilə tanınmasına nail olmağa çalışır. Bu istiqamətdə ötən 50 ildə aparılan araşdırmaların hədəfi milli kimliyimizin canlı nümunəsi olan, xalqımızın ürəyinin hənirtisi ilə ilmələrə köçən incə naxışlardan ibarət kompozisiya və çeşnilərimizin özəlliklərini tanıtmaqdır.
Heydər Əliyev Fondunun töhfələri
Muzeyin təşəkkülündə Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu var. Ulu Öndərin ekspozisiyanın açılışında şəxsən iştirak etməsi və Onun muzeyə məhdudiyyətsiz maliyyə dəstəyinin verilməsi haqqında tarixi əmri Azərbaycan Milli Xalça Muzeyinin bugün zəngin kolleksiya ilə dünyada tanınmasının təməlini qoyub.
Bugün isə ölkəmizdə xalçaçılığın inkişaf etdirilməsi və dünyada təbliği estafetini Ulu Öndərin adını daşıyan və Birinci vitse-prezident, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond davam etdirir. Fondun Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Avropanın ayrı-ayrı şəhərlərində keçirdiyi silsilə tədbirlərdə müxtəlif xalçaçılıq məktəblərinə aid xalçalarımız da geniş şəkildə nümayiş olunur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Böyük Britaniyada, Fransada və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri böyük şöhrət qazanıb. Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü iş sayəsində 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb.
Xalçalarımız xarici bazarlarda
Xalçalarımız Azərbaycan xalqının məişətinə, həyat tərzinə o qədər yaxından daxil olub ki, müxtəlif zamanlarda onlarla bağlı miflər, əsatirlər də formalaşıb. Nağıllarımızda qədim dövrlərdə insanların uzaq səyahətlərə məhz xalçaların üzərində çıxmalarından söhbət açılır. Sonradan əcdadlarımızın mifik təsəvvürləri reallığa çevrildi, uçaqlar, minik vasitələri icad olundu.
Bugün isə xalçalarımız dünyanı gəzir, həm özlərini, həm də Azərbaycanı tanıdırlar. Azərbaycan xalçalarının ölkə hüdudlarından kənarda sərgilərinin keçirilməsi və milli brendimizlə satışının təşkil edilməsi onların tanıdılmasının ən effektiv yoludur. Hazırda “Azərxalça” ASC-nin Çin, Cənubi Koreya, Moskva və BƏƏ-də “EXPO 2020 Azərbaycan” pavilyonunda xalçalarımızın satış nöqtələri fəaliyyət göstərir. Bu şəbəkə ildən-ilə genişləndirilir. Azərbaycan ilə ərəb ölkələri arasında uzunmüddətli, zəngin və qarşılıqlı əməkdaşlığın 30 illik tarixini qeyd etmək məqsədilə bu il fevralın 18-də xüsusi olaraq “Dubay EKSPO 2020” sərgisi üçün hazırlanmış “Dostluq” adlı xalça Azərbaycan pavilyonunda təqdim edilib və böyük izləyici marağına səbəb olub. Bu yaxınlarda isə xalçalarımızın Bruney, Səudiyyə Ərəbistanı, Avstraliya kimi ölkələrə satışı baş tutub. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (Duty free) “Azərxalça” ASC-nın rəsmi satış nöqtəsi fəaliyyətə başlayıb. Burada turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı, böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.
“Azərxalça” ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq etməyə başlayıb. Belə ki, toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdirilir. Xalçaların üzərinə yerləşdirilən QR kodlara telefonun kamerasını yaxınlaşdırmaqla xalça haqqında məlumatları öyrənmək mümkündür. Burada xalçanın adı, növü, istifadə edilən materiallar, ölçüsü, inventar, tarixi, toxunma yeri, fotoları qeyd olunub. “Azərxalça”nın xalçaları haqqında reyestrdəki məlumatlar məhdudiyyətsizdir. Eyni zamanda bütün xalçaların özünün sertifikatı və sənədi olur. QR kod isə bu məlumatların istənilən yerdə əlçatan olması üçün daha əlverişli sistemdir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

