Siyasi partiyalarda gender balansı
27.07.2023 [11:14]
Qadınlar hakimiyyətin bütün qollarında təmsil olunurlar
Günel ABBAS
Gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Azərbaycanda gender tendensiyasının başlamasının tarixi XIX əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra onun ictimai həyata xeyriyyəçi kimi qatılması ilə əlaqələndirilir. Azərbaycan həm də Şərqdə, islam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artmasına yol açıb. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edilib.
Azərbaycanın Konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün mühüm beynəlxalq konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrıseçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşulub. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən Konvensiyanın digərlərindən fərqi burada sadəcə cinsi əlamətə görə qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvinin nəzərdə tutulmasıdır. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir. 2001-ci ildə isə Azərbaycan ona aid Fakültativ Protokolu ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması barədə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar verib. 2000-ci ildə ölkə başçısı “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Sonra isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərir. 2006-cı ildə ölkədə “Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edilib. Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır. Hazırda ölkəmizdə qadınlar dövlət və özünüidaretmə orqanlarında, özəl sektorda yüksək postlarda təmsil olunurlar.
Deputat Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, partiyalar tərəfindən Milli Məclisə layihələr daxil olur, dinləmələrdə hər kəs aktiv iştirak edir: “Bildiyiniz kimi, dinləmələr zamanı Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu ilk növbədə deputatların və partiya sədrlərinin, nümayəndələrinin diqqətinə çatdırılır. Burada biz statistikalarla tanış oluruq. Keçirilən sorğuya əsasən, ölkənin 51,1%-i qadınların siyasi partiya sədri olmasını istəyib. Bu, təbii ki, sevindirici haldır. Cəmiyyətdə gender bərabərliyi çox önəmlidir”.
Deputat qeyd edib ki, biz dünya ölkələrində də qadınların çox önəmli vəzifələrdə olduğunu görürük: “Onların arasında partiya liderləri də var. Bildiyiniz kimi, Azərbaycanda da Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavinidir. MehribanƏliyevanın simasında qadınlar çox aktiv və fəal olaraq Azərbaycanın ictimai-siyasi həyatında iştirak edirlər. Xanımlarımız Mehriban Əliyevanı özlərinə nümunə görür. Xüsusilə sosial, səhiyyə, təhsil və bir çox taleyüklü məsələlərin həllində Mehriban xanımın əməyi və əziyyəti var.
Mehriban xanım Əliyeva həmçinin Heydər Əliyev Fondunun Prezidenti olaraq həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda humanitar layihələri həyata keçirir. Bu günə kimi xeyli sayda dövlətimizin imicini yaxşılaşdıran iri layihələr həyata keçirilib. Bu gün də bu layihələr davam etdirilməkdədir”.
Onun sözlərinə görə, Azərbaycanın mövcud siyasi partiyaları içərisində qadın liderləri olan partiyaların sayı məhduddur: “Təqribən bir və ya iki partiyanın adı qeyd oluna bilər. Qadınlar hakimiyyətin bütün qollarında, vitse-prezidentlik institutu kimi yüksək dövlət vəzifələrində yer almasına baxmayaraq, partiyalar sistemində təmsil olunmur. Bu mənada ictimai rəy sorğusunun nəticələri qadın liderli partiyaların yaradılmasına ehtiyac olduğunu göstərir. Unutmamalıyıq ki, Azərbaycan Parlamentində də xanımlar təmsil olunur, yəni siyasətlə məşğul olan xanımlarımız çoxdur. Bu baxımdan da gələcəkdə partiyalarda xanımların lider olmasının biz şahidi olacağıq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57

