Tarixin izi ilə...
28.10.2022 [10:45]
Alban abidələrinə yamaq olunan saxta erməni izləri yox edilir
Mübariz FEYİZLİ
Hazırda dünya miqyasında multikulturalizmlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Fərqli dinlər və mədəniyyətlər arasında dözümsüzlük təzahürləri artır, insanlara dil, din, etnik mənşə müxtəlifliyinə görə basqılar edilir. Belə bir şəraitdə özünün tarixdən gələn ənənələrinə, çoxmillətli və çoxkonfessiyalı mühitinə böyük önəm verən Azərbaycan beynəlxalq ictimaiyyətə nümunə göstərir. Ölkəmizin multikulturalizmlə bağlı çağırışları ondan ibarətdir ki, dünya milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların ümumi evidir. Biz hamımız bu evi birlikdə qorumalıyıq. Dünya hazırkı yüksək inkişaf səviyyəsinə Yer üzündəki bütün xalqların töhfələri sayəsində çatıb. Gələcəyə doğru da bir-birimizə dayaq durmaqla, fərqli mədəni-dini irslərə hörmət göstərməklə, heç bir halda ayrı-seçkiçiliyə yol verməməklə irəliləməliyik. Dünyanın zənginliyi və cəlbediciliyi ilk növbədə müxtəlif mədəniyyətlərin harmoniyasındadır. Azərbaycan multikulturalizmlə bağlı çağırışlarını ölkəmizdəki müxtəlif xalqlara məxsus dəyərlərə, o cümlədən də tarixi mədəni-dini abidələrə qayğıkeş münasibəti ilə tamamlayır.
Xristian abidələrinin qorunması
Əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad edən Azərbaycanda bütün başqa dinlərə olduğu kimi, xristian dininə də böyük hörmətlə yanaşılır və bu dinə aid abidələr dövlət səviyyəsində qorunur. Respublikamızın ərazisində ilk xristian abidəsinin Şəki rayonunun Kiş kəndində yaradıldığına dair məlumatlar var. Bu, “Şərq kilsələrinin anası” kimi məşhurlaşan abidədir. Xristianlıq Azərbaycanda eramızın I-II əsrlərində yayılmağa başlayıb. Kiş kəndindəki abidənin də həmin dövrə aid olduğu ehtimal edilir. Sonrakı dövrlərdə Qafqaz Albaniyasının digər yerlərinə də xristian icmaları yayılıb və beləliklə, Alban kilsəsi formalaşıb.
Eyni zamanda, respublikamızda xristianlığın digər qolları da yayılaraq inkişaf edib. Müasir Azərbaycanın multikultural mənzərəsi kifayət qədər rəngarəngdir. Burada müxtəlif etnik-dini mənşəyə malik insanlar birlikdə yaşayaraq əmin-amanlıq içində həyatlarını qururlar. Respublikamızın inkişafında və problemlərin aradan qaldırlmasında burada yaşayan bütün xalqların nümayəndələri fəal şəkildə iştirak edirlər və biz bundan qürur duyuruq. 44 günlük Vətən müharibəsi respublikamızda yaşayan xalqların yumruq kimi birləşdiyini bütün dünyaya nümayiş etdirdi - onların hər biri böyük Qələbəmizin əldə olunmasına özlərinin töhfələrini verdilər.
O cümlədən, ölkəmizdəki xristian icması Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir və bu icmaya məxsus tarixi mədəni-dini abidələr dövlət tərəfindən qorunur. Bakıdakı Rus Pravoslav Baş Kafedral kilsəsinin (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), “Xilaskar” Yevangelik-lüteran kilsəsinin, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsinin dövlət tərəfindən təmir edilməsi buna misaldır. Eləcə də Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. Fond tərəfindən Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində aparılan əsaslı təmir işləri tamamlanıb. Otuz illik işğal dövründə Ermənistandakı və zəbt olunmuş ərazilərimizdəki abidələrimiz vəhşicəsinə dağıdılıb və təhqirlərə məruz qalıb. Buna baxmayaraq, Bakının mərkəzi hissəsində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunur. Burada erməni dilində 5 min qədim kitablar da mühafizə edilərək saxlanılır.
Azərbaycan, həmçinin, ölkə hüdudlarından kənarda da xristian abidələrinin qorunub gələcək nəsillərə çatdırılmasına layiqli töhfələr verir. İndiyədək Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Romada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası yüksək səviyyədə həyata keçirilib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Rusiyanın Həştərxan vilayətindəki Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılıb. Belə misalların sayı kifayət qədər çoxdur.
“Xristian irsimizi tanıyaq” layihəsi
Hazırda ölkəmizin ərazisində Mədəniyyət Nazirliyi tərəfindən başla????? “Xristian irsimizi tanıyaq” adlı layihənin icrası davam edir. Nazirlikdən verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur. İlk videoçarx Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban məbədinə həsr olunub.
Layihə, həmçinin, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdəki xristian abidələrini də əhatə edir. İndiyədək işğaldan azad olunan ərazilərdə 403 tarix-mədəniyyət və 864 mədəniyyət müəssisəsinə baxış keçirilib. Monitorinqlərlə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir. Monitorinqləri aparılan abidələr sırasında ayrı-ayrı xristian məbədləri də var. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, işğaldan azad edilmiş ərazilərimizdə İslam dininə aid məscidlər kimi, xristian abidələri də ermənilərin müdaxilələrinə məruz qalıblar. Ermənilər bu abidələri öznünküləşdirmək məqsədilə onların divarlarına eybəcər simvollarını yamaq ediblər, bu mümkün olmadıqda isə tikililərə fiziki ziyan vurublar. Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirib. O yazır: “...Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi”- Şərqi Ermənistan adlandırırlar”. Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir. Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin bir səbəbi də, 1836-cı ildə Alban Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri önəm nəticəsində Alban kilsələrinin mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verildi. Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə köçürüldü”.
Qeyd edək ki, Azərbaycanda, o cümlədən də işğaldan azad edilmiş ərazilərdə Qafqaz Albaniyası dövrünə aid abidələrin sayı kifayət qədər çoxdur. Bu abidələr içərisində Kəlbəcər rayonundakı Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonunun Sos kəndindəki Amaras monastrı (IV əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonunun Vəng kəndindəki Qandzasar məbədi (XIV əsr), Qərbi Azərbaycan (hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi) ərazisindəki Haqapat, Qoşavəng, Ağtala, Tatev, Uzunlar, Yenivəng, Sənain məbədləri alban memarlığının dövrümüzə qədər gəlib çatmış ən gözəl nümunələridir.
Alban memarlıq sənəti özünəməxsus koloriti, texnikası, təkrarolunmaz gözəlliyi və üslubu ilə həmişə seçilib və böyük marağa səbəb olub. İşğaldan azad olunmuş ərazilərdəki xristian abidələri bərpa olunarkən bütün bu xüsusiyyətlər nəzərə alınır və onlara yamaq edilən erməni izləri aradan qaldırılır. İşğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin qapıları, nəhayət, əsl sahiblərinin üzünə açıb. Azərbaycan Alban-Udi Xristian Dini İcmasının üzvləri öz ata-babalarından miras qalan bu məbədlərə tez-tez ziyarətə gəlirlər. Onlar burada dini ayinlər icra edərək şamlar yandırır, dualar oxuyurlar.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

