Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Böyük Zəfərə hazırlanan zəmin

Böyük Zəfərə hazırlanan zəmin

04.08.2023 [11:00]

İnformasiya müharibəsində gənclərin rolu və məsuliyyəti

Günel ABBAS

Azərbaycan erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində hərbi, siyasi, eləcə də diplomatik və informasiya sahəsində qələbə qazandı. Prezident İlham Əliyevin İkinci Qarabağ savaşı müddətində və postmüharibə dövründə dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr xalqımızın Zəfər çalmasında son dərəcə mühüm rol oynadı. Prezident İlham Əliyev 30-a yaxın xarici KİV nümayəndələri ilə müsahibələrində Azərbaycanın haqlı mövqeyini, müharibənin səbəblərini siyasi uzaqgörənliklə dünya auditoriyasının diqqətinə çatdırırdı. Odur ki, Prezident İlham Əliyev Vətən müharibəsində Azərbaycanın təkcə silahlı ordusunun deyil, eləcə də informasiya savaşının önündə getdi.

44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri də müstəsna rol oynadılar. Belə ki, gənclərimiz reallıqları dünyaya çatdırmaqda, eləcə də informasiya mübarizəsində fəal oldular.

Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Prezidentin İkinci Qarabağ savaşında xarici media qurumlarına verdiyi müsahibələr Azərbaycanın informasiya müharibəsində uğur qazanmasına gətirib çıxardı: “Müasir dövr, doğrudan da, informasiya müharibəsi dövrüdür, yəni, döyüşən təkcə ordular deyil. Müharibə zamanı hər iki tərəfin ideologiyası, təbliğat maşını işə düşür. Azərbaycan Vətən müharibəsində Ermənistanın yaydığı uydurma məlumatları məhdudlaşdırır, onlara tutarlı cavablar verirdi. Həmin dövrdə ölkəmizin kütləvi informasiya vasitələri həm xaricə, həm də daxilə yönəlik kifayət qədər uğurlu iş ortaya qoydular. İnformasiya müharibəsində İkinci Qarabağ savaşı zamanı qardaş Türkiyənin media cameəsi də bizə çox kömək etdi, onlar bizimlə, demək olar ki, elə eyni cəbhədə döyüşürdülər. Müharibə həqiqətlərinin dünyaya bəyan edilməsində, düşmənin qara piar xarakterli məlumatlarının yayılmasının qarşısının alınmasında Türkiyənin rolu, sözsüz ki, danılmazdır. Vətən müharibəsi də sübut etdi ki, uğurlu aparılan təbliğat işi, informasiya mübarizəsi düşmən üzərində qələbə qazanmaq üçün zəmin yaradır. Prezident İlham Əliyevin xarici KİV-nin suallarını bir neçə dildə səlis şəkildə, səbirlə və dəqiq cavablandırması Azərbaycanın informasiya müharibəsində qələbə qazanmasını təmin etdi. Bu uğurlu proses postmüharibə dövründə də davam etdirilir”.

Onun sözlərinə görə, müasir gəncliyimizin vətənpərvərlik anlayışının geniş olmasını, təhsili və fərdi inkişafı vasitəsilə Vətənə xeyir verməyə çalışdıqlarını təqdirəlayiq hal kimi dəyərləndirib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin mühüm rolunu, onların bu sahədə fəaliyyətlərini düzgün qurmalarının əhəmiyyətini və dünyanın hər yerində yaşayan gənclərimizin şəbəkələşərək vahid amal uğrunda birləşmələrinin vacibliyini vurğulayıb: “Bu gün hər bir azərbaycanlı kimi qarşımızda erməni vandalizminin nəticələrini dünyaya çatdırmaq vəzifəsi dayanır. Bu, çox məsuliyyətli işdir. Azərbaycan dövləti tərəfindən xaricdə təhsil almağa göndərilən gənclər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar. Belə ki, xaricdə yaşayan azərbaycanlı gənclər vasitəsilə dünya ictimaiyyətinə ölkəmiz haqqında məlumatların çatdırılması prosesi sürətləndirilib. 44 günlük müharibə zamanı Azərbaycan gəncləri həm hərb - döyüş meydanında, həm də informasiya məkanında mübarizə aparıblar”.

“Erməni işğalı və bunun nəticəsində dinc əhalinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatların dünya ictimaiyyətinə tam və hərtərəfli şəkildə çatdırılmasında gənclərin məlumatlılığının artırılması vacibdir. İşğal nəticəsində soydaşlarımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb, ermənilər tərəfindən qətlə yetirilib, itkin düşüb, əsir götürülüb və Azərbaycana məxsus mədəni irs erməni vandalları tərəfindən məhv edilib. Gənclər olaraq məqsədimiz bu istiqamətdə işlərimizi intensiv aparmaq və bütün gücümüzü buna səfərbər etməkdir”, - deyə C.Osmanov söyləyib.

Deputat qeyd edib ki, mənfur qonşularımızın beynəlxalq ictimai rəyi yanıltmaq cəhdlərinin qarşısını almaq üçün tariximizi daha yaxşı öyrənməli və öyrətməliyik: “Eyni zamanda, gənclər müasir informasiya texnologiyalarından səmərəli və məqsədyönlü istifadə etmək üçün müasir biliklərə yiyələnməlidirlər. Bu, olduqca vacibdir. Çünki inkişaf edən dünyada yeni reallıqlarla ayaqlaşmaq, çağırışlara cavab vermək həm də milli maraqların qorunması üçün əlavə imkanlar yaradır. Bizim isə qarşımızda çox mühüm vəzifələr dayanır. Qeyd etdiyim kimi, bu gün erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu kontekstdə sistemli və ardıcıl fəaliyyət hər birimizin borcudur. Biz, bu məsələdə  öz vətəndaşlıq mövqeyimizi nümayiş etdirməli, müsbət nümunə yaratmalıyıq”.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30