Təmiz ekoloji mühit - sağlam həyat
25.05.2023 [10:32]
Nicat Dilqəmli
Qlobal iqlim dəyişikliyi, mürəkkəb texnologiyaya malik müasir istehsalat müəssisələrinin yaranması və bu zavodların fəaliyyəti zamanı havaya atılan zərərli tullantılar, başqa sözlə, hazırkı problemlər ekologiya və ətraf mühitin mühafizəsi məsələsinin aktuallığını bir qədər də artırır. Əlbəttə, əksər sahələrdə fəaliyyətin tam şəkildə elektrikli mühərriklərə keçidinin təmin edilməsi yenilənən dünyanın əsas hədəflərindən biridir və bu fakt danılmazdır. Bu məqsədlə, demək olar, bütün dövlətlər müvafiq layihələr hazırlayır, konsepsiyaların üzərində təkmilləşdirmə işləri aparırlar. Sevindirici məqam bu tədbirlərin intensivliyinin ilbəil artmasıdır. Lakin etiraf etmək lazımdır ki, tam şəkildə elektrikə (və ya digər alternativ vasitələrə) keçid olduqca mürəkkəb, eyni zamanda, uzun zaman tələb edən bir prosesdir. Digər bir tərəfdən, dünya düzəninin fərqli şəkil alması, bir çox ölkələrdə müharibələrin daha da alovlanması qarşıya qoyulan hədəflərə çatmaq üçün ciddi bir maneədir. Başqa sözlə, elm adamlarının uzun illərdir üzərində çalışdıqları, geniş araşdırmalar apardıqları layihələrin böyük bir hissəsi kağız üzərində qalmaqdadır.
Nəzərə almaq lazımdır ki, ekologiya ətraf mühitin mühafizə edilməsi yalnız və yalnız hansısa dövlət və ya özəl qurumları düşündürməli deyil. Bu işdə hər bir vətəndaş üzərinə düşən müəyyən öhdəliklərə məsuliyyətlə yanaşmalı, ekologiyanın qorunması üçün səy göstərməkdə maraqlı olmalıdır. Elə dünyadakı ekoloji məsələlərlə məşğul olan qurumların keçirdiyi təlimlərin də strateji məqsədi əsasən bundan ibarətdir. Qlobal çağırışlara hər zaman məsuliyyətlə yanaşan Azərbaycanda da ekologiya və ətraf mühitin mühafizəsi məsələsi bütün dövrlərdə prioritetlər sırasında olub. İstər aidiyyəti dövlət qurumları, istər özəl təşkilatlar, istərsə də vətəndaş cəmiyyətinin nümayəndələri ölkənin ekoloji mühitinin daim sağlam, təmiz qalması üçün davamlı olaraq tədbirlər, layihələr həyata keçirirlər. Dəniz sahilinin təmizlənməsi, plastik tullantıların, eləcə də digər zərərli tullantıların toplanılaraq müvafiq yerlərə təhvil verilməsi, ağacəkmə kampaniyalarının təşkil olunması kimi bir çox ekoloji tədbirlər deyilənlərin əyani nümunələrindəndir. Məlum olduğu kimi, bu gün Azərbaycanın müəyyən etdiyi prioritetlərdən biri də işğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulmasıdır. Şübhəsiz ki, bu tədbirlər çərçivəsində xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən biri də həmin ərazilərdə ekologiyanın qorunmasını təmin etmək, geniş yaşıllıq zonalarının yaradılmasıdır. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 43 min hektar təşkil edir. Həmin təbiət əraziləri Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, Qubadlı, Arazboyu, Laçın, Daşaltı Dövlət Təbiət yasaqlıqlarıdır. Hazırda həmin xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər görülür. Həyata keçirilən çoxşaxəli tədbirlər sırasında işğaldan azad edilmiş ərazilərdəki reintroduksiya layihələri də var. Ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonuna 33 baş ceyran buraxılıb. Nadir və nəsli kəsilməkdə olan növlərin reintroduksiyası layihəsi çərçivəsində, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə də bioloji müxtəlifliyin bərpası istiqamətində gələcəkdə bəzi heyvan növlərinin reintroduksiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bununla bərabər azad edilmiş ərazilərdə su bioresurslarının ehtiyatlarının artırılması məqsədilə Bəsitçay, Həkəri çaylarına, Xaçınçay və Suqovuşan su anbarlarına və Qaragölə indiyə kimi minlərlə çəki, qızıl xallı forel balıqlarının körpələri buraxılıb. Bu il də həmin fəaliyyətin davam etdirilməsi planlaşdırılır.
Ümumiyyətlə, erməni vandallığının növbəti təzahürlərindən biri də işğal altında saxlanılan ərazilərdə genişmiqyaslı ekoloji terrorun həyata keçirilməsidir. Bu məqamda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının apardıqları monitorinqlərin nəticələrini növbəti dəfə xatırlatmaq yerinə düşər. Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazilərində aparılan monitorinq və müşahidələr göstərib ki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılıb. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib.
Erməni vandallığını sübut edən faktlardan biri də, keçmiş Sovet dövründən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağacların qəsdən kəsilməsi və zəngin təbiət tarixinin bilərəkdən silinməsinə şərait yaradılmasıdır. Belə ki, bir neçə gün ərzində aparılan monitorinqlərin nəticələrinə görə, Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarının məhv edildiyi müəyyən olunub. Bu ağacların yerində bitən 2 metrə qədər pöhrələr bu qədim çinarların bir neçə il əvvəl kəsildiyini təsdiq edir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45

