Siyasi dialoq sabitliyin mühüm elementidir
07.12.2022 [10:54]
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi fəallığı daha da artıracaq
Demokratik inkişaf yolunda inamla addımlayan, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu Azərbaycanda davamlı olaraq siyasi sistemin inkişafına xidmət edən çox mühüm addımlar atılır, ardıcıl islahatlar reallaşdırılır. Bu isə siyasi subyektlərin, ictimai institutların səmərəli fəaliyyətinə, eləcə də dövlət maraqlarının qorunmasına mühüm töhfə verir. Bütün bunlar isə öz növbəsində Azərbaycanın müasir mənzərəsinin - siyasi dialoq mühitinin və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasını təmin etməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan bu proses uğurla irəliləməkdədir.
Yeni siyasi konfiqurasiya faktiki olaraq 2020-ci ildə - VI çağırış Milli Məclisdə formalaşdı. Bu vaxta qədər Azərbaycanın parlament tarixində müxalifəti, QHT-ləri və ya bitərəfləri təmsil edən millət vəkillərinin parlament rəhbərliyində, komitələrin rəhbərliyində təmsil olunması hadisəsi demək olar ki, yox idi. Bu, özlüyündə artıq yeni bir siyasi konfiqurasiyanın yaranmasından xəbər verir. Təbii ki, bu, Milli Məclis çərçivəsində olan yeni siyasi konfiqurasiyadır və bunun daha da genişləndirilməsi ümumi mənzərədə keyfiyyət dəyişikliyi ilə yanaşı aparılan dərin siyasi islahatlara da öz töhfəsini verir. Yeni yaranan siyasi konfiqurasiyanın əsasında isə siyasi dialoq mühitinin formalaşdırılması dayanır ki, bu da, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtdir. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirmişdi ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır: “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir”.
Qeyd edildiyi kimi, Milli Məclisin rəhbərliyində müxtəlif partiyaların təmsilçilərinin yer alması Azərbaycanın siyasi mühiti üçün bir yenilikdir. Bu o anlama gəlir ki, respublikamızda partiyalar arasında siyasi baxış fərqliliyi olsa da, bu, ölkənin, xalqın milli maraqları naminə konsensusu inkar etmir. Biz Vətən müharibəsi günlərində respublikamızda fəaliyyət göstərən partiyaların daha güclü siyasi və milli həmrəyliyinin şahidi olduq. Müharibə günlərində 50 siyasi partiya bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləməsi çox mühüm əhəmiyyətə malikdir. Müharibə dövründə xalqımızın, cəmiyyətimizin birlik nümayiş etdirdiyini nəzərə çatdıran Prezident İlham Əliyev bildirib: “Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - Mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi”.
Deyə bilərik ki, ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan siyasi dialoq getdikcə daha dönməz xarakter alır. Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan partiyalar üçün ofislərin ayrılması və bu kimi digər tədbirlər proseslərə güclü təkan verib. Siyasi dialoq prosesi 2022-ci ilin əvvəlindən daha intensiv hal alıb. Başlanan prosesin davamı olaraq bu il Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində ayrı-ayrı siyasi partiyaların liderlərini qəbul edib. Keçirilən görüşlərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühitinin siyasi sabitliyin əsası olmaqla yanaşı, həm də dayanıqlı inkişafı təmin edən əsas amillərdən biri olduğu vurğulanıb. Bildirildiyi kimi, iqtidar-müxalifət dialoqu bundan sonra da davam etdiriləcək.
Müasir zamanın və yeni dünya nizamının tələbi olaraq isə ortaya yeni siyasi çağırışlar çıxmaqdadır. Bu çağırışlara uyğunlaşmaq üçün isə siyasi islahatların daha geniş formatda inkişafına ehtiyac duyulur. Başqa sözlə, siyasi sistemin davamlı olaraq yenilənməsi artıq bir zərurətə çevrilib. Xəbər verildiyi kimi, Milli Məclisdə siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb. Artıq parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə qanun layihəsinin ictimai dinləməsi keçirilib. Bu ilin noyabrın 29-da Milli Məclisdə müzakirəyə çıxarılan 6 fəsil və 30 maddədən ibarət qanun layihəsi birinci oxunuşda qəbul edilib. Dünən ikinci oxunuş üçün müzakirəyə təqdim edilən layihə Milli Məclisdə yenidən səs çoxluğu ilə qəbul olunub. Qeyd edək ki, layihənin ilkin variantı ilə bağlı kçirilən ictimai müzakirələrdən sonra layihədə bir sıra dəyişikliklər edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti, təbliğat və təşviqat prosesini genişləndirmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib. Layihənin ilkin variantında dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvünün olması tələb edilirdisə, yekun variantında bu tələb 5000-ə endirilib. Eyni zamanda, layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi. Yenilənmiş varinata görə, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək.
Vurğulayaq ki, “Siyasi partiyalar haqqında” mövcud Qanun 30 il bundan əvvəl - 1992-ci ildə qəbul edilib. Bu mənada, qanunun yenilənməsinə ehtiyac duyulur. Yeni sənədin isə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcəyi gözlənilir.
Pərviz SADAYOĞLU
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” istiqaməti üzrə hazırlanmışdır
yihəsi siyasi fəallığı daha da artıracaq

Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51